Azərbaycanın su ehtiyatının həcmi açıqlanıb
Digərləri 10 Mar 2023 14:59:00 838 0
Adambaşına düşən suyun həcminə görə, Azərbaycan ilk yüzlükdə 90-cı yerdə qərarlaşıb.
Bu xəbəri də oxu: Bu şəxslər yanvarın 1dən 285 manat alacaq
Son.az Trend-ə istinadən xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov "Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət" mövzusunda keçirilən brifinqdə deyib.
O bildirib ki, Azərbaycan məhdud su resurslarına malik coğrafiyada yerləşir. Su ehtiyatlarının 70 faizə yaxını transsərhəd çaylar hesabına təmin olunur.
"Adambaşına düşən suyun həcminə görə, ölkəmiz ilk yüzlükdə 90-cı yerdə qərarlaşıb. Su ehtiyatlarımız baxımından isə dünyada 140-cı yerdəyik", - nazir müavini əlavə edib.
Son 30 ildə Azərbaycanın su ehtiyatları 20 faizə qədər azalıb.
Trend-in məlumatına görə, bunu bu gün ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov "Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət" mövzusunda keçirilən brifinqdə deyib.
O bildirib ki, proqnozlar da çox təəssüf ki, o qədər yaxşı deyil.
"Ehtiyatların 2050-ci ilə qədər 15-20 faizə qədər də azalacağı ehtimal edilir. Bu, bizə sudan məsuliyyətlə istifadə etməli olduğumuzu göstərir",- V.Kərimov deyib.
Mingəçevir su anbarına daxil olan suyun həcmi son 4 ildə 50 faizə qədər azalıb.
2018-ci 823 milyon kub su daxil olurdusa, 2022-ci ildə bu rəqəm 455 milyona düşüb.
"Bunun səbəbi yağıntıların miqdarının az olması və transsərhəd çaylarla ötürülən suyun miqdarının aşağı düşməsidir. Əvvəlki illərlə müqayisədə anbarımıza daha artıq su toplaya bilmişik ki, yay aylarında sərf edə bilək".
Qlobal Bakı Forumunun artıq strateji və qlobal aspektdə əhəmiyyəti artıb
Əməkdar artisti Çingiz Əhmədov ötən ilin sonunda dünyaya gələn qız n�
Son.az xəbər verir ki, bu həftə səlahiyyəti başa çatan Ali Məhkəmənin
Ermənistan ötən ilin dekabr ayında da Hindistandan "Konkurs-M" rak
Ötən il Prezident Administrasiyasındakı vəzifəsindən azad edilən və bun
Mobil operator "Nar" ötən il ərzində göstərdiyi xidmətlərlə b
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (ADY) mart
2023-cü il ərzində Qubadlı və Zəngilanda bir neçə kəndin inşa olunmas�
"İtirilmiş şosse" filminin aktyoru Robert Bleyk vəfat edib.
Martın 5-də Türkan qəsəbə sakini 38 yaşlı Vüsal Nəcəfovun cansız bə
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlə
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu növbəti dəfə bayağı ifaçılar