Keçi otaran çobandan maraqlı kəşf İnsanları xoşbəxt etdi
Digərləri 22 Dek 2024 10:30:00 60 0
800-cü illər idi, bu günə qədər Efiopiya adını verdiyimiz Habeşistanın Kaffa şəhərinin yüksək dağlarında keçilərini otarırmış bir çobanın bir gün diqqətini maraqlı bir şey çəkdi.
Bu xəbəri də oxu: Zaqatalada 8 otaqlı yaşayış evi yanıb
Yüksək dağlara qalxarkən yorulan keçilər, bir ağacın qırmızı kiçik meyvələrini yeyəndə canlanır, yerində duramır, hətta yuxusuz qalırdılar.
Çoban öz-özünə "nəyə görə?" deyə soruşdu, sonra "bu meyvədən olmalı" dedi.
O meyvələrdən özü də yedi. Qısa müddətdə gücləndiyini, daha enerji dolu olduğunu hiss etdi. Bəli, o meyvə qəhvə idi. Qəhvə adı da tapıldığı şəhərin adı "Kaffa"dan irəli gəlir. Adı qısa müddətdə bölgəyə yayıldı. Xüsusilə Ərəb Yarımadasında böyük bir tutkuya çevrildi. Ərəblər buna "Qahva" dedilər, bu xoşbəxtlik hormonuna yaxşı təsir edirdi. İngilislər isə "Coffee" dedilər. Adı Yəməndən Osmanlıya, Osmanlıdan Avropaya, oradan da Amerikaya yayıldı. Osmanlı sarayında xüsusi "Kahvecibaşı" çalışırdı. Adamın tək işi padşaha qəhvə hazırlamaq idi.
Qəhvə Türkiyəyə də daxil oldu:
"Kahvə Yəməndən gəlir, suyu çəməndən gəlir".
Qəhvəni Afrikadan Ərəb Yarımadasına gətirənlər müsəlman dərvişlər idi. Amerikaya və Uzaq Şərqə gətirənlər isə Xristian keşişlər oldu. Dərvişlər qəhvəni sadə bir şəkildə içirdilər, tozunu isti su ilə qaynatdılar. Türk qəhvəsi də elə bu cür hazırlanırdı. Keşişlər isə qəhvənin fərqli növlərini tapdılar. Məsələn, "Cappuccino" adı, keşişlərin geydikləri "kapşonlu" paltarlardan irəli gəlirdi.
Qovrulmuş qəhvədən hazırlanan qəhvəyə isə "Espresso" dedilər. Bəziləri "Ekspresso" desə də, orijinalı "Espresso"dur. İspan dilində bu, "presləmək" və "isti" mənasını verir. Süt üzərinə espresso əlavə edildikdə ortaya "Macchiato" çıxır. "Macchiato" İtalyanca "ləpə" deməkdir. Yəni südün üzərində qəhvə ləpələri. "Espresso" üzərinə isti su əlavə edildikdə isə "Cafe Americano" olur. "Espresso" süd və kakao qarışımına isə "Mocha" deyiblər. Bu ad isə Yəməndəki "El Mocha" limanından irəli gəlir. Tərcümə: Xəyal Abdullayev Son.az
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə İsmay
"Youtube" platforması müğənni Günay İbrahimlini sevindirib.
Mütəxəssislərin yeni kəşflərindən məlum olub ki, kişilərin heç də h
ABŞ hərbi qüvvələri Yəməndə yerləşən və Qırmızı Dənizdə gəmil
Hər hansı bir insanın ürəyini fəth edəcək, sosial şəbəkələrdən vir
Türkiyəli aktyor Nejat İşlerin yeni yayılan görüntüləri izləyicilərin
Albaniyada "TikTok" platforması bir il müddətinə bağlanacaq.
Dünya gündəmində başqa məsələlər ön planda ikən, amerikalı və avrop
Artıq çəki atmaq üçün həftələrlə, aylarla pəhriz saxlam kifayət deyi
Kanadanın hakim Liberal Partiyasının bəzi nümayəndələri hesab edirlər k
Yağsız məhsullar orqanizmə fayda vermir, əksinə tərkibinə qatılanlar ka