Parik biznesini dünya brendinə çevriən bərbərin uğur hekayəsi FOTO


Digərləri 31 Dek 2022 16:57:00 354 0

Parik biznesini dünya brendinə çevriən bərbərin uğur hekayəsi  FOTO

"Wella" saç baxımı üçün kosmetik məhsullar, həmçinin boya istehsalında ixtisaslaşmış dünyaca məşhur Alman brendidir. Brend hazırda 150-dən çox ölkədə 5 qitədə məhsul satan kosmetika və parfümeriya sahəsində aparıcı istehsalçılardan biridir. Şirkətin baş ofisi Hessen federal əyalətinin cənub hissəsində, Darmstadt şəhərində yerləşir.

Son.az oxucuları məşhur markanın uğur hekayəsi ilə tanış edir.

"Wella" korporasiyasının gələcək qurucusu Franz Ştroer 21 fevral 1854-cü ildə Saksoniya torpaqlarında Obervizental kurort şəhərində anadan olub. Valideynləri haqqında heç nə məlum deyil, ancaq mənbələrdə Franzdan başqa ailədə daha dörd uşaq olduğu göstərilib. 18 yaşında Parisə köçən Franz burada bərbərliyi və moda tendensiyalarını öyrənməyə başlaydı. İsveçrədə, Fransada, Almaniyada və Hollandiyada məşhur saç ustalarının yanında işləyən gənc 26 yaşında artıq "Franz Ströher-Rothenkirchen" şirkətinin sahibi idi. Məşhur ustalardan qazandığı təcrübə ona şəxsi biznesini qurmağa kömək etdi.

Yeni məhsulların işlənib hazırlanmasının ilkin mərhələlərində bəzi çətinliklərlə üzləşdiyi üçün İngiltərədən gətirilmiş materialdan istifadə etməyə başladı və bu materialdan öz hidroizolyasiya texnikasından istifadə edərək parik hazırladı. Parik yaradılmasında istifadə etdiyi texnika Franzın gözəllik sektorunda qazandığı ilk böyük inqilabi uğuru idi. Sahibkarın "Tullemoi Waterproof" texnologiyasını materialın həm nəfəs almasına imkan verirdi, həm də suya davamlı idi. Sabit gəlir Ştroerə kapitalını artırmağa imkan verdi və o, 1904-cü ildə Şərqi Almaniyada yerləşən Rotenkirxen şəhərində öz fabrikini aça bildi.

1930 vintage Wella hair care advertisement | Vintage makeup ads, Retro  advertising, Vintage cosmetics

Gənclik illərini biznesinin yaradılmasına və inkişafına sərf edən Franz 40 yaşında ailə qurdu və həyat yoldaşını da ailə biznesinə gətirdi. Onun bu nikahdan Karl və Georq adında iki oğlu dünyaya gəldi.

Franzın biznesinə zərbəni alman qadınları arasında yayılan qısa saç düzümü dəbi vurdu. Ştroerin inqilabi məhsuluna tələbat xeyli azalmışdı. Bununla belə, 1898-ci ilə ailə biznesinə qoşulan oğulları Karl və Georq başqa bir çıxış yolu tapdılar. Qardaşlar kimyəvi buruqlar üçün "Perm" (kimyəvi buruq) məhsullarının lisenziyasını aldılar. Bu, çox uzaqgörən addım idi. Həmin dərmanlar sayəsində yeni qısa saç kəsimləri daha zərif görünürdü. İki il sonra Ştroer fabriki ilk kimyəvi buruq maşınını buraxdı. Onunla birlikdə şirkət "kimyəvi buruq" mənasını verən almanca "dauerwellapparat" sözündən götürülmüş "Wella" adının patentini aldı. Qlobal iqtisadi böhrandan sonra 1930-cu illər "Wella" şirkətinin qızıl vaxtları idi.

