Fars rejimindən "FARŞ" QƏRAR


Siyasət 06 Mar 2023 14:15:00 184 0

Fars rejimindən "FARŞ" QƏRAR

İran hakimiyyətindən həmyerlilərimizə qarşı tarix boyu münasibət birmənalı olmayıb. Bu hal xüsusilə molla-fars rejiminin hakimiyyəti dövründə özünü bütün çılpaqlığı ilə göstərdi. 

Fars rejimi uzun illər Azərbaycana qarşı olan kin-küdurətini, nifrətini altdan-altdan güneyli qardaş-bacılarımızdan çıxdılar. Təəssüf ki, bu acı tendensiya hazırda da davam edir. 

Ömür boyu ölkə hüdudlarında ermənilərə xalq olaraq öz dilini, dinini, saxta mədəniyyətini təbliğ və təşviq etmək üçün istənilən imkanı yaradan İran hakimiyyəti bu məsələdə Azərbaycandan yan keçdi.

Soydaşlarımızın uzun illərdir öz dilində təhsil almasına icazə verməyən, haqq səslərini çıxarmağa möhlət tanımayan, hüquqlarını ayaqlar altına atan fars rejimi indi də Azərbaycan xalqına qarşı soyqırım siyasətinə başlayıb.

44 günlük Vətən müharibəsindən sonra Ermənistanın ağır məğlubiyyətini heç cürə həzm edə bilməyən. Azərbaycan yaratdığı yeni geosiyasi reallığı həzm etməkdə çətinlik çəkən İran regional təhülkəsizliyə zərbə vurmaq üçün o gün-bu gün bir an olsun "fəaliyyətinə" fasilə vermək fikrində görünmür. 

İran rejimi təhdid və hədə-qorxularla Bakının gözünü qorxutmağın müşkül olacağına Tehranda səfirliyimizə terror hücumu zamanı növbəti dəfə şahid oldular. 

Bakını hərbi hücumla təhdid edən, keçirdiyi təlimlərlə üzərimizə diş qıcayan, güc nümayişindən çəkinməyən İran molla rejimi anti-Azərbaycan xarici siyasəti ilə paralel olaraq daxildə də güneyli soydaşlarımıza qarşı vəhşiliyindən, barbarlığından əl çəkmir. Azərbaycanla güc dilində danışmağın mümkün olmadığını anlayan molla rejiminin daha təhlükəli addımlar atmağa başladığının şahidi oluruq.

Belə ki, son həftələr İran şəhərlərində - xüsusilə də soydaşlarımzın yaşadığı ərazilərdə, - qızların təhsil mərkəzlərinə zəhərli qazla hücumlar geniş vüsət alıb. İranda kütləvi şəkildə məktəbli qızların zəhərlənməsi hadisələrinin dayanmadan artması ciddi siqnaldır. Bu xoşagəlməz hadisənin sürətli olaraq məhz soydaşlarımızın sıx yaşadığı Cənubi Azərbaycanın Təbriz, Zəncan, Urmiyə, Xalxal, Germi, Meşginşəhr, Marağa, Əbhar, Xürrəmdərə, Qum və digər ərazilərində təkrarlanması qəsdən törədilən məkirli bir plandan xəbər verir. Bu nüans hadisənin məhz İran molla-fars rejimi tərəfindən törədildiyi ilə bağlı ehtimalları daha da qüvvətləndirir. 

Molla rejiminin məqsədi nədir:

⚫️ Rejim məktəbli qızları təhsildən yayındırmaq üçün qəsdən kimyəvi maddələrlə kütləvi zəhərlənmə törədir.

⚫️ Azərbaycan ilə açıq şəkildə kəllə-kəlləyə gəlməyin rejim üçün ağır nəticələnəcəyini başa düşdüklərindən əvəzini güneydəki məktəbli yaşında olan soydaşlarımızdan çıxırlar.

⚫️​ Fars rejimi məktəbli qızları zəhərləməklə Azərbaycanın genefonduna zərbə vurmaq, İran ərazisindəki soydaşlarımızın sürətli şəkildə azalmasını təmin etmək istəyir. Bununla da yaxın gələcəkdə soydaşlarımızın ciddi şəkildə ərazidə azalmasını təmin edib, Güney Azərbaycan istənilən an ayağa qalxıb azadlıq hərəkatına başlaması təhlükəsini deaktivləşdirmək barədə düşünür.

Nəzərə alsaq ki, son aylarda Cənubi Azərbaycanın bir çox kənd və qəsəbələri zəlzələ və digər bəhanələrlə soydaşlarımızdan təmizlənib, həmin ərazilərdəki azərbaycanlılar faktiki olaraq növbəti dəfə öz doğma el-obasından deportasiya edildilər, o zaman molla rejiminin məktəbli qızları zəhərləmək məqsədlərini də anlamaq elə çətinlik yaratmaz. Demək ki, rejim müxtəlif fəaliyyət formalarında azərbaycanlıların İrandan çıxarılması, sayının azalması istiqamətində planını işə salıb.

