Hava bu tarixdən dəyişir:
Digərləri 21 Fev 2023 14:22:00 290 0
Bu həftənin ortalarında qış soyuğu olacaq, qar yağacaq.
Bu xəbəri də oxu: Pezeşkian özünü biabır etdi
Son.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
O qeyd edib ki, hər il Bakıda Su çərşənbəsində fərqli hava müşahidə olunur, illər bir-birinə bənzəmir:
"Bunu elə son 10 ilin statistikasında görmək olar. Bəzən il arası fərqlər 20 dərəcəyə yaxınlaşır. Məsələn, əgər 2017-ci ilin Su çərşənbəsində 2 dərəcə şaxta olubsa, 2020-ci ildə 18 dərəcə isti qeydə alınıb".
U.Tağıyeva vurğulayıb ki, ilk tonqalın su çərşənbəsində qalanması buzların əriməsinin, qışın arxada qalmasının göstəricisidir:
"Amma bu il fevral ayı son ongünlüyündə də öz "mövqeyini əldən vermir. Elə bu həftənin ortalarında qısa müddətə qış soyuğu hiss olunacaq, qar yağıntısı bir çox bölgələrimizi əhatə edəcək. Abşeron yarımadasında fevralın 23-ü axşamdan başlayan yağıntının 24-də sulu qara keçəcəyi gözlənilir. Lakin axşama doğru yağıntı tədricən kəsiləcək. Havanın minimal temperaturu 0 dərəcəyə yaxın olacaq".
Xidmət rəisi Su çərşənbəsində respublikanın çaylarında sululuq haqqında da məlumat verib:
"Qışda ümumiyyətlə çaylarda aşağı sululuq olur, dağlarda mənfi temperatur və yağıntı qar şəklində olduğu üçün bəzi çayların mənbəyi donur. Belə ki, Kiçik Qafqaz çaylarında sululuq ongünlük normanın 73, Lənkəran-Astara bölgəsi çaylarında isə 26 faizini təşkil edir. Böyük Qafqazın Quba-Xaçmaz bölgəsində digər ərazilərlə müqayisədə bu il daha çox yağıntı müşahidə olunub ki, bu da çayların sululuğuna təsir edib. Hazırda bölgənin əsas çaylarında sululuq ongünlük normanın 147 faizini təşkil edir. Kür-Qıraqkəsəmən məntəqəsində sululuq ongünlük normanın 76 faizini, Qanıx-Cəlayir məntəqəsində isə 33 faizini təşkil edir".
Son.az
Türkiyədə güclü zəlzələ zamanı minlərlə binanın dağılmasına səb�
Müstəqil araşdırmalarda müharibə başlayandan bəri Ukraynada 16000-dən �
Bildiyiniz kimi, 6 fevral tarixində Türkiyənin müxtəlif bölgələrində ç
Türkiyədə fevralın 6-da baş verən zəlzələlərdən sonra Hataya yollanan
Yenidən prezident seçiləcəyim gecə Ukraynadakı münaqişənin həlli ilə
Türkiyədə fevralın 6-da baş verən zəlzələdə böyük dağıntılarla ü
Rusiyanı döyüş meydanında məğlub etmək mümkün deyil.
İkinci Qarabağ müharibəsində məğlub tərəf Ermənistan bir neçə həd�
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İŞİD terror təşkilat�
"Fevralın 18-də Almaniyada Münxen Təhlükəsizlik Konfransı çərçiv�
Fevralın 6-da Türkiyənin cənubunda baş verən, 10 əyalətdə ciddi dağın
Dünən axşam saatlarında Türkiyənin Hatay vilayətində baş verən 6,4 və
ABŞ Prezidenti Co Baydenin Ukraynaya səfəri Rusiya Federasiyası üçün qeyr
Sahibkarlar kommunal xidmətlərlə bağlı "Bakı KOB evi"nə müraci