BakıAğstafa sürət qatarına biletlərin qiyməti
Digərləri 10 Mar 2023 13:57:00 310 0
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (ADY) mart ayının 18-dən etibarən Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən sürətli qatarın marşrutunu Ağstafa stansiyasına qədər uzadaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə ilk dəfə sürətli qatarla sərnişin daşımalarını həyata keçirəcək. Belə ki, sərnişinlər Bakıdan Ağstafaya 2020-ci ilin martına qədər fəaliyyət göstərən sərnişin qatarı ilə 8 saata çatdırılırdısa, artıq bu məsafə 4 saat 55 dəqiqəyə qət olunacaq.
Bu xəbəri də oxu: Azərbaycanda bu məhsul kəskin bahalaşa bilər
Marşrut xəttinin uzadılması Tovuz stansiyasında da fəaliyyətin təmin olunmasına imkan yaradır.
Hərəkət cədvəlinə gəlincə sürətli sərnişin qatarı hər gün saat 08:45-də Bakıdan Ağstafaya yola düşərək saat 13:40-da mənzil başına çatacaq. Ağstafa-Bakı marşrutu üzrə isə qatar hər gün saat 17:10-da yola düşəcək və Bakı Dəmiryol Vağzalına saat 22:05-də çatacaq. Sürətli sərnişin qatarının müvafiq marşrut üzrə orta sürəti 100 km/saat təşkil edəcək.
Marşrut üzrə Bakıdan Ağstafaya kimi bir istiqamətə gediş haqqı standart sinif üçün yerlərdə 17 AZN, Bakı-Tovuz istiqaməti üçün isə 16 AZN təşkil edir. Biletləri Dəmiryol Vağzallarının kassalarından və ya ADY-nin rəsmi saytından (https://ticket.ady.az/ticket-search/) onlayn əldə etmək mümkündür. Biletlər 10 mart tarixində satışa çıxarılacaq.
459 km uzunluğunda olan Bakı-Ağstafa-Bakı marşrutu üzrə İsveçrənin "Stadler Rail Group" şirkətinin istehsalı olan dörd vaqonlu, ikimərtəbəli sürətli sərnişin qatarı hərəkət edəcək. Qatarın ümumi sərnişin tutumu 364 yerdir.
Qeyd edək ki, Azərbaycan da daxil olmaqla MDB-də qüvvədə olan dəmir yollarının sürət nornativlərinə əsasən, sərnişin qatarının orta sürəti 50-90 km/saat təşkil edərsə, bu, sürət qatarı, 91 km/saatdan artıq olduqda isə sürətli sərnişin qatarı hesab olunur. Azərbaycan Dəmir Yolları MDB Dəmir Yolları Şurasının üzvü olduğundan öz fəaliyyətində həmin Şuranın normativlərinə istinad edir.
2023-cü il ərzində Qubadlı və Zəngilanda bir neçə kəndin inşa olunmas�
"İtirilmiş şosse" filminin aktyoru Robert Bleyk vəfat edib.
Martın 5-də Türkan qəsəbə sakini 38 yaşlı Vüsal Nəcəfovun cansız bə
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlə
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu növbəti dəfə bayağı ifaçılar
Ukraynada Rusiya ilə müharibənin hazırkı mərhələsində sülh danışıql
Qarabağ və Şərqi Zəngəzurda tikinti-planlaşdırma xidmətlərinə görə
Bakıda və Abşeron yarımadasında martın 11-də hava şəraitinin dəyişkə
Müğənni Nadir Qafarzadə həmkarı Səidə Sultanın ad günündə gözlənil
"Qarabağda sülhməramlı kontingentin müvəqqəti nəzarət zonası hesa
Martın 2-də dünyasını dəyişən tanınmış ilahiyyatçı, Məşhədi Dad
Yeni, qabaqcıl dizaynı ilə Galaxy S23 seriyası innovasiyanın yüksək məhs
Şəki Şəhər-Rayon polis şöbəsinin rəisi, polis polkovniki Azər Muradov
Növbəti yarımil Ukrayna konflikti üçün kritik ola bilər.