Wella Koleston 200

1930-cu ildə Ştroerlər "Wella"nı səhmdar cəmiyyətinə çevirdi və loqosunda bu günə qədər brendin simvolu olaraq qalan stilize edilmiş qadın başı göstərildi. Növbəti onillik şirkətin inkişaf sahəsində sürətli artımla yadda qaldı. Dünyanın ilk portativ "Wella Junior" kimyəvi buruq cihazı meydana gəldi. Bu, mühərrikləri olan ilk quruducular idi. Hərəkətli borular modapərəstlərə saçlarını qurudarkən başlarını sərbəst hərəkət etdirməyə imkan verirdi.

"Wella" həm də salonlar və bərbərlərlə əməkdaşlığa diqqət yetirirdi. "Wella" cihazının hər bir alıcısına hədiyyə olaraq saça qulluq məhsulları təqdim olunurdu. İşlər o qədər yaxşı gedirdi ki, şirkət bütün Avropada, hətta ABŞ bazarına çıxa bildi. Qlobal "Wella" Korporasiyası belə quruldu. 1930-cu illərin sonlarında bərbərlərin və müştərilərin ürəyini fəth edən ilk balzam və saç qidalandırıcısı satışa çıxarıldı ki, bu da sağlam və həcmli saçların dəbə gətirilməsi ilə nəticələndi.

İkinci Dünya Müharibəsindən sonra "Wella"nın xaricdəki ofisləri yerləşdikləri ştatların hökumətləri tərəfindən müsadirə edildi. Şərqi Almaniyadakı Londa zavodu isə ADR-in milli müəssisəsi elan edildi. Böyük itkilərə baxmayaraq, Ştroers on iki keçmiş işçi ilə birlikdə hər şeyi sıfırdan başlamaq qərarına gəldi və Günfelddə məhdud məsuliyyətli cəmiyyət qurdu. Küllərindən doğulan şirkət 1945-ci ildə ən çətin iqtisadi şəraitdə "Wella" kimyəvi buruq maşınları istehsal etməyə başladı, 1954-cü ildə ayrıca "Welonda" firmasını açdı.

1950-ci ildən bəri şirkət "Wella AG" kimi tanınır və fəaliyyət dairəsini genişləndirməyə davam edir. Elə həmin il şirkətin "Koleston" krem teksturalı saç boyası istehsal olundu. Məhsul həm boya, həm də baxım xüsusiyyətlərini özündə birləşdirirdi. Saç boyasının reklam çarxında dünya kinosunun əfsanəsi Elizabet Teylor çəkilmişdi. Saçların rənglənməsi bütün dünyada populyarlaşdı. 7 ildən sonra Hessenin cənub hissəsindəki Darmstadtda "Wella" Araşdırma Mərkəzi açıldı. İki il ərzində mərkəz açıq saçlar üçün təbii rəng palitrasını, daha sonra isə tünd çalarlar üçün innovativ krem ​​boyalar yaratdılar.

1960-cı illərdə şirkət "Wella Privat" peşəkar kosmetika xəttini yaratdı ki, bu məhsul artıq qadınlara saçlarını evdə müstəqil şəkildə boyamağa imkan verirdi.

1967-ci ildə şirkətin məhsulları Yeni Zelandiya, Yaponiya, İran və Meksikada satışa çıxarıldı. 1970-ci illərdə isə kişi xətti və bir neçə şampun növləri buraxıldı. Reklam kampaniyasında "Çarlinin Mələkləri" filminin ulduzları Farra Fosett, Jaklin Smit və Şerl Ledd iştirak edirdi.

Güclü və ipək saçlar 1980-ci illərdə qadın obrazının ən gözəl "bəzəyi" elan olundu. Şirkət "High Hair" xətti ilə, eləcə də yaş saç effekti yaratmağa imkan verən "New Wawe" məhsulu ilə bu tendensiyanı dəstəklədi. Həmin onillikdə şirkət rəsmi olaraq Almaniya birjasında siyahıya salındı.

1990-cı illərin əvvəllərində Berlin Divarının dağıdılması ilə şirkətin inkişafı üçün yeni imkanlar açıldı. 2000-ci illərdə də şirkətin inkişafı uğurla davam edirdi. 2003-cü ildə artıq "Procter & Gamble" "Wella AG" şirkətinin əksər səhmlərini əldə etdi.

