190a yaxın avtobus gecikir
Digərləri 09 Yan 2023 09:44:00 335 0
Hazırda paytaxtda müşahidə edilən hava şəraiti ilə əlaqədar müntəzəm marşrut xətləri üzrə avtobusların normal və fasiləsiz fəaliyyətini təmin etmək, eləcə də yarana biləcək problemlərin vaxtında aradan qaldırılması məqsədilə Bakı Nəqliyyat Agentliyi tərəfindən zəruri tədbirlər həyata keçirilir.
Əvvəlcədən görülən tədbirlər sayəsində səhər saatlarında bütün müntəzəm marşrut xətləri üzrə avtobusların reysə çıxışı təmin edilib. Müntəzəm marşrut xətləri üzrə avtobusların fəaliyyətinə nəzarət artırılıb. Bu məqsədlə Agentliyin mobil qrupları Nəqliyyat Mübadilə Mərkəzlərinin və şəhərin müxtəlif ərazilərində xidmət aparır.
Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 54 müntəzəm marşrut xətti üzrə 188 avtobusun hərəkət intervalında gecikmələr var.
Həmçinin bildiririk ki, paytaxtın aşağıda qeyd olunan ərazilərində müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkətində müəyyən çətinliklə müşahidə olunur.
Belə ki, çətinliklər əsasən Yeni Yasamal Əsəd Əhmədov küçəsi, "Günəşli" qəsəbəsi D massivi, Biləcəri dairəsi, Xocahəsən dairəsindən Moskva prospekti istiqamətində, 9-cu mikrorayon ərazisində müşahidə edilir.
Hava şəraiti ilə əlaqədar taksi qiymətlərində kəskin artım müşahidə
Bakı Şəhər Dövlət Yol Polisi hava şəraiti ilə bağlı sürücülərə
Bu gün səhər saatlarında Abşeron dairəvi dəmir yolu xətti üzrə hərək
Qarlı hava şəraiti ilə əlaqədar Bakıda yüksək ərazilərdə fəaliyyət
Paytaxt Bakının bir sıra yollarında tıxac müşahidə edilir.
Azərbaycanda qarlı hava şəraiti bu gün də davam edəcək, yollar buz bağl
Bu gün gecə saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommu
NATO-ya daxil olduqdan sonra ölkə ərazisində nüvə silahı yerləşdirilmə
"Braziliyada demokratiyaya və hakimiyyətin dinc yolla ötürülməsinə e
Silah tacirlərinin əksəriyyəti Ukraynada baş verənlərdən ancaq qazanc ə
Son.az kult.az-a istinadən "Güney Azərbaycanı tanıyaq" layihəsi
Şəmkir sakinİ, epilepsiya xəstəliyində əziyyət çəkən 1961-ci il təv