Sülhdən danışan Ermənistan Qarabağa niyə silah daşıyır?


Siyasət 06 Mar 2023 12:36:00 303 0

Sülhdən danışan Ermənistan Qarabağa niyə silah daşıyır?

Bu gün Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə silah, döyüş sursatı və yanacağın daşındığını əks etdirən videokadrlar ortaya çıxıb.Kadrlardan açıq aşkar görünür ki, Ermənistandan Xankəndi-Turşsu-Xəlfəli yolundan istifadə etməklə Qarabağa silah, sursat və canlı qüvvə daşınır.

Bu prosesi mütəmadi olaraq aparılır. Dünən Azərbaycan Ordusu tərəfindən isə bu təxribatın qarşısı alındı. Azərbaycan hərbiçiləri qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələrini yoxlamağa cəhd etsə də, qarşı tərəf növbəti dəfə təxribata əl ataraq atəş açıb.

Ermənistan siyasi rəhbərliyinin sülh gündəliyindən danışıb, amma realda bu tip addım atması isə bir daha təsdiqləyir ki, Azərbaycana qarşı işğalçı, aqressis siyasət davam etdirilir.

Laçın yolunda azərbaycanlı eko fəalların dinc aksiyası Laçın yolundan qeyri-humanitar məqsədlər üçün istifadəyə imkan vermir. Ermənistandan isə müxtəlif yollarla Rusiya sülhməramlılarının müvvəqəti "nəzarət"indəki ərazilərə silah, sursat və canlı qüvvə daşınması davam edir.

Bəs sülhdən danışan Paşinyan hakimiyyəti niyə Qarabağa silah daşıyır?

Azərbaycan dəfələrlə müxtəlif platformalarda bəyan edib ki, Qarabağın erməni sakinləri Azərbaycan vətəndaşlarıdır və onların hüquqları da digər vətəndaşlarımız kimi qorunur. Yəni Azərbaycanda Qarabağın erməni sakinlərinə qarşı heç bir təhlükə mövcud deyil.

Deməli, Ermənistan heçdə müdafiə məqsədilə Qarabağa silahlar daşımır. Məlum olur ki, Ermənistan hakimiyyətində revanşist fikirlər nəyinki qalmaqdadır, hətta bu planları icra etməyə də cəhd edilir. Əlbətdə Azərbaycan Ordusu istənilən düşmən təxribatının dəfələrlə qarşısını alıb və alır, İkinci Qarabağ müharibəsində düşmənin cavabını döyüş meydanında verib.

Əgər Ermənistan həqiqətən sülh istəyirsə, bölgədəki vəziyyətin qanunla və sistemli şəkildə nizamlanmasına tərəfdar olmalıdır. Beynəlxalq təşkilatlar və Azərbaycan-Ermənistan arasında məsələlərin müzakirəsində iştirak edən dövlətlər də bu istiqamətdə təşəbbüs göstərməlidir.

İlk növbədə Qarabağa qanunsuz silah daşınmasına son qoyulmalıdır. Bunun üçün isə Azərbaycan-Ermənistan arasında sərhəd-buraxılış məntəqələri yaradılmalıdır. Yalnız bu yolla daşımalara nəzarət etmək mümkündür. Ermənistan isə öz qanunsuzluğunu ört-basdır etmək üçün bu təklifdən imtina edib. Hazırkı vəziyyətdə isə bu yeganə ikitərəfli çıxış yolu ola bilər.

Digər bir tərəfdən isə sülh üçün sülhpərvər təşəbbüslər göstərmək lazımdır. Ermənistan hakimiyyəti Qarabağa qanunsuz yollarla silah daşımaqla sülhə nail ola bilməz, əksinə sülh gündəliyini pozmaqla məşğul olur.

