Milyarderlərin AĞLAGƏLMƏZ TƏRBİYƏ ÜSULLARI FOTO
Digərləri 31 Dek 2022 15:56:00 424 0
Bu xəbəri də oxu: Tbilisidə polisin Zurabişviliyə qarşı bu hərəkəti səsküy yaratdı
İlon Mask, Mark Zukerberq kimi milyarderlərin sərvəti barədə o qədər xəbər və yazılar yazılıb ki, artıq ürəyimizi ağrıdan o rəqəmləri görməkdən yorulmuşuq desək, yerinə düşər. Bununla belə dünyaşöhrətli iş adamlarının həyatlarının görünməyən və yazılmayan tərəfləri var ki, oxumağa, nümunə götürməyə dəyər. Məsələn, çoxuşaqlı milyarder atalar övladlarının tərbiyəsində hansı qaydaları rəhbər tutur? Və ya övladlarına hansı qadağaları qoyurlar? Onların tərbiyə üsulları sıravi insanların üsulundan nə ilə seçilir?
Son.az bu yazıda "Milyarderlərin uşaqları necə tərbiyə edir" mövuzusuna toxunub.
İlon Mask oğlanlarına problemlərin öhdəsindən təkbaşına gəlməyi öyrədir
Planetin ən varlı adamı, "Tesla və SpaceX" şirkətlərinin qurucusu və baş direktoru İlon Mask altı uşaq atasıdır. Onun gündəlik iş qrafiki sıx olsa da, uşaqlarla keçirdiyi vaxtı ən dəyərli sərmayə hesab edir: birgə səyahətlər, gəzintilər, kitabların müzakirəsi və.s
İlonun özünün və "SpaceX" işçilərinin uşaqları üçün açdığı Ad Astra özəl məktəbi milyarderin qoyduğu təhsil, təlim və tərbiyə sisteminə əsaslanır. Onun fikrincə, uşaqlarda hər şeydən əvvəl problemlərə qeyri-standart həll yollarını tapa bilmək bacarıqlarını inkişaf etdirmək lazımdır. Məsələn, təhsil müəssisəsində "Qızıl qıfıllar" adlı tapmaca çox sevilir. Tapmacada deyilir ki, 11 uydurma planet var. Şagirdlərə bəşəriyyət üçün üç ən yaxşı və üç ən pis planetini müəyyənləşdirmək və niyə belə düşündüklərini izah etmək tapşırılır.
Nəyi nümunə götürməyə dəyər?
Kitab rəflərində çoxlu kitablar düzülüb, onlardan bəzilərini beşikdən oxumağa başlamaq olar. Daha böyük uşaqlarla ümumiyyətlə hər hansı bir kitabı və ya filmi müzakirə edə, onlardan qəhrəmanın niyə belə etdiyini soruşa və digər suallar verə bilərsiniz. Bütün bunlar özünün və başqalarının hərəkətlərinin motivlərini başa düşmək vərdişini yaradır.
Mark və Priscilla Zukerberq uşaqlarını işə aparır
"Facebook"un qurucusu Mark Zukerberq və həyat yoldaşı Priscilla 20 ilə yaxındır birlikdədir. Bir qızı və bir oğlu olan cütlük bu yaxınlarda elan etdi ki, yenidən övlad sahibi olmağa hazırlaşırlar. Keçmiş sinif yoldaşları sevinclərini və məsuliyyətlərini təkcə bir-birilə deyil, həm də uşaqlarla bölüşməyə davam edirlər. Yeri gəlmişkən, Mark iki dəfə atalıq məzuniyyətə çıxıb.
Qızların hələ beş yaşı yoxdur, amma onlar artıq atasının qucağına kod yazır, qabyuyan maşını yükləyib boşaldır, tez-tez valideynlərinin ofislərinə gedirlər. Priscilla deyir ki, o və Mark uşaqları ofisə aparırlar ki, nə ilə məşğul olduqlarını və ümumilikdə işə necə yanaşdıqlarını görsünlər.
Nə öyrənmək olar?
Həyatınızı uşaqların gözündən gizlətməyin, şəxsi işlərə cəlb edin və həyat yoldaşınızın işi haqqında danışın. Uşaqlar valideynlərinin əməyindən qürur duyacaqlar və istənilən işi qiymətləndirəcəklər.
Uorren Baffet 3 yaşından pulun idarə edilməsini öyrədir
https://az.trend.az/azerbaijan/politics/3689896.html
Həkim olduğunu iddia edən Martin Kauni 20-ci əsrin əvvəllərinin ən müba
Bu gün qadınlar "Jimmy Choo" brendinin məşhur "Zoluşka"
Məşhur moda tarixçisi və teleaparıcı Aleksandr Vasilyev qadın qarderobunu
Ukrayna müharibənin 311-ci günü üçün Rusiya ordusunun itkiləri haqda mə
Qriqorian təqvimi il daha bir il - 2022-ci il başa çatır. Bütün dünyada i
Rusiya prezidenti Vladimir Putin qərb ölkələrinə Rusiyaya olan qaz borclar�
Əməkdar artist Mətanət İsgəndərlinin videosu müzakirələrə səbəb olu
Filippində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində az
Kamboca Krallığının qərbində yerləşən otelin kazinosunda baş verən g�
Bakıda polis zabiti qəfil ürəktutmasından vəfat edib.
Müğənni Xatun Əliyeva və rəqqasə Fatimə Fətəliyeva barışıb.
Müdafiə Nazirliyinin rəhbər heyəti Dünya Azərbaycanlılarının Həmrəyl