FHN də əhaliyə


Digərləri 09 Yan 2023 10:56:00 270 0

FHN də əhaliyə

Əvvəlcədən xəbərdarlıq edildiyi kimi, ölkə ərazisində hava şəraiti kəskin dəyişib, əksər ərazilərdə yağıntı, o cümlədən sulu qar və qar yağıb, bəzi yerlərdə intensiv olub, temperatur ötən günlərlə müqayisədə xeyli enib, yollar buz bağlayıb. Milli Hidrometeorologiya Xidmətinin proqnozuna görə, ölkə ərazisində müşahidə olunan kəskin hava şəraiti yaxın günlər ərzində davam edəcək.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə bir daha müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.

Belə ki, soyuq və yağıntılı hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olur. Bu zaman elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, habelə nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcı cihazlarından istifadə, ehtiyatsızlıq yanğınla nəticələnə, həmçinin dəm qazı təhlükəsi yarada bilər. Odur ki, nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalı, xüsusilə bunlar uşaqlara həvalə edilməməli, qızdırıcı cihazların bilavasitə yaxınlığında yanar materiallar və asan alışan mayelər saxlamamalı, cihazlardan zavod istehsalçılarının təlimatlarına (tövsiyələrinə) uyğun istifadə edilməlidir.

Bununla yanaşı, səfərə çıxan insanlara rəsmi qurumların hava şəraiti ilə bağlı proqnozlarına diqqət yetirməyi, şaxtalı və çovğunlu havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı, hərəkət avtomobillə olduqda avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməyi, nabələd məkanlara yaxınlaşmamağı və belə bir hərəkət marşrutu seçməməyi, olduqları yerlərdə xəbərdaredici və qadağanedici nişanların tələblərinə əməl etməyi, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzməyi, günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönməyi tövsiyə edirik.

Həmçinin, piyadalar buz bağlamış yollarda hərəkət edərkən:

- ayaqqabını sürüşməyə qarşı hazırlayın - ayaqqabının dabanına metal basma, quru altlığa isə yapışqan plastır, yaxud izolyasiya lenti yapışdırın. Altlığı qum və ya sumbata kağızı ilə sürtün;

- ehtiyatla, tələsmədən, ayaqqabını yerə bütövlükdə basaraq addımlayın. Bu zaman ayaqlar azca zəiflədilmiş, əllər boş olmalıdır;

- yaşlı insanların rezin ucluqlu əsadan, yaxud ucları batıcı olan xüsusi çubuqdan istifadə etməsi tövsiyə olunur;

Qarlı Bakıdan FOTOREPORTAJ like
  • 09 Yan 10:50  
Digərləri Qarlı Bakıdan FOTOREPORTAJ

Bakıya bu ilin ilk qarı yağır.

arrow Ətraflı
15 yaşlı qız dəm qazından boğulub like
  • 09 Yan 10:28  
Digərləri 15 yaşlı qız dəm qazından boğulub

Cəlilabadda 15 yaşlı qız dəm qazından boğulub.

arrow Ətraflı
Ayın sonu ağır döyüşlər başlanır like
  • 09 Yan 10:17  
Dünya Ayın sonu ağır döyüşlər başlanır

Baxmut və Soledar uğrunda qarşıdurmanın pik nöqtəsi 2023-cü ilin yanvar�

arrow Ətraflı
Bakıda hoteldə transseksualları döydülər like
  • 09 Yan 10:06  
Digərləri Bakıda hoteldə transseksualları döydülər

Bakıda hotellərdən birində insident baş verib.

arrow Ətraflı
Bayılda partlayış olub like
  • 09 Yan 10:01  
Digərləri Bayılda partlayış olub

Bu gün 04:00 radələrində Fövqəladə Hallar Nazirliyinin "112" qa

arrow Ətraflı
Respublika avtomobil yollarında like
  • 09 Yan 09:54  
Digərləri Respublika avtomobil yollarında

Respublikada ümümi olaraq məhdudlaşdırılan yol yoxdur.

arrow Ətraflı
Ən çox qar İsmayıllıya yağıb like
  • 09 Yan 09:49  
Digərləri Ən çox qar İsmayıllıya yağıb

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 9-na olan məlumatına əsasən,

arrow Ətraflı
190a yaxın avtobus gecikir like
  • 09 Yan 09:44  
Digərləri 190a yaxın avtobus gecikir

Hazırda paytaxtda müşahidə edilən hava şəraiti ilə əlaqədar müntəzə

arrow Ətraflı
Qara görə taksi qiymətləri kəskin artdı like
  • 09 Yan 09:39  
Digərləri Qara görə taksi qiymətləri kəskin artdı

Hava şəraiti ilə əlaqədar taksi qiymətlərində kəskin artım müşahidə

arrow Ətraflı
Yol polisi sürücülərə bir daha müraciət etdi: like
  • 09 Yan 09:30  
Digərləri Yol polisi sürücülərə bir daha müraciət etdi:

Bakı Şəhər Dövlət Yol Polisi hava şəraiti ilə bağlı sürücülərə

arrow Ətraflı
Xırdalanda elektrik qatarı gecikir like
  • 09 Yan 09:24  
Digərləri Xırdalanda elektrik qatarı gecikir

Bu gün səhər saatlarında Abşeron dairəvi dəmir yolu xətti üzrə hərək

arrow Ətraflı
Qarlı havanın dərsə davamiyyətə təsiri açıqlanıb like
  • 09 Yan 09:19  
Digərləri Qarlı havanın dərsə davamiyyətə təsiri açıqlanıb

Qarlı hava şəraiti ilə əlaqədar Bakıda yüksək ərazilərdə fəaliyyət

arrow Ətraflı
Bakıda sıxlıq olan yollar açıqlanıb like
  • 09 Yan 09:13  
Digərləri Bakıda sıxlıq olan yollar açıqlanıb

Paytaxt Bakının bir sıra yollarında tıxac müşahidə edilir.

arrow Ətraflı
Qarlı hava şəraiti bu vaxtadək davam edəcək like
  • 09 Yan 09:08  
Digərləri Qarlı hava şəraiti bu vaxtadək davam edəcək

Azərbaycanda qarlı hava şəraiti bu gün də davam edəcək, yollar buz bağl

arrow Ətraflı
Bakının küçə və prospektləri gecə qardan təmizlənib like
  • 09 Yan 09:04  
Digərləri Bakının küçə və prospektləri gecə qardan təmizlənib

Bu gün gecə saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommu

arrow Ətraflı