"Valentin günü” bizə lazımdırmı?
Digərləri 13 Fev 2023 22:04:00 304 0
Sabah - fevralın 14-ü dünyanın bir çox ölkələrində "Sevgililər günü" kimi qeyd olunacaq. Bəzən bu günü "Müqəddəs Valentin günü" adlandıranlar da var.
Bu xəbəri də oxu: Gün ərzində nə qədər enerji içkisi içmək olar? Həkim açıqladı
Bəs "Sevgililər günü" kimi qeyd edilən bayramın tarixçəsi necədir?
Son.az musavat.com-a istinadən bildirir ki, məlumata görə, bu bayramın tarixi hələ 1500 il əvvələ gedib çıxır və əsası xristianlığa deyil, əski Roma ənənələrinə dayanır. Mənbələrin birinə görə Roma imperatoru ölkəsini öz qanunları ilə idarə edən qəddar imperator ll Kladius ordu üçün savaşan əsgər tapmaq üçün evliliklərə qadağa qoyur. Səbəb isə romalı kişilərin sevdiklərini və ailələrini tərk etməmək istəyi ilə bağlı olub.
Valentin adlı rahib isə özü kimi rahib olan Mariusla birlikdə gəncləri gizli olaraq evləndirib. Bundan xəbər tutan imperator 269-cu ildə Valentini edam etdirir. Onun bu əməli müqəddəs iş kimi qiymətləndirildiyindən edam olunduğu gün, fevralın 14-ü "Müqəddəs Valentin günü" kimi tarixdə qalır. Başqa bir mənbələrə görə isə fevralın 14-də romalı gənc qızlar adlarını kiçik kağız parçalarına yazaraq bir çəlləyə atır, həmin kağızlardan birini seçən romalı gənc də seçdiyi kağızda adı yazılan qızla həmin gecə birlikdə olurdu. Onlar bütün bayram boyu bir-birilərindən ayrılmırdılar. Beləliklə, kütləvi əxlaqsızlıq bayramı keçirilirdi.
İmperator bunu qadağan etsə də rahib Valentin iyrənc adəti bərpa edərək gizli şəkildə qız və oğlanları qeyri-qanuni görüşdürməkdə davam edib. Bu səbəbdən imperator ll Kladius rahibi həbs edir və kütləvi əxlaqsızlıq keçirilən həmin gündə, yəni fevralın 14-də rahibi döydürərək təhqiramiz formada edam etdirir.
Bəzi iddialara görə, guya rahib həbsxana rəisinin qızına aşiq olduğu üçün öldürülüb. Lakin tarixdən də məlumdur ki, rahib həbsxanada keşiş dostu Mariusa "Valentini unutma", "Səni sevirəm" sözlərindən ibarət məktublar yazıb. Bu da onun hansısa qıza görə öldürüldüyü və ya xristianlığı təbliğ etdiyinə görə edam edilməsi faktlarını şübhə altına alır.
İki əsr sonra 496-cı ildə Papa Helasiusun dövründə rahib Valentin kilsə tərəfindən müqəddəs elan olunur və fevralın 14-ü Valentin günü kimi qeydə alınır. Beləliklə Papa Helasius əxlaqsızlığı rəsmiləşdirir. Yalnız 1969-cu ildə Roma Katolik Kilsəsi bu səhvi düzəldir və keşiş Valentini kilsənin müqəddəslər siyahsından çıxararaq "Müqəddəs Valentin günü" bayramının keçirilməsini məsləhət görmür.
"Müqəddəs Valentin günü"nün ləğv olunduğu ölkələr
Artıq uzun illərdir ki, bir çox Qərb ölkələri "Müqəddəs Valentin günü"nü keçirmir və yaxud səthi yanaşır. Məsələn, hər il bu bayramda Rusiyada millətçilər, xristianlığın bəzi məzhəblərinin davamçıları ilə bu günü daha təntənəli keçirən cinsi azlıqlarının nümayəndələri arasında dava-dalaş düşür. Rusiyada bu bayram demək olar ki, sıradan çıxarılıb. Universitetlərdə tələbələrin fevralın 14-də təşkil olunacaq şənliklərdə, diskotekalarda iştirakı qadağan edilib. Beləliklə, Valentin günü "rus milli dəyərlərinə zidd" adlandırılıb.
