Bakinski qalmaqalı böyüyür: oğluna cinayət işi açıldı VİDEO
Siyasət 04 Fev 2023 08:33:00 303 0
"Oleq Bakinski" kimi tanınan və kriminal avtoritet olduğu iddia edilən azərbaycanlı tanınmış iş adamı Oleq Krapivin ətrafında qalmaqal böyüyür.
Bu xəbəri də oxu: Ceyhun Bayramovun Serbiyaya səfəri başlayıb
Son.az axar.az-a istinadən bildirir ki, bir müddət öncə Ukrayna mediası Oleq Bakinskinin Ukraynaya yaşam izninin ləğv edildiyini və ölkəyə girişinə qadağa qoyulduğunu bildirmişdi. Bunun ardınca isə Ukrayna hüquq-mühafizə orqanlarının "rəsmi beyin mərkəzi" olan qurumlardan (Sülhməramlı Mərkəz) DİN-ə və ölkə rəhbərliyinə çağırış edildi.
Buna səbəb Oleq Bakinskinin vətəndaşlığın bərpası və Ukraynaya girişə qadağanın ləğvi ilə bağlı Kiyev İnzibati Məhkəməsinə müraciətidir. Mərkəz də Oleq Bakinskiyə qarşı kampaniyaya qoşularaq, çağırışında bildirir ki, Krapivin Ukrayna ərazisində "ağır və xüsusilə ağır cinayətlərin törədilməsində" iştirak edən kriminal avtoritetdir, qanunsuz fəaliyyətinə 90-cı illərdə "Avdışa" mütəşəkkil cinayətkar qrupun tərkibində başlayıb. O, oğru adət-ənənələrinə riayət edib, hüquq-mühafizə orqanlarında əlaqələri olub, rüşvətxorluq və narkotik alveri ilə məşğul olan bir neçə cinayətkar dəstəyə nəzarət edib. Oleq Bakinski Kremllə əlaqələri ortaya çıxdıqdan sonra ölkədən gedib, 2022-ci il iyunun 26-da Ukrayna onun yaşayış icazəsini ləğv edib, daha sonra ölkə ərazisinə girişinə veto qoyub. Buna səbəb Kadırovun dəstəsi ilə əlaqəsi və Zaporojye vilayətində humanitar yüklərin bir hissəsinin onlara ötürülməsi ehtimalı, eləcə də Kremllə əlaqələridir. Onun FTX generalları ilə əlaqələri və Rusiyanın faktiki vətəndaşlığı da "məlum olub".
Müraciətdə Ukrayna rəhbərliyi və məhkəmə sistemindən Oleq Bakinskinin iddiasının rədd edilməsi istənilir.
Oleq Bakinski Ukraynanın varlı adamlarından biridir, onun sərvəti ən azı 80 milyon dollar civarındadır. Bütün əmlakı və qazancı Ukraynada olduğu üçün 2 dekabr 2022-ci ildə məhkəməyə müraciət etmişdi və Kiyev İnzibati Məhkəməsi ərizəni qəbul etmişdi. Ərizəyə yanvarın sonunda baxılacağı da qeyd edilirdi.
31 yanvarda Oleq Bakinskinin müraciətinə baxılmaq əvəzinə yalnız hakimin dəyişdirildiyi haqda məlumat verilib və baxış təxirə salınıb. Ən sensasiyalı məqam isə başqadır.
Belə ki, hüquq-mühafizə orqanlarının təqdimatı əsasında 27 yanvarda keçirilən məhkəmədə Oleq Krapivinin oğlu Sultanbəy haqda cinayət işi açılıb. Onun qanunsuz olaraq ölkəni tərk etdiyi üçün axtarışa verildiyi elan edilib.
Belə görünür ki, Ukraynada Oleq Bakinskiyə qarşı ciddi bir oyun qurulub: özünü əmlaklarını idarə etməyə icazə vermirlər və Ukraynaya buraxmırlar, oğlunu isə "müharibədən yayındığı" və "ölkədən getdiyi üçün" axtarışa verirlər.
Oleq Bakinski Ukraynada ən ciddi ittihamla üz-üzədir: Kremllə (FSB ilə) əlaqədə, hərbi sirləri satmaqda, Kadırovun timsalında düşmənə yardım etməkdə ittiham olunur. Eyni zamanda onun var-dövlətini kriminal yolla topladığı və hazırda da kriminal fəaliyyətlə məşğul olduğu iddia edilir.
