Azərbaycanın beynəlxalq ticarət perspektivində yeni səhifə


Digərləri 24 Noy 2024 16:41:00 57 0

Azərbaycanın beynəlxalq ticarət perspektivində yeni səhifə

24 noyabr tarixində Azərbaycan - Çin ticarət əlaqələri tarixində ilk dəfə olaraq ixrac yükləri Bakıdan dəmiryolu nəqliyyatı ilə Çinə yola salınıb.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən Son.az-a bildirilib ki,bu hadisə iki ölkə arasındakı iqtisadi və nəqliyyat əlaqələrinin yeni mərhələyə qədəm qoyması ilə yanaşı, həm də Azərbaycanın beynəlxalq yükdaşımalar sahəsindəki strateji rolunu daha da möhkəmləndirdiyini nümayiş etdirir. Belə ki, Orta Dəhliz beynəlxalq nəqliyyat marşrutu ilə Çindən Azərbaycana tranzit və idxal yüklərinin göndərilməsi ilə yanaşı, Azərbaycandan Çinə ixrac yüklərinin çatdırılması bu dəhlizin səmərəliliyini daha da artırır. Orta Dəhlizin sürətlə inkişafı istər Şərq-Qərb, istərsə də Qərb-Şərq istiqamətində yükdaşımaların həcminin artırılmasına təkan vermiş olur.

İlk ixrac qatarının yola salınma mərasimində Azərbaycan və Qazaxıstan dəmir yollarının yüksək nümayəndə heyəti, TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutu katibliyinin rəhbərliyi ilə yanaşı Çinin Sian Çanba Beynəlxalq Limanının idarəetmə Komitəsinin rəhbər şəxsləri də iştirak edib.

Qeyd edək ki, yola salınmış "Bakı-Sian" ilk ixrac blok qatarı 62 ədəd 40 futluq konteynerdən ibarətdir. Bu yük multimodal olaraq Qazaxıstan üzərindən Çinin ən böyük quru limanlarından biri olan Sian Limanına çatdırılacaq. Layihə çərçivəsində ilkin olaraq bu ilin sonunadək ümumilikdə 15 min ton, yəni 600 konteyner ixrac yükünün qeyd olunan marşrut ilə Çinə göndərilməsi planlaşdırılır.

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədr müavini Arif Ağayev mərasimdə çıxış edərək sözügedən əlamətdar hadisənin əhəmiyyətini vurğulayıb: "Bu təşəbbüs Azərbaycanın ixrac potensialını yeni səviyyəyə çıxarmaqla yanaşı ölkəmizin dünya ticarət sistemində strateji mövqeyini daha da gücləndirəcək. Qərb-Şərq marşrutu üzrə hər iki istiqamətə yüklərin daşınması baxımından bugünkü tədbirin böyük əhəmiyyəti var. Artıq yerli sahibkarlar öz yüklərini Orta Dəhliz vasitəsilə birbaşa Çinə göndərə biləcəklər. ADY olaraq ölkəmizin beynəlxalq nəqliyyat-logistika qovşağına çevrilməsi istiqamətində bir sıra önəmli layihələr üzərində çalışırıq".

Tədbirdə iştirak edən Abşeron Logistika Mərkəzinin İdarə Heyətinin sədri Ziya Ağayev isə qeyd edib ki, bu hadisə Azərbaycanın tranzit ölkə statusunu gücləndirəcək və yerli istehsalçıların yeni bazarlara çıxışına şərait yaradacaq: "Bu gün ilk dəfə olaraq Orta Dəhliz vasitəsilə Azərbaycan mənşəli yüklərin ixracını blok konteynerlər şəklində həyata keçiririk. Bu layihə həm yerli iqtisadiyyatın inkişafına töhfə verəcək, həm də xarici investorların ölkəmizə olan marağını artıracaq. Azərbaycanın beynəlxalq ticarət şəbəkəsinə inteqrasiyası artıq sürətlə irəliləyir".

Bakının uğuru: bəşəriyyət üçün 300 milyard like
  • 24 Noy 16:33  
Siyasət Bakının uğuru: bəşəriyyət üçün 300 milyard

2024-cü ildə Bakıda keçirilən COP29 (İqlim Dəyişiklikləri üzrə Çər�

arrow Ətraflı
Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir? like
  • 24 Noy 16:21  
Digərləri Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər

arrow Ətraflı
Möcüzə yaradan vazelin nələrə qadir imiş? like
  • 24 Noy 16:13  
Digərləri Möcüzə yaradan vazelin nələrə qadir imiş?

Vazelin (petrolatum) uzun illərdir dəriyə qulluqda geniş istifadə edilən,

arrow Ətraflı
Kurskda Rusiyanın S400ü məhv edildi like
  • 24 Noy 16:02  
Dünya Kurskda Rusiyanın S400ü məhv edildi

Ukrayna ordusu Kursk vilayətində Rusiyanın S-400 zenit-raket kompleksini vuru

arrow Ətraflı
Xərçəngdən qoruyan 5 qida like
  • 24 Noy 15:52  
Digərləri Xərçəngdən qoruyan 5 qida

Həkimlər xərçəng riskini əhəmiyyətli dərəcədə azaldan qidaların adl

arrow Ətraflı
Şahinkaya bu seriala gəli like
  • 24 Noy 15:32  
Şou-biznes Şahinkaya bu seriala gəli

"Kral Kaybederse" serialında daha bir aktrisa rol alacaq.

arrow Ətraflı
Filippində 2000 ailənin çırağı söndü like
  • 24 Noy 15:24  
Dünya Filippində 2000 ailənin çırağı söndü

Bu gün Filippinin paytaxtı Manilanın yaxından tikilmiş gecəqondular məhə

arrow Ətraflı
Sürücülərin nəzərinə like
  • 24 Noy 15:04  
Digərləri Sürücülərin nəzərinə

Azərbaycanın avtomobil yollarında vəziyyət açıqlanıb.

arrow Ətraflı
Azərbaycanda bu məhsul kəskin bahalaşa bilər like
  • 24 Noy 14:54  
Digərləri Azərbaycanda bu məhsul kəskin bahalaşa bilər

Cəlilabad rayonunda payızlıq kartofun yığımına start verilib. Ayrı-ayrı

arrow Ətraflı
Meteohəssas insanlarda narahat ola bilər like
  • 24 Noy 14:42  
Digərləri Meteohəssas insanlarda narahat ola bilər

Tibbi-meteoroloji proqnoz açıqlanıb.

arrow Ətraflı
Bakıda aptek müdirindən xanım işçiyə qarşı vəhşilik like
  • 24 Noy 14:30  
Digərləri Bakıda aptek müdirindən xanım işçiyə qarşı vəhşilik

Bakıdakı apteklərdən birində insident baş verib.

arrow Ətraflı
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib  VİDEO like
  • 24 Noy 14:21  
Digərləri Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən həftə paylaşılmış

arrow Ətraflı
Bayden Azərbaycana təşəkkür etdi like
  • 24 Noy 14:08  
Siyasət Bayden Azərbaycana təşəkkür etdi

Prezident Bayden COP29-a uğurla ev sahibliyi etdiyinə görə Azərbaycana tə�

arrow Ətraflı
Türkiyəli nazirin korteji qəzaya düşdü: Ölən və yaralananlar var  FOTO like
  • 24 Noy 14:01  
Digərləri Türkiyəli nazirin korteji qəzaya düşdü: Ölən və yaralananlar var FOTO

Türkiyənin Sanaye və Texnologiya Naziri Mehmet Fatih Kacırın avtomobil kort

arrow Ətraflı