Ukraynada 16 mindən çox mülki şəxsin öldürüldüyü ehtimal edilir
Dünya 21 Fev 2023 14:05:00 295 0
Müstəqil araşdırmalarda müharibə başlayandan bəri Ukraynada 16000-dən çox mülki şəxsin öldürüldüyü ehtimal edilir.
Bu xəbəri də oxu: “Dubay şokoladı” əslində "Şuşa şokoladı" imiş?
Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyinin Kəşfiyyat Xidməti məlumat yayıb.
"BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı 2023-cü ilin 13 fevralına qədər Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri 18 955 mülki itki qeydə alıb ki, bunlardan 7199 ölü və 11756 yaralıdan ibarətdir. Mülki itkilərin 697-si 2023-cü ilin yanvarında baş verib. Ancaq Ali Komissarlıq faktiki rəqəmlərin xeyli yüksək olduğunu ehtimal edir", məlumatda deyilir.
Britaniya kəşfiyyatı digər müstəqil təhlillərə əsasən, müharibədə 16 mindən çox mülki şəxsin öldürüldüyünü ehtimal edir.
"2023-cü ilin yanvarına olan məlumatlar zorakılığın 1200 km-lik cəbhə xətti boyunca davam etdiyini, lakin əsasən Donetsk, Luqansk və Zaporojye vilayətlərində cəmləşdiyini göstərir. 2023-cü ilin yanvar ayı ərzində həm tibb, həm də təhsil müəssisələrinə hücumda intensivlik daha da artıb. Davamlı mülki itkilər Rusiyanın artilleriya və digər ərazi silah sistemlərindən istifadə edərkən obyektlərə ayrı-seçkilik etməməsi ilə bağlıdır", -Müdafiə Nazirliyinin məlumatında qeyd olunur.
Bildiyiniz kimi, 6 fevral tarixində Türkiyənin müxtəlif bölgələrində ç
Türkiyədə fevralın 6-da baş verən zəlzələlərdən sonra Hataya yollanan
Yenidən prezident seçiləcəyim gecə Ukraynadakı münaqişənin həlli ilə
Türkiyədə fevralın 6-da baş verən zəlzələdə böyük dağıntılarla ü
Rusiyanı döyüş meydanında məğlub etmək mümkün deyil.
İkinci Qarabağ müharibəsində məğlub tərəf Ermənistan bir neçə həd�
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İŞİD terror təşkilat�
"Fevralın 18-də Almaniyada Münxen Təhlükəsizlik Konfransı çərçiv�
Fevralın 6-da Türkiyənin cənubunda baş verən, 10 əyalətdə ciddi dağın
Dünən axşam saatlarında Türkiyənin Hatay vilayətində baş verən 6,4 və
ABŞ Prezidenti Co Baydenin Ukraynaya səfəri Rusiya Federasiyası üçün qeyr
Sahibkarlar kommunal xidmətlərlə bağlı "Bakı KOB evi"nə müraci
Rusiya-Ukrayna müharibəsi ilkin mərhələdə 96 saatlıq nəzərdə tutulsa d
Xəbər verdiyimiz kimi, Xalq artisti Ramiz Novruz ötən gün uzun sürən xəs