Qədim Midiyanın ürəyi olan Azərbaycan şəhəri FOTO


Digərləri 09 Yan 2023 08:29:00 402 0

Qədim Midiyanın ürəyi olan Azərbaycan şəhəri  FOTO

Son.az kult.az-a istinadən "Güney Azərbaycanı tanıyaq" layihəsi çərçivəsində Həmədan əyaləti haqda məlumatı təqdim edir:

Həmədan mahalı şimaldan Rəzən və Göyrəng (Kəbudərahəng), cənubdan Malayır və Toysarkan, qərbdən Bahar mahalı, şərqdən Mərkəz əyaləti (Ərak) ilə əhatə olunub.

Ərazisi və əhalisi

4118 kvadrat kilometr ərazisi olan Həmədan mahalı dəniz səviyyəsindən 1850 metr yüksəklikdə yerləşir. Mahalın ən hündür dağ zirvəsi 3584 metr yüksəkliklə Əlvənd, ən alçaq yeri isə 1600 metr olmaqla Qaraçay çayının çıxışındakı Ömərabad bölgəsidir.

2021-cı ilin rəsmi siyahıyaalmasına əsasən, Həmədan mahalının əhalisi 706,676 nəfərdir. Onların təxminən 65 faizi şəhərlərdə yaşayır.

Beş şəhər (Həmədan, Marbanc, Famnin, Gorqan, Qəhavən), 3 bölgə və 12 kənd rayonundan ibarət olan Həmədan mahalında əhalinin sıxlığı hər kvadrat kilometrə üçün 8,136 nəfərdir.

Dini və etnik tərkibi

Mahal əhalisinin çoxu müsəlmandır. Burada az sayda xristian və yəhudi də var. Həmədan mahalında Azərbaycan türkləri ilə yanaşı farslar, lorlar, ləklər və az sayda kürd də yaşayır. Şəhərlərdə, özəlliklə Həmədan şəhərində türklərdən sonra farslar çoxluq təşkil edir.

Hakim dil Azərbaycan türkcəsidir.

Həmədanın tarixi

Həmədan yalnız Azərbaycanın deyil, həm də dünyanın qədim şəhərlərindən sayılır. Şəhərin salınması tarixi xristianlığın yaranmasından əvvəlki dövrə təsadüf edir. Həmədan Midiya hökmdarlarının yay paytaxtı olub, Ekbatan və ya Heqmatani kimi tanınıb.

Həmədan Şərq sivilizasiyasının mərkəzlərindəndir.

Tarixi məlumatlara görə, bu şəhərdə "Yeddi Duvar" adlı 1000 otaqlı qala olub. Qala öz əzəmətinə görə Babil şəhərindən heç də geri qalmırmış.

Ölkənin ətrafında bütün xalqlar qədim dövrdən orta əsrlərə kimi Həmədanı əllərinə keçirməyi arzulayırmışlar. Şəhər bir neçə dəfə işğala məruz qalıb. İlk dəfə assuriyalılar Həmədanı dağıdıb.

Ekbatan (qədim türkcə: Aqbatan) Herodotun "Eκβάτανα" kimi qeyd etdiyi qədim dünyanın ən böyük şəhərlərindən biri olub.

İ.M.Dyakonov "bu şəhər qədim Midiyanın ürəyi idi" yazıb. Şəhər mənbələrdə daha çox Astiaqın paytaxtı kimi xatırlansa da, digər Maday hökmdarlarının hakimiyyəti dövründə də siyasi və mədəni mərkəz Ekbatan olub.

Sonuncu Midiya hökmdarı Astiaqın fars qiyamını yatıra bilməməsi nəticəsində şəhər onlar tərəfindən işğal olunub. Bu hadisə Midiyanın süqutunun səbəblərdən biri sayılır.

Farsların əlinə keçdikdən sonra isə Əlvənd dağının ətəyində yerləşən gözəl şəhər Əhəməni hökmdarlarının yay iqamətgahına çevrilib.

Daha sonra şəhər Parfiya hökmdarlarının baş şəhəri olub.

