“Elmirlə oteldə cinsi münasibətdə olduq, oğlum soruşanda dedim ki…”


Kriminal 13 Fev 2023 15:37:00 353 0

“Elmirlə oteldə cinsi münasibətdə olduq, oğlum soruşanda dedim ki…”

Bakının Nərimanov rayonunda 1991-ci il təvəllüdlü Vüsal ailə münaqişəsi zəminində anası Mətanəti (adlar şərti verilib - red.) öldürməyə cəhd edib.

Son.az teleqraf-a istinadla bildirir ki, hadisə 17 oktyabr 2021-ci ildə baş verib.

Vüsal anasının evə gec gəldiyini və müxtəlif kişilərlə görüşdüyünü ona irad bildirib, bu zaman onların arasında münaqişə yaranıb.

Vüsal yaşadıqları mənzildə Mətanəti yumruq və təpiklə vurub. Mətanət oğlunun hərəkətlərindən yayınaraq pilləkənlərə tərəf gedib. Vüsal otaqda olan masanın üstündən bıçağı götürüb və anasının arxasınca gedib. O, yaşadıqları evin həyətində anasına çoxsaylı zərbələr yetirib.

Çoxsaylı xəsarətlər alan Mətanət hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Vüsalın barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüsal ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, anası Mətanətlə eyni ünvanda yaşayıb: "Anam aşpaz işləyib. Hər gün saat 09.00-da işə gedib, axşam saat 23 radələrində evə qayıdıb. Hadisədən 2-3 ay əvvəl anam gecə 03-04 radələrində evə gəlirdi. Bu barədə onunla dəfələrlə aramızda mübahisəmiz oldu. Anamdan evə gec gəlməsinin səbəbini soruşdum. Anam işdə olduğunu, mənə hesabat verməli olmadığını dedi. Anamın kiminləsə görüşdüyünü fikirləşdim. Özündən soruşdum, heç kimlə görüşmədiyini dedi".

Təqsirləndirilən şəxs qeyd edib ki, oktyabrın 16-da saat 13 radələrində evdən çıxıb işə gedib:

"Anam xəstə olduğuna görə işə getmədi, evdə qaldı. Mən saat 22 radələrində evə qayıtdım. Anam evdə yox idi. Yorğun olduğumdan anamın qonşuda və ya məhəllədə ola biləcəyini düşünüb yatdım. Gecə saat 04.40-da yuxudan oyandıqda anamın hələ də evə qayıtmadığını gördüm. Oturaraq onu gözlədim. Saat 05.10-da anam gəldi. Ondan harada olduğunu soruşdum. Bacısı Vüsalənin oğlu Vüqarın xəstəxanada olduğuğunu, onun yanına getdiyini dedi.

Anamın bu sözünə inanmadım və telefonla xalam Vüsaləyə zəng etdim. Vüsalə özünün xəstəxanada Vüqarın yanında olduğunu, anamınsa gecə xəstəxanaya gəlmədiyini dedi".

Vüsal deyib ki, anasına əsəbləşib, onu əlləri və ayaqları ilə vurmağa başlayıb: "Anam qapıdan koridora çıxaraq pilləkənlərə tərəf getdi. Mən evə qayıtdım. Yemək stolunun üzərində olan çörək doğradığım bıçağı götürdüm, şalvarımın belinə taxdım və anamın arxasınca getdim.

Anam həyətə çıxıb qaçmaq istədi. Ondan yenə harada olduğunu soruşdum. Xəstəxanada olduğunu deyəndə daha da qəzəblənidim və üzərimdə olan bıçağı çıxararaq ona ardıcıl çoxsaylı zərbələr endirdim. Mənim səsimə qonşumuz Bəhruz gəldi. "Eləmə" dediyi üçün əl saxladım. Qaydaraq evə getdim. Əlimin qanını yuydum, Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etdim, anamı bıçaqladığımı, ölüb-ölmədiyini bilmədiyimi dedim. Sonra hadisə yerinə polis əməkdaşları gəldilər".

Vüsal deyib ki, anasını öldürmək niyyəti olmayıb, onu qorxutmaq üçün bıçaqla vurub.

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Mətanətin sözlərinə görə, 1990-cı ildə Laçın rayonunda qeyri-rəsmi olaraq Əli ilə ailə həyatı qurub: "Bu evlilikdən oğlum Vüsal doğuldu. Əli ilə 1-2 ay evli olduqdan sonra ayrılmışıq. 1992-ci ildən məcburi köçkün kimi Laçın rayonundan çıxaraq bir müddət Sumqayıt şəhərində, 2006-cı ildən isə Bakıya gələrək Nərimanov rayonumda yataqxanada oğlumla yaşamağa başladıq.

Yaşadığım məhəllədə yerləşən kafedə aşpaz işləmişəm. Hər gün səhər saat 9 radələrində işə getmişəm, axşam 23 radələrində evə qayıtmışam. Oğlumla əvvəllər münasibətimiz yaxşı olub".

Zərərçəkmiş deyib ki, hadisə olmamışdan 2 ay əvvəl Elmir adlı şəxslə münasibəti yaranıb: "Evə gec gəldiyim vaxtlar Vüsal əsəbiləşərək mənimlə mübahisə edirdi. Oktyabrın 16-da evdə olmuşam. Vüsal isə saat 13 radələrində işə gedib. Axşam saat 20 radələrində Elmirlə görüşdük, adını xatırlamadığım otelə getdik. Orada yemək yeyib, söhbət etdik. Qarşılıqlı razılıqla cinsi münasibətdə olduq.

Saat 5 radələrində evə gəldiyim zaman Vüsalın oyaq olduğunu gördüm. Əsəbi halda harada olduğumu soruşdü. Qorxduğum üçün bacım oğlu Vüqarın xəstələndiyini, onun yanına getdiyimi dedim. Vüsal bacım Vüsaləyə zəng etdi. Məsələni biləndə daha da əsəbiləşdi. Məni əlləri və ayaqları ilə vurdu. Qapını açaraq koridora çıxdım. Vüsala "sakit ol" dedim, pilləkənə tərəf getdim".

Zərərçəkmiş bildirib ki, Vüsalın arxasınca gəldiyini görəndə pilləkənlə aşağı düşüb: "O mənə çatdı, əli və ayığı ilə məni vurdu, harada olduğumu soruşdu. Xəstəxanada olduğumu deyəndə əsəbləşdi. Bıçaq çıxararaq mənə ardıcıl çoxsaylı zərbələr endirdi. Qonşumuz Bəhruz gəldi, VüsaI məndən araladı, Təcili tibbi yardıma zəng etdi. Məni 3 saylı şəhər kliniki xəstəxanasına apardılar".

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Vüsal 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

"Park Azure"da qanunsuz yenidənqurma işləri dayandırıldı  VİDEO  FOTO like
  • 13 Fev 15:36  
Digərləri "Park Azure"da qanunsuz yenidənqurma işləri dayandırıldı VİDEO FOTO

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlə

arrow Ətraflı
“Guya Azərbaycanda ərinə xəyanət edən qadın yoxdur?” like
  • 13 Fev 15:26  
Şou-biznes “Guya Azərbaycanda ərinə xəyanət edən qadın yoxdur?”

Aktrisa Zülfiyyə Qurbanova rol aldığı "Əqrəb mövsümü" serial

arrow Ətraflı
Fransanın müdafiə naziri “Marvel”i qınadı  FOTO like
  • 13 Fev 15:15  
Dünya Fransanın müdafiə naziri “Marvel”i qınadı FOTO

Fransanın müdafiə naziri Sebastien Lekornyu "Marvel Universe" filmi

arrow Ətraflı
6 yaşlı Miray 178 saat sonra sağ çıxarıldı  VİDEO like
  • 13 Fev 15:00  
Dünya 6 yaşlı Miray 178 saat sonra sağ çıxarıldı VİDEO

Türkiyədə zəlzələdən əziyyət çəkən bölgələrdə axtarış əməliy

arrow Ətraflı
Zəlzələ vaxtı ən çox dördgünlük körpə övladım üçün narahat idim like
  • 13 Fev 14:51  
Digərləri Zəlzələ vaxtı ən çox dördgünlük körpə övladım üçün narahat idim

Zəlzələ zamanı ən çox dördgünlük körpə övladım üçün narahat idim

arrow Ətraflı
Xəzər dənizində zəlzələ oldu like
  • 13 Fev 14:43  
Digərləri Xəzər dənizində zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub.

arrow Ətraflı
Zəlzələ fəlakəti necə yaranır? like
  • 13 Fev 14:40  
Digərləri Zəlzələ fəlakəti necə yaranır?

Tarixən müxtəlif illərdə dünyada dağıdıcı zəlzələlər qeydə alın�

arrow Ətraflı
Zəlzələ bölgəsindən heç yerdə olmayan VİDEO yaydı like
  • 13 Fev 14:29  
Digərləri Zəlzələ bölgəsindən heç yerdə olmayan VİDEO yaydı

Rusiyada məşhurlaşan Azərbaycanlı bloger Hüseyn Həsənov Türkiyəyə zə

arrow Ətraflı
Zəlzələ bölgəsinə gedərkən yolda itlə rastlaşdı: like
  • 13 Fev 14:18  
Dünya Zəlzələ bölgəsinə gedərkən yolda itlə rastlaşdı:

Türkiyənin Kahramanmaraş vilayətində baş verən zəlzələlərdən sonra x

arrow Ətraflı
Unibank Türkiyəyə 100.000 manat ianə etdi like
  • 13 Fev 14:10  
Digərləri Unibank Türkiyəyə 100.000 manat ianə etdi

Unibank Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə dəstək

arrow Ətraflı
“Ürəyim Suriya və Türkiyə ilədir” like
  • 13 Fev 14:07  
Digərləri “Ürəyim Suriya və Türkiyə ilədir”

Ancelina Coli dəhşətli zəlzələnin baş verdiyi Türkiyə və Suriyayla ba�

arrow Ətraflı
İlham Əliyev: Azad olunmuş torpaqlarda ən çox iş görən Türkiyə və İtaliya şirkətləridir like
  • 13 Fev 13:55  
Siyasət İlham Əliyev: Azad olunmuş torpaqlarda ən çox iş görən Türkiyə və İtaliya şirkətləridir

Güclü siyasi əlaqələrimiz çox böyük təməldir. Neft-qaz və hazırda el

arrow Ətraflı