2008-ci ildə isə "Wella Professionals" markası şirkətin tarixində yeni bir səhifə açdı və yeni qulluq xətlərini alıcıların ixtiyarına verdi. Beş il sonra "Procter & Gamble"a məxsus 40 digər marka ilə birlikdə "Wella" "Coty Inc"ə satıldı.

Bu gün "Wella" moda həftələrinin, Met Gala və Kann Film Festivalının daimi tərəfdaşlarından biridir. (publika)

"Putin Avropada imperialist müharibə aparır" like
  • 31 Dek 16:50  
Dünya "Putin Avropada imperialist müharibə aparır"

Rusiya Prezidenti Vladimir Putin Avropanın ortasında imperialist müharibə ap

arrow Ətraflı
Ermənilər Rusiya MNnin mikroavtobusunun İrəvanda qaydaları pozmasından like
  • 31 Dek 16:44  
Dünya Ermənilər Rusiya MNnin mikroavtobusunun İrəvanda qaydaları pozmasından

Ermənilər Rusiya Müdafiə Nazirliyinə məxsus mikroavtobusun İrəvanda yol

arrow Ətraflı
Vasif Talıbovun general oğlu like
  • 31 Dek 16:30  
Digərləri Vasif Talıbovun general oğlu

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ö

arrow Ətraflı
Bu şəxslər hər ay maaşlarının like
  • 31 Dek 16:23  
Digərləri Bu şəxslər hər ay maaşlarının

Sabahdan miqrasiya orqanlarının işçiləri hər ay maaşlarının 1,1 misli m

arrow Ətraflı
Roqozindən Reznikova "səviyyəli" cavab: "Ölü eşşəyin qulaqlarını görərsiniz" like
  • 31 Dek 16:17  
Dünya Roqozindən Reznikova "səviyyəli" cavab: "Ölü eşşəyin qulaqlarını görərsiniz"

"Roskosmos"un keçmiş rəhbəri Dmitri Roqozin öz Teleqram kanalınd

arrow Ətraflı
Yata bilməyənlər bu hərəkətləri təkrarlasın like
  • 31 Dek 16:03  
Digərləri Yata bilməyənlər bu hərəkətləri təkrarlasın

Ağır iş günündən sonra gecə normal yuxuya gedə bilməyənlər bu effekti

arrow Ətraflı
Pelenin anası like
  • 31 Dek 15:49  
Dünya Pelenin anası

Dekabrın 29-da dünyasını dəyişmiş braziliyalı əfsanəvi futbolçu Pelen

arrow Ətraflı
Ceyhun Bayramov Vladimir Norovla telefonla danışıb like
  • 31 Dek 15:48  
Siyasət Ceyhun Bayramov Vladimir Norovla telefonla danışıb

https://az.trend.az/azerbaijan/politics/3689896.html

arrow Ətraflı
Erkən doğulan minlərlə uşağın həyatını xilas edən müəmmalı adam  FOTO like
  • 31 Dek 15:42  
Digərləri Erkən doğulan minlərlə uşağın həyatını xilas edən müəmmalı adam FOTO

Həkim olduğunu iddia edən Martin Kauni 20-ci əsrin əvvəllərinin ən müba

arrow Ətraflı
Ayaqlar altından qazanılan sərvət  İnanılmaz HEKAYƏ  FOTO like
  • 31 Dek 15:28  
Digərləri Ayaqlar altından qazanılan sərvət İnanılmaz HEKAYƏ FOTO

Bu gün qadınlar "Jimmy Choo" brendinin məşhur "Zoluşka"

arrow Ətraflı
Bu geyim qadınların qarderobunda əvəzsiz element olmalıdır like
  • 31 Dek 14:55  
Digərləri Bu geyim qadınların qarderobunda əvəzsiz element olmalıdır

Məşhur moda tarixçisi və teleaparıcı Aleksandr Vasilyev qadın qarderobunu

arrow Ətraflı
311ci gün: Rusiyanın itkiləri açıqlandı like
  • 31 Dek 14:48  
Dünya 311ci gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 311-ci günü üçün Rusiya ordusunun itkiləri haqda mə

arrow Ətraflı