İran prezidenti İbrahim Rəisi cümə günü ölkədə yüzlərlə məktəbli qızın zəhərlənməsində "düşmənlərin" işi olduğunu və kəşfiyyat, eləcə də daxili işlər nazirinə bu məsələni araşdırmaq üçün tapşırıq verdiyini açıqlasa da, ortada heç nə yoxdur. Əksinə olaraq hər ötən gün bu hadisənin daha çox məktəblərdə təkrarlandığı ilə bağlı məlumatlar durmadan artır. 

Rəisinin bu açıqlamasının iz itirmək, şübhələri üzərlərindən atmaq məqsədilə verilmiş bəyanatdan başqa bir şeyə bənzəmir. 

Təəssüf ki, son 3 ayda İranın müxtəlif şəhərlərinin 30 məktəbində qızların zəhərlənmələri müəamma olaraq qalır. Zəhərlənənlərin sayı isə artıq minin üzərindədir. İran rəsmiləri bunun izahını verə bilmirlər, əvəzində isə araşdırma aparmaq yerinə yenə hadisənin mərkəzində "xarici düşmənlər" axtarışındadırlar. Amma hadisənin ssenarisi elə öz iş otaqlarında yazılıb. 

Təhməz Əsədov Son.az

Qarabağda 69 min hektara yaxın ərazi minalardan təmizlənib like
  • 06 Mar 14:13  
Digərləri Qarabağda 69 min hektara yaxın ərazi minalardan təmizlənib

Bu günə qədər Minatəmizləmə Agentliyi (ANAMA) Azərbaycanın işğaldan a

arrow Ətraflı
Tünzalə Əliyevanın məzarında niyə şəkil yoxdur? like
  • 06 Mar 14:02  
Şou-biznes Tünzalə Əliyevanın məzarında niyə şəkil yoxdur?

Mərhum Əməkdar artist Tünzalə Əliyevanın məzarından yayılan görüntü

arrow Ətraflı
İranda daha 6 nəfər ölüm cəzasına məhkum edilib like
  • 06 Mar 13:51  
Digərləri İranda daha 6 nəfər ölüm cəzasına məhkum edilib

İranın Əhvaz şəhərindəki İnqilab Məhkəməsi 6 nəfər ölüm cəzasın

arrow Ətraflı
Ağalı kəndində artıq 86 ailə yaşayır like
  • 06 Mar 13:44  
Digərləri Ağalı kəndində artıq 86 ailə yaşayır

Bu ilin sonunadək Füzuli-Hadrut, Bərdə-Ağdam, Şükürbəyli-Cəbrayıl-Had

arrow Ətraflı
Nazilə Səfərli: "Elçi gedəndə qız evinə dedim ki..." like
  • 06 Mar 13:40  
Şou-biznes Nazilə Səfərli: "Elçi gedəndə qız evinə dedim ki..."

Çox dərinə getmədim, qızı çağırdım görüşə və bütün minuslarım�

arrow Ətraflı
Sabah yağıntılı hava gözlənilir like
  • 06 Mar 13:18  
Digərləri Sabah yağıntılı hava gözlənilir

Martın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Molla rejimi azərbaycanlı qızları zəhərləyir: like
  • 06 Mar 13:12  
Digərləri Molla rejimi azərbaycanlı qızları zəhərləyir:

İranın fars molla rejimi növbəti etiraz aksiyaları ilə çalxalanır. Bu d

arrow Ətraflı
Prezident İlham Əliyev bir qrup qadını təltif edib  SİYAHI like
  • 06 Mar 13:09  
Siyasət Prezident İlham Əliyev bir qrup qadını təltif edib SİYAHI

Azərbaycan qadınlarının "Tərəqqi" medalı ilə təltif edilməsi

arrow Ətraflı
Azərbaycan Ordusunda döyüş atışlı məşğələlər keçirilir like
  • 06 Mar 13:06  
Siyasət Azərbaycan Ordusunda döyüş atışlı məşğələlər keçirilir

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2023-cü il

arrow Ətraflı
Zəncanda Bəsic bazasını yandırdılar like
  • 06 Mar 12:55  
Dünya Zəncanda Bəsic bazasını yandırdılar

İranın molla rejiminə qarşı etirazlar davam edir. 

arrow Ətraflı
Afaq Gəncəlinin verilişi bu aparıcıya həvalə edildi like
  • 06 Mar 12:44  
Şou-biznes Afaq Gəncəlinin verilişi bu aparıcıya həvalə edildi

Xəbər verdiyimiz kimi, Afaq Gəncəli aparıcısı olduğu "Səhər mərk

arrow Ətraflı
Qarabağdakı təxribatların ƏSL MƏQSƏDİ: like
  • 06 Mar 12:41  
Siyasət Qarabağdakı təxribatların ƏSL MƏQSƏDİ:

Qarabağda Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərimi

arrow Ətraflı
Sülhdən danışan Ermənistan Qarabağa niyə silah daşıyır? like
  • 06 Mar 12:36  
Siyasət Sülhdən danışan Ermənistan Qarabağa niyə silah daşıyır?

Bu gün Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə silah, döyüş surs

arrow Ətraflı
İlham Əliyev ABŞ Dövlət Departamentinin baş müşavirini qəbul edib like
  • 06 Mar 12:34  
Siyasət İlham Əliyev ABŞ Dövlət Departamentinin baş müşavirini qəbul edib

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid

arrow Ətraflı