Yeri gəlmişkən:
17 yanvar tarixində Ukraynada yaşayan iş adamı, diaspor fəalı Yalçın Qəhrəmanoğlu mediaya açıqlama verərək, həyatına sui-qəsd cəhdi olduğunu, ancaq sui-qəsdçilərin artıq Ukrayna Milli Polisinin Strateji Araşdırmalar Mərkəzi (MPSAD) tərəfindən zərərsizləşdirildiyini bildirmişdi. O qeyd etmişdi ki, 5 yanvar 2023-cü ildə cinayətkarlar zərərsizləşdirilib, onların üzərindən "hədəflərinin" (Y.Qəhrəmanoğlunun) fotosu götürülüb. Cinayətkarların başqa hədəfləri də olub.
Ukrayna mediası isə (Antikor.ua) yaxalanan iki killerin azərbaycanlı olduğunu iddia edib. Məlumata görə, həbs edilən Sübhan Cəfərov və Babək Cəfərovun üstündən həm də "Tornado" batalyonunun keçmiş komandiri Ruslan Onişenkonun fotosu çıxıb. Sifarişçi Onişenkonun qətlinə görə 100 min dollar vəd edib.
Daha bir "sürpriz" isə Cəfərovların "Oleq Bakinskinin təsirində olan mütəşəkkil cinayətkar dəstənin" üzvləri olması barədə iddiadır. Ukrayna mediası bu sui-qəsd cəhdində də Oleq Bakinskini ittiham etməyə meyillidir. Vurğulanır ki, Y.Qəhrəmanoğlu "Bakinskinin Ukraynaya giriş qadağası olduğu üçün" onun təsirindən çıxmağa çalışıb, "haqq" verməyi dayandırıb və buna görə də hədəfə çevrilib.
Belə məlum olur ki, Oleq Bakinskinin nəinki iddiasını təmin etmək, əksinə, əmlakını müsadirə edərək, cinayətkar elan etmək istiqamətində ciddi proseslər gedir.
Zəruri olaraq xatırladaq ki, Oleq Bakinski Ukraynadakı diasporumuzda fəallığı ilə seçilib. Onun hətta azərbaycanlılara dəstək olduğu haqda məlumatlar mövcuddur.
Qeyd edək ki, Oleq Bakinski şamaxılıdır, sərbəst güləş üzrə ondördqat Avropa çempionu, məşhur iş adamıdır. Bu vaxta qədər öz nüfuzundan yalnız azərbaycanlıların hüquqlarının qorunması üçün istifadə etdiyini bildirib. Oğluna "Sultanbəy" adı verməsi də onun doğulduğu-yaşadığı ölkəyə sevgisi sayıla bilər.
Ona qarşı başlayan irimiqyaslı kampaniyanın hətta övladına da sirayət etməsi və "Ukraynaya xəyanət" üzrə inkişafının əsasında real faktlar dayanırmı?
Yəni ki, bu suala Ukrayna məhkəməsi aydınlıq gətirəcək.
Xankəndidəki separatçı rejimdə "daxili siyasi" böhran dərinlə�
Hamilə qadınların bətnindəki uşaq böyüdükcə bədənin ağırlıq mərk
Meksikanın Miçoakan ştatının aparıcı mətbu orqanlarından olan "Qua
"ABŞ-ın gəlib bölgəyə girməsi ilə bağlı biz real addımları gör
Süni mayalanma lazım gəldikdə qadın və kişinin sağlamlığının diqqət
"Ukrayna Aİ-yə üzvlüklə bağlı danışıqlara 2023-cü ildən başlay
İranın davranış tərzi onun sadəcə olaraq küncə sıxışdırılması il�
Bakının Suraxanı rayonunda 23 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı
Brüsselin fevralın 24-dək tətbiq etməyi planlaşdırdığı Aİ-nin Rusiyay
"Zaminbank" ASC-nin Müşahidə şurasının sabiq sədri Nadir İsmay
Ukrayna Baş Prokurorluğu rusiyalı hərbi müxbir, "WarGonzo" layih�
Beyin exinokokkozu exinokokk tərəfindən törədilir. Bu zaman beyində exinok