Ayaqlar altından qazanılan sərvət İnanılmaz HEKAYƏ FOTO
Digərləri 31 Dek 2022 15:28:00 432 0
Bu gün qadınlar "Jimmy Choo" brendinin məşhur "Zoluşka" tuflilərinə sahib olmaq üçün sərvət xərcləyirlər. Baha başa gəlsə də, modapərəstlər hesab edirlər ki, onlar ən az Zolişkanın ayaqqabıları qədər sehrlidir və "öz yarını tapmağa" kömək edəcək. Cazibə və cəsarət, eyni zamanda dəlisov qadınlıq - "Jimmy Choo" brendinin ayaqqabıları üçün xas cəhətlərdir.
Bu xəbəri də oxu: Bakının bəzi ərazilərində işıq olmayacaq
Son.az bu oxucuları dünya şöhrətli başmaqçı Cimmi Çu Yonq Kitin uğur hekayəsi ilə tanış edir.
O bu işə atasının ayaqqabı mağazası ilə başlamışdı, lakin işinə olan sevgisi və tanışlıq əlaqələri ona dünya şöhrətli başmaqçı adını qazanmağa imkan verdi. Beləliklə, bütün ölkələrin modapərəstləri üçün istək obyektinə çevriləcək ayaqqabı markası yarandı.
Çin əsilli Cimmi 1961-ci ilin noyabrında Malayziyanın Penanq şəhərində anadan olub. Atası şəhərin ən istedadlı ustalarından sayılırdı, həm də Penanqda kiçik ayaqqabı fabrikinin sahib idi. Cimmi vaxtının çoxunu atasının yanında keçirirdi. Ata oğluna bütün bilik və bacarıqlarını öyrədirdi. Cimmi ilk ayaqqabısını 11 yaşında atasının heç bir köməyi olmadan təkbaşına tikib. İllər keçsə də oğlanın ayaqqabı yaratmaq marağı itmədi. Odur ki, o, 1980-ci illərdə ailəsini tərk edərək ayaqqabı dizaynını öyrənmək üçün London Moda Kollecinə oxumağa getdi. Oğlan gündüzlər çox oxuyur, axşamlar isə təhsil haqqını ödəmək üçün restoranda ofisiant, fabrikdə xadimə işləyirdi.
Məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra Cimmi 1986-cı ildə Londonda ilk mağazasını açdı. O, həftədə təxminən 20 cüt parıltılı, hündürdaban və iti burunlu ayaqqabılar istehsal edirdi. Belə qeyri-adi dizayn ona ayaqqabı biznesində boşluğu doldurmağa imkan verdi və tezliklə malayziyalı ustanın orijinal əsərləri rayonun hüdudlarından kənarda da tanınmağa başladı.
Təsadüfi bir tanışlıq Çunu "Vogue" jurnalının liderlərindən biri Tamara Mellonun yanına gətirdi. Onun əl işləri jurnalın səhifələrində işıq üzü gördü, bu, başmaqçının karyerasında dönüş nöqtəsi oldu. Tamara əmin idi ki, Çunu moda aləmində parlaq gələcək gözləyir və onlar qısa müddətdə nəinki məşhurlaşa, həm də varlana biləcəklər. Ustadın özünə və onun dəstəyinə inamını gücləndirmək üçün Mellon biznesi maliyyələşdirməyə söz verdi. Tamara 1996-cı ildə Cimmiyə bildirdi ki, şirkəti lüks bir brendə çevirməyin vaxtı yetişib. Cimmi bu təklifi qəbul etdi. Tamara atasının yardımı ilə ayaqqabı biznesinə 190 min sərmayə qoydu. 1996-cı ildə tərəfdaşlar "Jimmy Choo" brendini qeydiyyatdan keçirdilər, şirkətin 50% ustaya, 50% Mellons-a aid idi. Cəmi bir ildən sonra tərəfdaşlar Londonun ən prestijli yerində mağaza açdılar. Çu yorulmaq bilmədən yeni kolleksiyalar yaradırdı, ayaqqabılar fabrik üsulu ilə, lakin ən yüksək standartlara uyğun istehsal olunurdu.
Dizaynerin ayaqqabıları qısa zamanda ingilis ulduzlarının sevgisini qazandı, lakin əsl sensasiya şahzadə Diananın tədbirlərin birinə "Jimmy Choo" imzalı ayaqqabılarda görünməsindən sonra baş verdi. Cimminin Ledi Diana üçün unikal ayaqqabılardan ibarət şəxsi kolleksiya hazırlamışdı. Şahzadə Diananın yeni ayaqqabılarına olan sevgisi ətrafdakıların markaya marağını daha da alovlandırdı. Brend kifayət qədər gənc olmasına baxmayaraq, Britaniya kral ailəsi üçün rəsmi ayaqqabı təchizatçısına çevrildi.
Bundan sonra başmaqçı Hollivud ulduzları arasında da böyük populyrlıq qazandı.
Məsələn, aktrisa Keytin Blanşetin Oskar mərasiminə "Jimmy Choo"nun stilettolarını geyinməsi moda aləmində səs-küy yaratmışdı. İra Find, Natali Portman, Uma Thurman, Beyons, Sandra Bullok kimi ulduzlar brendin əsas pərəstişkarlarıdır. Onları brendindən sadəcə ayaqqabıları cəlb etmir: 2001-ci ildən Çu uzunboğaz çəkmələr və çantalar kolleksiyalarını buraxır. 2011-ci ildən bəri buraxılan ətirlər xətti də daha az populyar deyil. Brendin ayaqqabılarını "Sex and the City" serialının qəhrəmanları da çox sevdi. Tamaşaçılar böyük səbirsizliklə baş qəhrəmanıın - Kerri Bredşonun növbəti seriyada hansı ayaqqabını geyinəcəyini gözləyirdi.
Məşhur moda tarixçisi və teleaparıcı Aleksandr Vasilyev qadın qarderobunu
Ukrayna müharibənin 311-ci günü üçün Rusiya ordusunun itkiləri haqda mə
Qriqorian təqvimi il daha bir il - 2022-ci il başa çatır. Bütün dünyada i
Rusiya prezidenti Vladimir Putin qərb ölkələrinə Rusiyaya olan qaz borclar�
Əməkdar artist Mətanət İsgəndərlinin videosu müzakirələrə səbəb olu
Filippində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində az
Kamboca Krallığının qərbində yerləşən otelin kazinosunda baş verən g�
Bakıda polis zabiti qəfil ürəktutmasından vəfat edib.
Müğənni Xatun Əliyeva və rəqqasə Fatimə Fətəliyeva barışıb.
Müdafiə Nazirliyinin rəhbər heyəti Dünya Azərbaycanlılarının Həmrəyl
İranın Tehran əyalətində İmam Xomeyni adına hava limanı ərazisində iki
Rusiyaya köçən Əməkdar artist Səbinə Babayeva yeni fotolarını paylaşı
Yeni ili restoranda qarşılamaq Bakı sakinləri üçün neçəyə başa gəlir
Bakıda və Abşeron yarımadasında gələn ilin yanvar ayının 1-də hava ş