Azərbaycan İsrail İnnovasiya Forumu keçirilib FOTO
Digərləri 13 Fev 2023 16:20:00 315 0
Fevralın 13-də ADA Universitetində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının (IACCI) və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşkilatçılığı, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və "Nextstep" İnnovasiya Mərkəzinin dəstəyi ilə Azərbaycan-İsrail İnnovasiya Forumu keçirilib.
Bu xəbəri də oxu: Bakı metrosunda nasazlıq
Son.az Trend-ə istinadən xəbər verir ki, forumda hər iki ölkədən rəsmi şəxslər, müxtəlif təşkilatların, biznes assosiasiyaların, ali təhsil müəssisələrinin nümayəndələri, ekspertlər və iş adamları iştirak ediblər.
Tədbir Azərbaycan və Israil iş adamları arasında təhsil və kənd təsərrüfatı sahələrində tətbiq olunan texnogiyalar və innovasiyalar sahəsində təcrübə mübadiləsi üçün imkan yaradıb.
Forumda İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının sədri Aleks Kaplun, ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış edərək forumun məqsədi, Azərbaycan-İsrail əlaqələri, iş adamları arasında innovasiyalar sahəsində əməkdaşlıq imkanlar barədə fikirlərini bölüşüblər.
Tədbir ümumi, təhsil və kənd təsərrüfatı üzrə panel iclaslarla öz işini davam etdirib. Ümumi paneldə elm və təhsil naziri Emin Əmrullayev, kənd təsərrüfatı naziri İnam Kərimov, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov və "Ramat-Negev" Regional Şurasının rəhbəri Eran Doron Azərbaycan və Israil arasında münasibətlər, ölkəmizdə aqrar, təhsil və elm sahələrində son illər ərzində tətbiq edilən texnologiyalar, müvafiq sahələrdə Azərbaycan-Israil əməkdaşlığı və bu sahələrdə əlaqələrin genişləndirilməsi perspektivləri, rəqəmsal iqtisadiyyat, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işlərində tətbiq olunan müasir yanaşmalar ilə bağlı fikirlərini bölüşüb, tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.
Təhsil üzrə paneldə ölkəmizdə və İsraildə fəaliyyət göstərən müxtəlif təhsil müəssisələrinin rəhbərləri, ekspertlər müvafiq sahədəki çağırışlar, təhsildə innovasiyaların rolu, bu sahəyə investisiya qoyuluşu, süni intellekt, rəqəmsal platformalar, əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşüblər.
Azərbaycan və İsraildən olan dövlət və özəl qurumların nümayəndələrinin iştirakı ilə keçirilmiş kənd təsərrüfatı üzrə paneldə isə aqrar sahədə texnologiyalar, innovasiyaların məhsuldarlığın artmasında, torpaq və su resurslarından daha səmərəli istifadə olunmasında rolu, aqrar startapçıların innovativ ideyalarının reallaşması və s. məsələlər müzakirə edilib.
Forum çərçivəsində startaplar və iş adamları arasında ikitərəfli görüşlər də keçirilib.
"İtimə sevgi göstərəcək şəxsə 800 manat maaş verəcəyəm".
Ali Məhkəmənin sədri Ramiz Rzayev Milli Təhlükəsizlik Nazirliyinin (MTN)
"CinemaPlus" kinoteatrlar şəbəkəsində, "Dəmir qadın: Nesli
Azərbaycanla-İsrail münasibətləri yeni səviyyəyə keçib.
Bakının Nərimanov rayonunda 1991-ci il təvəllüdlü Vüsal ailə münaqiş�
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlə
Aktrisa Zülfiyyə Qurbanova rol aldığı "Əqrəb mövsümü" serial
Fransanın müdafiə naziri Sebastien Lekornyu "Marvel Universe" filmi
Türkiyədə zəlzələdən əziyyət çəkən bölgələrdə axtarış əməliy
Zəlzələ zamanı ən çox dördgünlük körpə övladım üçün narahat idim
Tarixən müxtəlif illərdə dünyada dağıdıcı zəlzələlər qeydə alın�
Rusiyada məşhurlaşan Azərbaycanlı bloger Hüseyn Həsənov Türkiyəyə zə
Türkiyənin Kahramanmaraş vilayətində baş verən zəlzələlərdən sonra x
Artıq 23 ailənin "TABUTU" hazırdır...