Sərhədimizdə peyda olan bu silahlı şəxslər kimlərdir?


Siyasət 21 Fev 2023 15:29:00 349 0

Sərhədimizdə peyda olan bu silahlı şəxslər kimlərdir?

Ermənistan Rusiyanı göydən yerə vurdu. Düzü, onlar üçün kimin sərhədlərində dayanmasının fərqi olmadığı öncədən də bəlli idi. Axı İrəvanın üzü ilə arxası eynidir. 

Avropa İttifaqı dünəndən etibarən Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq üçün artıq praktiki fəaliyyətə rəsmən başladğını elan etdi.

Artıq Aİ Ermənistana iki il müddətinə mülki müşahidə missiyası göndərdi. Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel məlumat verdi ki, "mülki" işçi heyəti təxminən 100 nəfərdən ibarət olacaq, onların 50-yə yaxını silahsız müşahidəçidir.

Səhv oxumadınız, bəli, 100 nəfərdən 50-si! Bu o deməkdir ki, Avropa İttifaqının Azərbaycanın burunun ucuna göndərdiyi missiya üzvləri heç də mülki deyil. İcraçı direktoru isə nə az, nə çox Avropa Birliyi Mülki Planlaşdırma və Davranış üzrə Xarici Fəaliyyət Xidməti CPCC-nin (Mülki Planlaşdırma və Davranış Qabiliyyəti) icraçı direktoru Stefano Tomadır. 

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndəsi öz Twitter hesabında yazıb ki, missiya insanların təhlükəsizliyinin təmin edilməsinə, regionda etimadın yaradılmasına və Ermənistanla Azərbaycan arasında sülh prosesində Aİ-nin səylərini dəstəkləməyə töhfə verəcək.

Maraqlıdır ki, missiyanın təhlükəsizliyinin təminat veriləcəyi şəxslər deyəndə Cozep Borrel kimləri nəzərdə tutur? Mülki vətəndaşlardırsa onların sərhəddə nə işi var ? Mülki missiya nə vaxtdan "vətəndaşların təhlükəsizliyinə" təminat verən oldu?

"Mülki missiyası" Azərbaycanla sərhəddə patrula başldı  

Missiyanın mülki olmayacağının anonsunu əslində günlər öncə Almaniya tərəfi də təsdiqləmişdi. Fevralın 20-də Avropa İttifaqının Ermənistandakı uzunmüddətli missiyasında Alman polisləri də iştirak edəcəyi bəyan edilmişdi. Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Hebestraytın bununla bağlı açıqlamasında Ermənistan tərəfdən Azərbaycanla sərhədi Almaniyadan minimum 15 hüquq-mühafizə orqanının əməkdaşının qoruyacağı ilə bağlı məlumata rast gəlmək mümkün idi.

Onun sözlərinə görə, belə bir qərarı ölkənin Nazirlər Kabineti qəbul edib.  O, missiyanın tərkibində Avropa İttifaqının müxtəlif ölkələrindən yüz polis əməkdaşının çalışacağını açıq şəkildə qeyd etmişdi.

Bu qərardan ən çox sevincəyə düşən tərəflərdən biri isə heç şübhəsiz ki, Fransa höküməti oldu. Çünki Fransa Azərbaycan və Ermənistan sərhədində yerləşdiriləcək Avropa İttifaqı missiyasının tərkibində fransız jandarmları da göndərdi. Bu barədə məlumatı fransalı deputat Natali Luazon təsdiqləmişdi.

"Missiya" erməni xalqı üçün təsəllidən başqa bir şey deyil

Fransanın xarici işlər naziri Ketrin Kolonna Aİ-nin müşahidə missiyasının Ermənistanda yerləşdirilməsi qərarının mühüm qərar olduğunu və Fransanın bu missiyada iştirakdan məmnun qalacağını bildirməsindən normal heçnə yoxdur. Çünki xüsusilə də postkonflikt dövründə Fransa dövləti ermənipərəstliyi ilə ad çıxardı. 

O da şübhə edilmir ki, 2022-ci ilin oktyabrında Praqada ideya kimi başlayan bu təşəbbüs praktiki olaraq Fransanın təşəbbüsüdür. Çünki Fransanın Qafqazla bağlı dərin maraqları var. Bu mənada, Avropa İttifaqının müşahidə missiyası Fransanın Qafqazdakı rolunu genişləndirmək üçün bir vasitədir. Paris Avropa İttifaqındakı nüfuzundan istifadə edərək bunu yeritməyə çalışır.