Şəhərdən həmçinin "Achmetha" adı ilə Tövratda da bəhs edilir.

Mənbələrdə xatırlanan başqa yerlərdən biri də Ekbatan şəhəridir. Ancaq bu iki şəhər qarışdırılmamalıdır. Onlardan biri Ekbatan - Həmədan Midiyanın Azərbaycanda yerləşən paytaxtı, o biri Ekbatan - Həmət isə Suriyada yerləşən və Herodotun dediyinə görə II Kambizin (Sasani hökmdarı) vəfat etdiyi şəhərdir.

Midiyanın paytaxtı olmuş Ekbatan şəhəri e.ə. 330-cu ildə Makedoniyalı İsgəndərin sərkərdəsi Parmenion tərəfindən işğal edilib.

Yunan mənbələrində qeyd edilib ki, şəhərin əsası e.ə. V əsrdə Midiyanın ilk hökmdarı (və ya Manna canişini) Deyok (assur mənbələrində Dayaukku) tərəfindən qoyulub. Deyok şəhərin ətrafına yeddi qatlı və hər qatı müxtəlif rəngli daşlardan inşa olunmuş qala divarı çəkdirərək, buranı yaratdığı dövlətin mərkəzi elan edib.

Herodot isə yazır: "İndi Ekbatan adlanan və qala divarları nəhəng, güclü, bir-birinin üstünə yığılmış dairələri xatırladan şəhəri madaylar inşa edib. Qaladakı sarayın da planı qalanınkı kimi möhkəmləndirilmiş divarlar, künclərdəki mazqallı sipərlərlə mühafizə olunur.

Ətrafdakı təbiət şəhərlə incə bir uyğunluq təşkil edir və bu daha çox sənət əsəri təsiri yaradır. Qala divarlarının sayı yeddidir. Hökmdarın sarayı və dövlət xəzinəsi son axırıncı qala divarında yerləşir. Bayırdan birinci qala divar Afinanın qala divarına çox oxşayır. Həmin divar ağ, sonrakı qara, üçüncü qırmızı, dördüncü göy, beşinci divar isə narıncı rəngdədir. Son iki divar gümüşü və qızılı rənglərdədir. Bütün bu divarları Deyok inşa etdirib".

Həmədan haqqında mərhum ziyalımız doktor Məhəmmədtağı Zehtabi "İran türklərinin əski tarixi" əsərində belə yazır: "Bugünkü Həmədan və ya qədim Ekbatan Mad (Midiya - ODAM) dövlətinin paytaxtı, başkəndi idi. Mad dövlətinin başkəndi olduğu dövrdə Həmədan olduqca böyük, abad və gözəl olub. Şübhəsiz, məhv olmuş və bu gün yer altında qalan Mad və Həmədanın bu zəngin mədəniyyəti çox yəqin ki, miladdan qabaq 6-7-ci yüzilliklərə aid deyil. Ondan çox qabaqların - madların babaları olmuş qutti və lullubilərin miladdan qabaq 2 və 3-cü minilliklərə mənsub mədəniyyətidir. Madlar bu mədəniyyətin varisi olublar..."

Həmədan adının etimologiyası

Xəstəlikdən əziyyət çəkən kişi yanıq xəsarətləri alıb like
  • 09 Yan 07:55  
Digərləri Xəstəlikdən əziyyət çəkən kişi yanıq xəsarətləri alıb

Şəmkir sakinİ, epilepsiya xəstəliyində əziyyət çəkən 1961-ci il təv�

arrow Ətraflı
Bakı qara bürünür like
  • 09 Yan 07:48  
Digərləri Bakı qara bürünür

Bakıda dünən axşam saatlarından başlayan sulu qar gecəyə doğru qara çe

arrow Ətraflı
Azərbaycanlı aktyor vəfat edib like
  • 09 Yan 07:41  
Digərləri Azərbaycanlı aktyor vəfat edib

Aktyor Xudu Mürsəlov dünyasını dəyişib.

arrow Ətraflı
Argentina lideri: Bu, dövlət çevrilişidir! like
  • 09 Yan 07:35  
Dünya Argentina lideri: Bu, dövlət çevrilişidir!

