Molla rejimi azərbaycanlı qızları zəhərləyir:
Digərləri 06 Mar 2023 13:12:00 329 0
İranın fars molla rejimi növbəti etiraz aksiyaları ilə çalxalanır. Bu dəfə ölkənin gündəmi müxtəlif şəhərlərdə yaşanan zəhərlənmə faktları ilə dolub.
Bu xəbəri də oxu: COPun dəqiq bitəcəyi vaxt açıqlandı
Telegram kanallarda yayılan son məlumata görə, Cənubi Azərbaycanın Təbriz və Bəsminç şəhərlərində İran rejiminin qəsdən kimyəvi zəhərlənməsi nəticəsində iki qız məktəbinin 49 qız şagirdi təcili olaraq xəstəxanaya göndərilib. Reaksiya göstərən tələbələr və onların ailələri rejim tərəfindən saxlanılır. İndiyə qədər ən azı 700-ə yaxın qızın zəhərləndiyi müəyyən edilib və yüksək səviyyəli iranlı rəsmilərdən biri qızların qəsdən hədəf alındığını etiraf edib. İlam şəhərində də şagird qızlar naməlum səbəbdən kütləvi şəkildə zəhərləniblər.
Tehranda və digər şəhərlərdə tələbə qızların zəhərlənməsi ilə bağlı etiraz aksiyaları keçirilir. Onlarla təhsil ocaqlarında qızların naməlum maddədən kütləvi zəhərlənməsinin əsl səbəbləri hələ də tam müəyyənləşdirilməyib. Maraqlıdır ki, İranın dövlət nümayəndələri bunu "İslam inqilabı düşmənlərinin" törətdiyini bildirir, sosial fəallar isə hakimiyyəti ittiham edirlər. Sonuncular vurğulayırlar ki, yüzlərlə tələbə qızın qəsdən zəhərlənməsi qızların təhsil almasını istəməyən ifrat islamçı qrupların əməlidir.
Dinin mərkəzi sayılan Qum şəhəri də kütləvi zəhərlənmənin episentrindədir. Sosial şəbəklərdə insanlar baş verənləri "müharibə" adlandırıblar. "Qumdakı qızlar liseyində bunları edirlər ki, bizi evdə oturmağa məcbur etsinlər. Qızların evdə qalmasını istəyirlər!"- deyə qadınlardan biri bildirib. Bəzi valideynlər zəhərlənmədən sonra uşaqlarının həftələrlə xəstə qaldığını deyir. Xəstəxanadan çəkilən başqa bir videoda yeniyetmə qızının yatağı yanında danışan ananı görmək olar. "Əziz analar, mən anayam və uşağım xəstəxana çarpayısındadır, onun əl-ayağında gücü qalmayıb", - deyə ana deyir.
Artıq İranın 31 vilayətinin 10-da 30-dan çox məktəb və universitetdə qızların zəhərlənməsi halları baş verib. Valideynlərin Təhsil Nazirliyinin qarşısında və məktəblərin önündə təşkil etdikləri etiraz aksiyaları hakimiyyət əleyhinə nümayişlərə çevrilib. Onlar inqiliab keşikçilərini İŞİD terrorçuları adlandıran şüarlar səsləndiriblər. Tehranla yanaşı, İsfahan və Rəşt şəhərlərində minlərlə insanın qatıldığı aksiyalar davam edir. Aksiyalarda İran rejimindən qadınlara qarşı ayrı-seçkiliyə son qoyulması və əxlaq polisinin ləğv edilməsi tələb olunur. BMT-nin Cenevrədəki insan hüqquqları ofisi, həmçinin ABŞ və Almaniya İran hökumətini qızların şübhəli zəhərlənməsi ilə bağlı obyektiv təhqiqat aparmağa çağırıblar.
Son.az xəbər verir ki, məktəbli qızlar arasında ölən olmayıb, lakin onlarla yeniyetmə tənəffüs problemi, ürəkbulanma, başgicəllənmə və halsızlıq kimi simptomlarla xəstəxanaya yerləşdirilib. Baş prokuror cinayət işi açdığını açıqlasa da, ancaq əlavə edib ki, mövcud dəlillərin yalnız "cinayət və qəsdən törədilmiş əməllərin" ola biləcəyini göstərir. Tehran, İsfahan, Səfadəşt, Kərəc, Məlard, Şəhryar və başqa bir neçə şəhərdə zəhərlənən qız şagirdlərin valideynləri etiraz aksiyaları keçiriblər. Aksiyaçılar hakimiyyətin şagirdlərin zəhərlənməsində əli olduğu barədə şüarlar səsləndirirlər.
İran adlanan dövlətdəki teokratik hakimiyyətin, klerikal molla rejiminin Güney Azərbaycanda yeniyetmə azərbaycanlı şagird və tələbə qızlara qarşı tətbiq etdiyi kimyəvi maddənin qaz formasında olduğu deyilir.
Həmin qaz zəhərdir və güneyli qızları gələcəkdə, ümumiyyətlə, ana olmaq imkanından məhrum edə bilər.
İrandakı molla rejiminin bu əməli faktiki olaraq azərbaycanlı qızların gələcəkdən məhrum edilməsi, beynəlxalq hüquqla bəşəriyyətə qarşı cinayət sayılan kimyəvi hücum və etnik zəminli terror aksiyasıdır.
İran adlı dövlətin hakimiyyəti soydaşlarımıza qarşı yürütdüyü etnik təmizləmə, seqreqasiya və soyqırım siyasətinin yeni mərhələsini həyata keçirməkdədir.
Dünya buna susmamalıdır.
Azər Nuriyev Son.az
Azərbaycan qadınlarının "Tərəqqi" medalı ilə təltif edilməsi
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2023-cü il
Xəbər verdiyimiz kimi, Afaq Gəncəli aparıcısı olduğu "Səhər mərk
Qarabağda Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərimi
Bu gün Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə silah, döyüş surs
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid
Bakıda toy karvanında driftlər edən avtomobil qəzaya uğrayıb.
Martın 2-si vəfat edən ilahiyyatçı Hacı Şahinin ölümündən bir neçə
Abşeron rayon Mehdiabad qəsəbəsində məktəblərin birində biabırçı ha
Laçın aeroportunda uçuş-eniş zolağının və terminalın tikintisi üzrə
Əməkdar artist Hicran Nəsirovanın qızı Səkinənin toyu olub.
Qaradağ rayonunda intihara cəhd faktı qeydə alınıb.
Martın 9-da Heydər Əliyev Mərkəzində "Yerlə göy arasında" Az