Avropa İttifaqında buna qarşı çıxmaq üçün hər hansı bir gücün olmaması isə Fransanın planını həyata keçirməsi istiqamətində qapıların üzünə rahatlıqla açılmasına imkan verir.

Fransa gec-tez bu qapının arasında sıxışacaq

Nəzər salsaq görərik ki, Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri arasında Brüssel formatı çərçivəsində bu il 4 görüş keçirilib. Onlardan 3-ü Brüsseldə, sonuncu görüş isə Avropa İttifaqının qeyri-formal sammiti çərçivəsində Praqada baş tutub. Bütün bu görüşlər sülh müqaviləsinin imzalanması, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, sərhədlərin delimitasiyası və demarkasiyasına yönəlmişdi.

Eyni zamanda, son Praqa görüşü zamanı həm də yeni bir istiqamət müəyyənləşdirildi: Avropa İttifaqının mülki missiyasının Ermənistan ərazisində sərhədlərin delimitasiya işinə yardımçı olması ilə bağlı... Azərbaycan bu missiyanın öz sərhədləri daxilində fəaıliyyətinə qəti etiraz etdi. İrtəvanda isə o gündən- bugünə toy bayramdır. 

Hansı günlərinə?

Çünki Ermənistanın bu addımı tamamilə Rusiyanın maraqları çərçivəsindən kənar bir yanaşmadır. Çünki artıq Avropa İttifaqının nümayəndələri bölgəyə daxil oldular. Bəli, köhnə qitənin Cənubi Qafqaz da fəaliyyət dairəsinin genişlənməsi Kremlin maraqlarına ziddir. Rusiya XİN-in narahatlığı da bununla bağlıdır. 

İstər Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, sitərsə də Sergey Lavrov artıq neçənci dəfədir bəyan edirlər ki, Avropa İttifaqı müşahidəçilərinin Ermənistan ərazisində yerləşməsi ilə bağlı deyib ki, bu Rusiyanı regiondan sıxışdırıb çıxarmaq cəhdidir.

Artıq neçənci dəfədir ki, Rusiya bu məsələdə öz narahatlığını bildirir. Paşinyan Rusiyanın əvvəl etirazlarına, sonra isə hədə qorxularına baxmayaraq Aİ müşahidəçilərini Ermənistana gətirməklə, əslində Moskvanın planlarını pozdu. Çünki Rusiya dəfələrlə bildirmişdi ki, Azərbaycanla sərhəddə KTMT hərbiçilərin gətirmək istəyir.

Əslində dekabrın 19-da bu missiyanın müddəti başa çatmalı idi, amma dekabrın 20-də yeni missiya göndərdilər. Bu da sadəcə olaraq, manipulyasiyadır. İndi yeni missiyanın nümayəndələri artıq bir gündür ki, daha geniş heyyətlə və silahlı şəxslərlə Ermənistandadır, Azərbaycanla sərhəddə monitorinqlərə start veriblər. Amma Azərbaycanla razılaşdırılmadan, qeyri-qanuni, rəsmi Bakının mövqeyi öyrənilmədən...

Bununla bağlı İlham Əliyev açıq bəyan edib ki, növbəti missiyanın göndərilməsi, təhlükəsizliyi artırmayacaq, əksinə...

Sergey Lavrov da hələ yanvarın 18-də keçirdiyi mətbuat konfransında Avropa İttifaqı müşahidəçilərinin Ermənistana yerləşdirilməsi barədə mövqeyini açıq şəkildə bildirərkən Bakının razılığı məsələsini xüsusi qabartdı: "Müttəfiq olmağımıza, bu missiyanın tam hazır olmasına baxmayaraq, Ermənistan tərəfi Avropa İttifaqı ilə danışıqlara üstünlük verir ki, orada uzunmüddətli əsasda mülki müşahidəçilər missiyası yerləşsin. Yaxşı, bu, əslində Ermənistanın hüququdur, amma unutmaq olmaz ki, söhbət Azərbaycanla sərhəddən gedir və yəqin ki, bu missiya Azərbaycanın razılığı olmadan işə salınarsa, əks-nəticə verə bilər. Bu, sərhəddə inam yaratmaq əvəzinə, əlavə qıcıq yarada bilər".