Braziliyanın paytaxtında baş verənlər dövlət çevrilişinə cəhddir.

arrow Ətraflı
Ukrayna Gürcüstandan Saakaşvilinin müalicəyə verilməsini xahiş edir like
  • 09 Yan 07:28  
Dünya Ukrayna Gürcüstandan Saakaşvilinin müalicəyə verilməsini xahiş edir

Ukraynanın Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki,

arrow Ətraflı
Medvedyev: Satqınları belə cəzalandıracağıq! like
  • 09 Yan 07:21  
Dünya Medvedyev: Satqınları belə cəzalandıracağıq!

Ölkədən qaçan və onun məhvini arzulayan ruslar haqqında yalnız müharib�

arrow Ətraflı
Rusiyada daha bir tanınmış aktyoru “xain” elan etməyə hazırlaşırlar like
  • 09 Yan 07:14  
Dünya Rusiyada daha bir tanınmış aktyoru “xain” elan etməyə hazırlaşırlar

Rusiya Dövlət Dumasının deputatı Sultan Həmzəyev aktyor Artur Smolyaninov

arrow Ətraflı
Ləyaqətini, abrını, mənliyini qoruyub saxlamağı bacaran sənətkar like
  • 09 Yan 07:07  
Kriminal Ləyaqətini, abrını, mənliyini qoruyub saxlamağı bacaran sənətkar

Artıq bir neçə ildir ki, hər ilin əvvəli, daha  dəqiq desək, yanvar ay�

arrow Ətraflı
Braziliyada dövlət çevrilişinə cəhd, prezident şəhərdən çıxarıldı like
  • 09 Yan 07:00  
Dünya Braziliyada dövlət çevrilişinə cəhd, prezident şəhərdən çıxarıldı

Braziliyanın keçmiş prezidenti Jair Bolsonaronun tərəfdarları bazar günü

arrow Ətraflı
Yeniləmə dəstəyi bitmiş "Xiaomi" modelləri like
  • 09 Yan 04:44  
Digərləri Yeniləmə dəstəyi bitmiş "Xiaomi" modelləri

Smartfon bazarında bəzi şirkətlər xüsusiyyət və dizayn baxımından keyf

arrow Ətraflı
Ötən ilin ən çox “yoxsullaşan” milyarderləri məlum oldu like
  • 09 Yan 03:22  
Dünya Ötən ilin ən çox “yoxsullaşan” milyarderləri məlum oldu

"Forbes" 2022-ci ildə sərvətləri ən çox azalan beş milyarderi m

arrow Ətraflı
Ana olmağa hazırlaşan Hazal Kayanın yeni  FOTOları like
  • 09 Yan 02:44  
Şou-biznes Ana olmağa hazırlaşan Hazal Kayanın yeni FOTOları

İkinci dəfə ana olmağa hazırlaşan aktrisa Hazal Kaya sosial media hesabın

arrow Ətraflı
Onu iki qadın oğurladı, alkoqol komasına düşdü  "Arabeskin babası" Orhan Gencebay like
  • 09 Yan 01:22  
Şou-biznes Onu iki qadın oğurladı, alkoqol komasına düşdü "Arabeskin babası" Orhan Gencebay

Son.az lent.az-a istinadən xəbər verir ki, "Göz önündə" layih�

arrow Ətraflı
Tamamilə əzilmiş avtomobili elə düzəltdi ki, yenidən seçilmir  VİDEO like
  • 09 Yan 00:44  
Digərləri Tamamilə əzilmiş avtomobili elə düzəltdi ki, yenidən seçilmir VİDEO

Tamamilə əzilmiş avtomobili təmir etdirən şəxsin videosu Tiktok-da ən ç

arrow Ətraflı
Günün qoroskopu: Eyni vaxtda bir neçə işi görmək çətindir like
  • 09 Yan 00:01  
Digərləri Günün qoroskopu: Eyni vaxtda bir neçə işi görmək çətindir

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı