Birbankla Türkiyəyə kart köçürmələri komissiyası ləğv olundu
Digərləri 21 Fev 2023 14:02:00 298 0
Bildiyiniz kimi, 6 fevral tarixində Türkiyənin müxtəlif bölgələrində çoxsaylı insan tələfatı ilə nəticələnən silsiləli zəlzələlər qeydə alınıb. Qardaş ölkəyə dəstək tədbirləri çərçivəsində Birbank vasitəsilə Türkiyənin bank kartlarına edilən köçürmələrə görəkomissiya 31 mart 2023-cü il tarixinədəkləğv olundu.
Bu xəbəri də oxu: "Qadınlar 35 yaşa qədər uşaq dünyaya gətirməlidir" Deputatdan təklif
Komissiyanın tətbiq olunmamasıistənilən növ Kapital Bank kartlarından, lakin yalnız Birbank rəqəmsal bankı vasitəsilə edilən karta köçürmə əməliyyatlarına şamildir. İstifadəçilər qeyd olunan köçürmələri xidmət haqqı tətbiq olunmadanöz kart limitləri daxilində həyata keçirəbilərlər.
Bundan başqa Suriyaya Western Union təcili pul köçürmə sistemi vasitəsilə vəsait göndərərkən müştərilərdən heç bir komissiya haqqı tutulmayacaq. Aksiya 8 mart 2023-cü il tarixinədək davam edəcək.Western Union sisteminin özəllikləri, məbləğ limitləri, köçürmə əməliyyatları və digər məlumatlarla saytdan tanış olmaq mümkündür - https://kbl.az/wsunpr.
Qeyd edək ki, Türkiyədə baş vermiş dəhşətli təbii fəlakət nəticəsində zərərçəkmiş şəxslərə kömək məqsədilə Kapital Bank tərəfindən yaradılan Qırmızı Ürəklər Fondunun "Türkiyə üçün bir ürək olaq!" adlı yardım vəsaitinin toplanılması aksiyası davam edir. Aksiyaya dəstək olmaq üçün https://redhearts.az/saytı, Birbank rəqəmsal bankı, eləcə də Kapital Bank-ın ödəniş terminalları vasitəsilə "Qırmızı Ürəklər" Fonduna ianə edə bilərsiniz.
Həmçinin zəlzələ zamanı zərərçəkmiş şəxslərə dəstək məqsədilə PAŞA Holding və Kapital Bank da daxil olmaqla onun törəmə şirkətləri Türkiyənin iki önəmli yardım fonduna - Ahbap və Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinə (AFAD) hər birinə 500 000 ABŞ dolları olmaqla vəsait ianə ediblər.
Ölkənin ilk rəqəmsal bankı olan Birbank bir sıra üstünlüklərəvə imkanlara malikdir: rahat qeydiyyat, kartlara və hesablara nəzarət, ödənişlər, taksit kartının və nağd pul kreditinin onlayn əldə edilməsi, bonusların idarə olunması və s. Ətraflı məlumat üçün Birbank tətbiqini yükləyin,https://birbank.azsaytına daxil olun və ya 196 Məlumat Mərkəzinə zəng edin.
Türkiyədə fevralın 6-da baş verən zəlzələlərdən sonra Hataya yollanan
Yenidən prezident seçiləcəyim gecə Ukraynadakı münaqişənin həlli ilə
Türkiyədə fevralın 6-da baş verən zəlzələdə böyük dağıntılarla ü
Rusiyanı döyüş meydanında məğlub etmək mümkün deyil.
İkinci Qarabağ müharibəsində məğlub tərəf Ermənistan bir neçə həd�
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İŞİD terror təşkilat�
"Fevralın 18-də Almaniyada Münxen Təhlükəsizlik Konfransı çərçiv�
Fevralın 6-da Türkiyənin cənubunda baş verən, 10 əyalətdə ciddi dağın
Dünən axşam saatlarında Türkiyənin Hatay vilayətində baş verən 6,4 və
ABŞ Prezidenti Co Baydenin Ukraynaya səfəri Rusiya Federasiyası üçün qeyr
Sahibkarlar kommunal xidmətlərlə bağlı "Bakı KOB evi"nə müraci
Rusiya-Ukrayna müharibəsi ilkin mərhələdə 96 saatlıq nəzərdə tutulsa d
Xəbər verdiyimiz kimi, Xalq artisti Ramiz Novruz ötən gün uzun sürən xəs
Türkiyəli müğənni Demet Akalın zəlzələdən zərərçəkənlərə yardı