Aylıq əmək haqqı yanvarın 1dən 345 manatdan aşağı ola bilməz
Siyasət 09 Yan 2023 10:59:00 396 0
Dövlət Əmək Müfəttişliyi Xidməti minimum əməkhaqqından aşağı əməkhaqqı qeyd edilən əmək müqavilələrinə qanunvericiliyin tələblərinə uyğun olaraq dəyişiklik edilməsi ilə işəgötürənlərə müraciət edib.
Bu xəbəri də oxu: Prezident bu şəxsləri təltif etdi
Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyindən Son.az-a verilən məlumata görə, müraciətdə bildirilib ki, aylıq iş vaxtı normasını işləyən və əmək funksiyasını yerinə yetirən işçinin aylıq əmək haqqı 2023-cü il yanvarın 1-dən 345 manatdan aşağı ola bilməz.
Müraciətdə qeyd olunub ki, Prezident İlham Əliyevin 5 yanvar 2023-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfətişliyi Xidməti işəgötürənlərin nəzərinə çatdırır ki, 2023-cü il yanvarın 1-ə qədər minimum əməkhaqqından aşağı əməkhaqqı qeyd edilmiş əmək müqavilələrinə qanunvericiliyin tələblərinə uyğun olaraq dəyişiklik edilməsi və bununla bağlı müvafiq əmək müqaviləsi bildirişinin "Əmək və Məşğulluq" altsisteminə daxil edilməsi təmin edilməlidir.
Aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı 2023-cü il yanvarın 1-dən 345 manatdan aşağı ola bilməz.
Nazirliyin "Əmək və Məşğulluq" altsistemi vasitəsilə bu sahədə vəziyyətə mütəmadi nəzarət olunur. Bağlanmış əmək müqavilələri, eləcə də müqavilələrə dəyişiklik edilməsi və ya xitam verilməsi barədə bütün məlumatlar həmin altsistemdə öz əksini tapır.
Bu altsistem iş yerlərində bağlanmış əmək müqavilələri üzrə müəyyən edilmiş bütün əməkhaqları üzrə məlumatları real vaxt rejimində izləməyə imkan verir. Nəzərinizə çatdırırıq ki, İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinə əsasən işçiyə minimum aylıq əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsi inzibati məsuliyyətə səbəb olur.
Müsahibimiz ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası
Baxmut və Soledar uğrunda qarşıdurmanın pik nöqtəsi 2023-cü ilin yanvar�
Milli Hidrometeorologiya Xidmətinin yanvarın 9-na olan məlumatına əsasən,
Hazırda paytaxtda müşahidə edilən hava şəraiti ilə əlaqədar müntəzə
Hava şəraiti ilə əlaqədar taksi qiymətlərində kəskin artım müşahidə
Bakı Şəhər Dövlət Yol Polisi hava şəraiti ilə bağlı sürücülərə
Bu gün səhər saatlarında Abşeron dairəvi dəmir yolu xətti üzrə hərək
Qarlı hava şəraiti ilə əlaqədar Bakıda yüksək ərazilərdə fəaliyyət
Paytaxt Bakının bir sıra yollarında tıxac müşahidə edilir.