“Mənim üçün nə fərqi var, Çovdarov, Qurbanov, ya da Məmmədov…” Ramiz Rzayev
Digərləri 13 Fev 2023 15:58:00 327 0
Ali Məhkəmənin sədri Ramiz Rzayev Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generalları Akif Çovdarov və Sübahir Qurbanovun əmlaklarının müsadirədən azad olunması ilə bağlı qərarlara münasibət bildirib.
Bu xəbəri də oxu: 2025ci ildə bu bürclər xoşbəxtlik tapacaq
Son.az xəbər verir ki, Ramiz Rzayev APA-ya açıqlamasında sözügedən əmlakların qanunun tələbinə uyğun olaraq müsadirədən azad olunduğunu deyib. Yəni, qeyd olunan əmlakların cinayət yolu ilə əldə olunmadığı və cinayətdə iştirakçı olmayan şəxslərə məxsus olduğu sübut edilib: "Bu kimi hallarda istintaq orqanı tərəfindən müəyyən olunmalıdır ki, üzərinə həbs qoyulan əmlaklar oğurluq pulla alınıb, yoxsa şəxsin hər hansı qohumuna məxsusdur. Nə cinayət olursa olsun, biz qərar qəbul edərkən qanunu rəhbər tuturuq. Kimliyindən asılı olmayaraq, qanun qarşısında hamı bərabərdir. Biz deyə bilmərik ki, bu Çovdarovdu, bu başqasıdır, ona qanunu tətbiq etməyək. Mənim üçün nə fərqi var, Çovdarov, Qurbanov, ya da Məmmədov... Biz gərək qanunu düzgün şərh edək, birinə qarşı bir cür, digərinə başqa cür edə bilmərik. Dediyim kimi, biz qərar qəbul edərkən qanunu rəhbər tuturuq".
Qeyd edək ki, Ali Məhkəmənin qərarına əsasən, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işinin müsadirə olunmuş əmlaklar hissəsi yeni baxışa qaytarılıb.
Bakı Apellyasiya Məhkəməsində yenidən araşdırılan iş üzrə 2022-ci ilin dekabrın 28-də qərar elan olunub. Qərara əsasən, Akif Çovdarovun yaxınlarının adına rəsmiləşdirilmiş 30 milyonluq əmlak xüsusi müsadirədən azad olunub.
Bundan başqa, bir neçə gün əvvəl keçmiş Milli Təhlükəsizlik Nazirliyinin Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanovun cinayət işi üzrə müsadirə olunmuş bir neçə əmlak sahiblərinə geri qaytarılıb.
"CinemaPlus" kinoteatrlar şəbəkəsində, "Dəmir qadın: Nesli
Azərbaycanla-İsrail münasibətləri yeni səviyyəyə keçib.
Bakının Nərimanov rayonunda 1991-ci il təvəllüdlü Vüsal ailə münaqiş�
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlə
Aktrisa Zülfiyyə Qurbanova rol aldığı "Əqrəb mövsümü" serial
Fransanın müdafiə naziri Sebastien Lekornyu "Marvel Universe" filmi
Türkiyədə zəlzələdən əziyyət çəkən bölgələrdə axtarış əməliy
Zəlzələ zamanı ən çox dördgünlük körpə övladım üçün narahat idim
Tarixən müxtəlif illərdə dünyada dağıdıcı zəlzələlər qeydə alın�
Rusiyada məşhurlaşan Azərbaycanlı bloger Hüseyn Həsənov Türkiyəyə zə
Türkiyənin Kahramanmaraş vilayətində baş verən zəlzələlərdən sonra x
Artıq 23 ailənin "TABUTU" hazırdır...
Unibank Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə dəstək
İkinci Qarabağ müharibəsi başa çatandan bir ay sonra "Azərenerji&quo