Rusiyanın ən böyük narahatlığı Ukrayna cəbhəsindəki düşdüyü durumdan dolayı Cənubi Qafqazda zəifləyən mövqeyinə Qərbin sahiblənmək üçün atdığı təsirli addımları ilə bağlıdır. Çünki əvvəlcədən bəlli idi ki, "müvəqqəti" adlandırılsa da, əsas məqsəd missiyanı "daimi" etməkdir. İndi uzunmüddətli missiyanın göndərilməsi də bunun təsdiqidir.

Amma Moskva qədər Azərbaycan üçün də uzunmüddətli missiya planı qəbuledilməzdir, bunun arxasında Fransanın Cənubi Qafqaza soxulmaq və indi də öz neomüstəmləkəçilik niyyətini bu coğrafiyada davam etdirmək niyyəti dayandığı gün kimi aydındır.

Aİ-nin 100 nəfərlik "mülki" missiyasının Ermənistan sərhədlərinə Bakının mövqeyi öyrənilmədən göndərilməsi qərar hazırkı dövrə kimi aparılmış danışıqların və xüsusilə Praqa görüşünün nəticələrinə ziddir. Aydın görünür ki, Aİ-nin qərarı bölgədə vəziyyətin sabitləşməsinə yox, gərginləşməsinə xidmət edir. 

Fransa nə istəyir?

✔️ Nikol Paşinyan bununla Ermənistanın təhlükəsizliyinin zəmanəti Rusiya deyil, Avropa İttifaqı olduğunu Moskvaya bir daha mesaj verdi. Aİ bununla regionda geosiyasi mövqelərini möhkəmləndirməklə, N. Paşinyana Moskvanın Ermənistandan çıxarılmasına dəstək vermək niyyətindədir.

✔️ "Mülki missiya" oyunu Ermənistan rəhbərliyinin Azərbaycanla sülh müqaviləsinin bağlanması istiqamətində aparılan danışıqlardan yayınmağa və regionda sülhün əldə edilməsinə mane olmaq niyyətini güdür.

Avropa İttifaqının Ermənistana mülki missiyası həm də bu ölkəni Azərbaycandan "qorumaqdır". Ermənistanın bu oyunun əsas konfiqurasiyası olması öz əleyhinə işləyir. Azərbaycana qarşı mövqe ortaya qoymaq Ermənistan üçün növbəti dəfə ağır nəticələrə səbəb ola bilər. 

İlham Əliyevin fevralın 17-də Münhendə Təhlükəsizlik Konfransı çərçivəsində Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə görüşü münasibətlərdə problemin olmadığına işarədir. Əlbəttə, Avropa İttifaqının Azərbaycanın Ermənistanla təmas xəttinə iki il müddətinə müşahidəçilər missiyası göndərməsi Bakıda suallar yaradıb. Ancaq belə görünür ki, Şarl Mişel Bakıya məsələnin məğzini izah edə bilib, və bu missiyaya görə məsuliyyəti öz üzərindən atmaq üçün üzrxahlıq da edib.

Çünki Ş.Mişel də yaxşı bilir ki, Aİ-nin missiyası artıq mülki missiya olmayacaq. Açıq-aşkar görünür ki, bu missiya hərbiləşir. Hərbçilər misiyanın böyük hissəsini təşkil edəcək. Bu isə deməyə əsas verir ki, regionda vəziyyət mürəkkəbləşir. Müxtəlif ölkələrin maraqları artıq açıq şəkildə toqquşur.

Ermənistan növbəti dəfə təhlükəli sularda üzməyə başladı. Rəsmi İrəvan missiyanın fəaliyyətindən destruktiv siyasət yürütmək məqsədi ilə sui-istifadə cəhdlərinə çalışsa, Azərbaycan üçün müəyyən fəsadlar yaratmaq cəhdləri aşkar edilsə, əlbəttə ki, Bakı növbəti dəfə təhlükəsizlik düyməsini sıxmaq məcburiyyətində qalacaq. O zaman isə Ermənistanın coğrafi xəritədə qalıb qalmayacağını isə proqnozlaşdırmaq çox çətindir. 

Təhməz Əsədov Son.az

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı like
  • 21 Fev 15:28  
Digərləri Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən magistraturaya fevralın 19-da

arrow Ətraflı
Naxçıvan Ali Məhkəməsinə yeni hakim təyin edilir like
  • 21 Fev 15:21  
Digərləri Naxçıvan Ali Məhkəməsinə yeni hakim təyin edilir

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə yeni hakim təyin edilir.

arrow Ətraflı
Avropanın ən yaşlı ağacı qırıldı  FOTO like
  • 21 Fev 15:10  
Dünya Avropanın ən yaşlı ağacı qırıldı FOTO

İsveçin Dalarna əyalətində bitən Qoca Tikko küknarının adı dünyanın

arrow Ətraflı
“Baharın rəngləri” adlı Respublika uşaq rəsm müsabiqəsi üçün əsər qəbulu elan olunur like
  • 21 Fev 15:09  
Kriminal “Baharın rəngləri” adlı Respublika uşaq rəsm müsabiqəsi üçün əsər qəbulu elan olunur

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası

arrow Ətraflı
“O qədər yardım yığıldı, yenə çadır istəyirlər” like
  • 21 Fev 14:59  
Şou-biznes “O qədər yardım yığıldı, yenə çadır istəyirlər”

Türk aktrisa Mine Tugay tənqidi status paylaşıb.

arrow Ətraflı
Pişiyi xilas etmək istədilər, dağıntılar altında qaldılar like
  • 21 Fev 14:49  
Dünya Pişiyi xilas etmək istədilər, dağıntılar altında qaldılar

Hatayda baş verən iki böyük zəlzələdən sonra pişiyi xilas etmək istəy

arrow Ətraflı
DSX Türkiyəyə növbəti dəfə ərzaq yardımı göndərib like
  • 21 Fev 14:41  
Digərləri DSX Türkiyəyə növbəti dəfə ərzaq yardımı göndərib

Dövlət Sərhəd Xidməti (DSX) Türkiyəyə növbəti dəfə ərzaq yardımın

arrow Ətraflı
Türkiyədə oxuyan azərbaycanlı tələbələrə güzəştlərin edilməsi gündəmdə like
  • 21 Fev 14:38  
Digərləri Türkiyədə oxuyan azərbaycanlı tələbələrə güzəştlərin edilməsi gündəmdə

Türkiyədə zəlzələ bölgəsindən başqa ərazilərdə də bir çox univers

arrow Ətraflı
Rusiyada "cadugər ovu" başlayır like
  • 21 Fev 14:29  
Digərləri Rusiyada "cadugər ovu" başlayır

Rusiya prezidenti Vladimir Putin Federal Məclis qarşısında çıxışında �

arrow Ətraflı
“Namiq Qaraçuxurlu ilə duetimdən sonra Arif Babayevin gözünə görünmədim, demişdi ki..." like
  • 21 Fev 14:27  
Şou-biznes “Namiq Qaraçuxurlu ilə duetimdən sonra Arif Babayevin gözünə görünmədim, demişdi ki..."

Xalq artisti, şöhrətli xanəndə Arif Babayevin 85 yaşı tamam olur. Böyük

arrow Ətraflı
Hava bu tarixdən dəyişir: like
  • 21 Fev 14:22  
Digərləri Hava bu tarixdən dəyişir:

Bu həftənin ortalarında qış soyuğu olacaq, qar yağacaq.

arrow Ətraflı
Bu binalardakı mənzillərə çıxarış verilməyəcək like
  • 21 Fev 14:16  
Digərləri Bu binalardakı mənzillərə çıxarış verilməyəcək

Türkiyədə güclü zəlzələ zamanı minlərlə binanın dağılmasına səb�

arrow Ətraflı
Ukraynada 16 mindən çox mülki şəxsin öldürüldüyü ehtimal edilir like
  • 21 Fev 14:05  
Dünya Ukraynada 16 mindən çox mülki şəxsin öldürüldüyü ehtimal edilir

Müstəqil araşdırmalarda müharibə başlayandan bəri Ukraynada 16000-dən �

arrow Ətraflı
Birbankla Türkiyəyə kart köçürmələri komissiyası ləğv olundu like
  • 21 Fev 14:02  
Digərləri Birbankla Türkiyəyə kart köçürmələri komissiyası ləğv olundu

Bildiyiniz kimi, 6 fevral tarixində Türkiyənin müxtəlif bölgələrində ç

arrow Ətraflı
Pilotun Hataydan qayıdan xilasedicilərə təşəkkürü izləyici rekordu qırdı like
  • 21 Fev 13:54  
Dünya Pilotun Hataydan qayıdan xilasedicilərə təşəkkürü izləyici rekordu qırdı

Türkiyədə fevralın 6-da baş verən zəlzələlərdən sonra Hataya yollanan

arrow Ətraflı