Erkən doğulan minlərlə uşağın həyatını xilas edən müəmmalı adam FOTO
Digərləri 31 Dek 2022 15:42:00 417 0
Həkim olduğunu iddia edən Martin Kauni 20-ci əsrin əvvəllərinin ən mübahisəli adamlarından biri idi. Amma bu gün o, minlərlə yeni doğulanların həyatını xilas edən qəhrəman sayılır.
Bu xəbəri də oxu: Tbilisidə polisin Zurabişviliyə qarşı bu hərəkəti səsküy yaratdı
Son.az oxucuları Martin Kauni haqqında maraqlı faktlarla tanış edir.
Martin Kauni 1869-cu ildə Polşada anadan olub. Əsl adı Maykl Koen idi, amma 18 yaşında Nyu-Yorka mühacirət edəndə bu adı dəyişdi. Kauninin tibbi təhsilini təsdiq edən heç bir rəsmi sənədi olmayıb. Lakin o, özü müasir perinatal təbabətin banisi olan Pyer-Konstant Buden adlı məşhur fransız həkimin tələbəsi olduğunu iddia edirdi. Ali təhsilə dair sənədi olmasa da, Kauni bütün həyatını tibbə, daha dəqiq desək, vaxtından əvvəl doğulmuş körpələrin xilasına həsr edib. Doun Raffelin "The Strange Case of Dr. Couney: How a Mysterious European Showman Saved Thousands of American Babies" adlı kitabında (Həkim Kauninin sirli hekayəsi: avropalı şoumen minlərlə amerikalı körpəni necə xilas etdi) Kauninin bütün həyatı boyu 7 minə yaxın erkən doğulmuş körpəni ölümdən necə xilas etməsindən danışır.
Kitabda qeyd olunub ki, 20-ci əsrin əvvəllərində xəstəxanalarda vaxtından əvvəl doğulmuş körpələrin həyatı uğrunda mübarizə aparılırdı. Tibb jurnalları açıq şəkildə belə körpələri "zəif" adlandırırdı. Həkimlər isə yeni doğulan körpələri xilas etmək əvəzinə, bu mübarizənin ümidsiz olduğunu deyir və sadəcə bundan imtina edirdilər. O dövrdə xəstəxanalar üçün küvezlər bahalı zövq idi və vaxtından əvvəl doğulan körpələr üçün heç kim böyük xərclər çəkmək istəmirdi. Kauni isə sübut etmək istəyirdi ki, belə uşaqlar nəinki sağ qalacaq, həm də dolğun ömür sürə biləcək. 1903-cü ildə bir neçə küvez aldı, Koney adasında bina icarəyə götürdü və "sərgi" təşkil etdi. "Eksponatlar" təşəbbüskar Martinin vaxtından əvvəl doğulmuş körpələrin qoyulduğu qutular idi.
Bir körpənin saxlanılması Kauniyə gündə 15 dollara başa gəlirdi ki, bu da hazırda təxminən 400 dollara bərabərdir. O, belə xərcləri ödəyə bilmədiyi üçün hər bir ziyarətçidən giriş üçün 25 sent aldı. Kauni tək işləmirdi, onun işə götürdüyü tibb bacıları uşaqlara qulluq edirdi.
Kauni həm də reklam kampaniyası ilə məşğul olurdu, girişdə qoyulan "Uşaqlara baxmağı unutmayın!" kimi şüarlarla ictimaiyyəti cəlb edirdi. 1922-ci ildə Kauni hətta Arçibald Liç adlı gənc aktyoru işə götürdü və o, daha sonra geniş ictimaiyyət arasında Keri Qrant kimi tanındı. Qəzetlərdə qeyri-adi şou haqqında çıxan məqalələr işə yaradı. Beləliklə, tamaşaçılar çəkisi bir kiloqramdan az olan uşaqlara maraqla baxmağa getməyə başladılar.
Bu gün qadınlar "Jimmy Choo" brendinin məşhur "Zoluşka"
Məşhur moda tarixçisi və teleaparıcı Aleksandr Vasilyev qadın qarderobunu
Ukrayna müharibənin 311-ci günü üçün Rusiya ordusunun itkiləri haqda mə
Qriqorian təqvimi il daha bir il - 2022-ci il başa çatır. Bütün dünyada i
Rusiya prezidenti Vladimir Putin qərb ölkələrinə Rusiyaya olan qaz borclar�
Əməkdar artist Mətanət İsgəndərlinin videosu müzakirələrə səbəb olu
Filippində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində az
Kamboca Krallığının qərbində yerləşən otelin kazinosunda baş verən g�
Bakıda polis zabiti qəfil ürəktutmasından vəfat edib.
Müğənni Xatun Əliyeva və rəqqasə Fatimə Fətəliyeva barışıb.
Müdafiə Nazirliyinin rəhbər heyəti Dünya Azərbaycanlılarının Həmrəyl
İranın Tehran əyalətində İmam Xomeyni adına hava limanı ərazisində iki
Rusiyaya köçən Əməkdar artist Səbinə Babayeva yeni fotolarını paylaşı
Yeni ili restoranda qarşılamaq Bakı sakinləri üçün neçəyə başa gəlir