Almaniyada isə bu tarix "psixi cəhətdən sağlam olmayanların günü" kimi qeyd edilir. İordaniya da "Sevgililər günü"nün qadağan olunduğu ölkələr sırasındadır.
İslam əxlaqlarına uyğun olmadığı üçün Malayziyada da bu gün qadağan edilib.
İslamabad Ali Məhkəməsi də Pakistan ərazisində Müqəddəs Valentin Günü-Sevgililər gününü qadağan edib. Məhkəmə bu qərarı "Sevgililər günü"nün İslam ənənələri ilə heç bir əlaqəsinin olmadığını əsas gətirərək qəbul edib. Qərara əsasən, həm rəsmi səviyyədə, həm də əhali arasında istənilən şəkildə həmin günü qeyd etmək qadağandır. Bununla bərabər bu bayramın KİV-də təşviqi və ya reklamı da qadağan olunub.
Özbəkistanda və Türkmənistanda da bu günün qeyd olunması qadağandır.
İranda isə bu gün ilə bağlı bütün hədiyyəlik əşyaların satışı və reklamları qadağan edilib.
Səudiyyə Ərəbistanda isə 2004-ci ildə verilən fitvada "Sevgililər günü"nü Allaha və Qiyamət gününə iman gətirən müsəlmanların qeyd etməmələri söylənib. Fitvada Allahın qəzəbindən qorxanlar üçün bunun bir vəzifə olduğu vurğulanıb.
Azərbaycanda isə 2003-cü ildən başlayaraq "Sevgililər günü" 30 iyunda keçirilir. Bu tarix isə 1990-cı il 20 Yanvar faciəsi zamanı həlak olan İlham və onun yoxluğuna dözə bilməyib, özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ilə əlaqədardır. Bu, sevginin, sədaqətin, cəsarətin göstəricisi sayılır və bütün sevgililərə əbədi örnək ola biləcək İlham və Fərizənin toy günü - 30 iyun tarixi Azərbaycanda "Sevgililər günü" kimi keçirilir. Bu təklifi 2003-cü ildə "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı irəli sürmüşdü.
Lakin hələ də ölkəmizdə bir sıra gənclər 14 fevralı "Sevgililər günü" kimi qeyd edir. Bununla belə bəziləri bunu dünya imperializminin təbliğatı, insanları bu cür təqvimlərdə soyması kimi izah edir, ümumiyyətlə isə, Azərbaycanın milli mənəvi dəyərlərinə, dünyagörüşünə, adətlərinə, yaşam tərzinə, dininə uyğun olmadığını bildirir.
Fransa Rusiya ordusunun Ukraynaya yeni hücumu ilə əlaqədar öz vətəndaşla
Qarabağdakı baş terrorçu Araik Arutyunyan Moskva səfərindən sonra daha bi
Ukrayna aviasiyası bu gün Rusiya qoşunlarının şəxsi heyətinin və hərbi
2020-ci ildə və fəlakətdən üç gün əvvəl Kahramanmaraş mərkəzli zəl
ABŞ BMT TŞ-ni Suriyaya transsərhəd yardımın çatdırılması üçün əlav
Yevlaxda 20 yaşlı gəncin ölməsi faktı ilə bağlı araşdırma aparılır.
Sabah müqəddəs Valentin günüdür. Yəni Sevgililər günü... Belə ki, hə
Trans-Adriatik Boru Kəməri (TAP) İtaliyaya qaz tədarükünün diversifikasiy
Koronavirusla mübarizə pişiklər üçün vaksinlərin kəskin çatışmazlı�
Dünən Londonda "BRIT Awards 2023" mükafatlarının təqdimetmə mə
NASA-nın "Curiosity" roveri fevralın 12-də qədim Marsda suyun varl
Berlində seçkilərdə zibil qutuları seçki qutusu kimi istifadə olunur.