Asif Mehman TREND

İlham Əliyev ABŞ Dövlət Departamentinin baş müşavirini qəbul edib like
  • 06 Mar 12:34  
Siyasət İlham Əliyev ABŞ Dövlət Departamentinin baş müşavirini qəbul edib

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid

arrow Ətraflı
Toy karvanında drift edən maşın belə vuruldu like
  • 06 Mar 12:33  
Digərləri Toy karvanında drift edən maşın belə vuruldu

Bakıda toy karvanında driftlər edən avtomobil qəzaya uğrayıb.

arrow Ətraflı
Hacı Şahinin ölümündən az öncə çəkilmiş like
  • 06 Mar 12:22  
Digərləri Hacı Şahinin ölümündən az öncə çəkilmiş

Martın 2-si vəfat edən ilahiyyatçı Hacı Şahinin ölümündən bir neçə

arrow Ətraflı
Azərbaycanda BİABIRÇI HADİSƏ  Müəllim dərsə gecikən şagirdə like
  • 06 Mar 12:11  
Digərləri Azərbaycanda BİABIRÇI HADİSƏ Müəllim dərsə gecikən şagirdə

Abşeron rayon Mehdiabad qəsəbəsində məktəblərin birində biabırçı ha

arrow Ətraflı
Nazir müavini Laçın aeroportunda görülən işlərdən danışdı like
  • 06 Mar 12:05  
Siyasət Nazir müavini Laçın aeroportunda görülən işlərdən danışdı

Laçın aeroportunda uçuş-eniş zolağının və terminalın tikintisi üzrə

arrow Ətraflı
Əməkdar artist qızına toy etdi like
  • 06 Mar 12:03  
Şou-biznes Əməkdar artist qızına toy etdi

Əməkdar artist Hicran Nəsirovanın qızı Səkinənin toyu olub. 

arrow Ətraflı
Azərbaycanda ciddi su problemi yaşanır like
  • 06 Mar 11:59  
Digərləri Azərbaycanda ciddi su problemi yaşanır

Azərbaycanda ciddi su problemi yaşanır.

arrow Ətraflı
Qaradağda intihara cəhdin qarşısı alındı like
  • 06 Mar 11:56  
Digərləri Qaradağda intihara cəhdin qarşısı alındı

Qaradağ rayonunda intihara cəhd faktı qeydə alınıb. 

arrow Ətraflı
Heydər Əliyev Mərkəzində “Yerlə göy arasında” sərgisi açılacaq like
  • 06 Mar 11:50  
Kriminal Heydər Əliyev Mərkəzində “Yerlə göy arasında” sərgisi açılacaq

Martın 9-da Heydər Əliyev Mərkəzində "Yerlə göy arasında" Az�

arrow Ətraflı
Çingiz İndoneziyada azan oxudu like
  • 06 Mar 11:49  
Şou-biznes Çingiz İndoneziyada azan oxudu

Müğənni Çingiz Mustafayev azan oxuyub. 

arrow Ətraflı
Ermənilər ərazilərimizdə biomüxtəlifliyə ciddi ziyan vurub like
  • 06 Mar 11:47  
Siyasət Ermənilər ərazilərimizdə biomüxtəlifliyə ciddi ziyan vurub

30 illik işğal dövründə ərazilərimiz ermənilər tərəfindən ekoloji ge

arrow Ətraflı
Bakıda vəzifəli şəxslərə cinayət işi başlanıldı like
  • 06 Mar 11:44  
Digərləri Bakıda vəzifəli şəxslərə cinayət işi başlanıldı

Bakıda vəzifəli şəxslərə cinayət işi başlanılıb.

arrow Ətraflı
Ruslar Krımda raket zərbələrinə dözməyəcək like
  • 06 Mar 11:42  
Dünya Ruslar Krımda raket zərbələrinə dözməyəcək

Ukrayna Silahlı Qüvvələri rusların Krımdakı səngərlərinə basqın etm�

arrow Ətraflı
Rusiya Şuşa ətrafında TƏHLÜKƏLİ PLAN CIZIB like
  • 06 Mar 11:37  
Siyasət Rusiya Şuşa ətrafında TƏHLÜKƏLİ PLAN CIZIB

Azərbaycan tərəfi daha əvvəllər də xəbərdarlıq etmişdi ki, Ermənista

arrow Ətraflı
Ayan 6 SAATLIQ ƏMƏLİYYATDAN sonra like
  • 06 Mar 11:35  
Şou-biznes Ayan 6 SAATLIQ ƏMƏLİYYATDAN sonra

Müğənni Ayan Babakişiyeva plastik əməliyyat etdirib.

arrow Ətraflı