Gələcəyin milyonçusunu NECƏ yetişdirməli?
Digərləri 31 Dek 2022 16:37:00 384 0
Bu xəbəri də oxu: Türk iş adamı Bakıdakı evində ölü tapıldı
Maliyyə ekspertləri və psixoloqlar hesab edirlər ki, uşaqlara pul haqqında danışmağa mümkün qədər erkən yaşlarından başlamaq lazımdır. Uşağın inkişafından asılı olaraq iki və üç yaş idealdır. Əgər balaca uşağınız sizə evdə kömək etməyi xoşlayırsa, birlikdə alış-verişə çıxın, xüsusən də övladınız artıq rəqəmləri bilirsə, o zaman ailə büdcəsi haqqında danışmağın vaxtıdır.
Son.az xəbər verir ki, maliyyə mütəxəssisləri - Maliyyə və Hüquq İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Maksim Sergeyeviç Maramıqin və Regional Maliyyə Savadlılığı Mərkəzinin direktoru Yelena Yurievna Ovsyannikova uşağın pula münasibəti və pulu ağılla idarə etməyin yollarından danışıb.
1. Valideynlərdən biri səhər işə gedəndə körpəyə bunun səbəbini izah edin: yemək, paltar, oyuncaq almaq üçün pul qazanmaq lazımdır. Axşam geri qayıdan valideyn mağazadan nəsə almaq üçün uşağa təntənəli şəkildə qəpik və ya əskinas verə bilər.
2. Uşağa izah edin ki, pul tükənməyə meyllidir, sonsuz sayda deyil. Mağazaya gedəndə ana portmanatındakı pulu uşağa göstərə bilər. Bazarlıqdan sonra isə pulun bitdiyini göstərin.
3. Onun almaq istədiyi oyuncaqları və onların faydasını müzakirə edin. Daha sonra evə alınacaq məhsulları və səbəblərini sayın.
4. Mağaza seçərkən gündəlik həyatda lazım olan malların olduğundan əmin olun.
5. Müəyyən bir məbləği yığıb istədiyini almaq üçün ona pul bankası alın.
6. Mağazada bazarlıq edərkən müəyyən məhsulları necə və niyə seçdiyinizi, onlardan nə bişirəcəyinizi və necə istifadə edəcəyinizi danışın. Əgər uşaq sizin büdcənizə uyğun olmayan oyuncaq istəsə, "pulumuz yoxdur" deməyə tələsməyin. Psixoloqlar "Başa düşürəm ki, sən həqiqətən bu oyuncağı istəyirsən, amma ərzaq almalıyıq, sən, mən və atan nə yeyəcəyik?" deməyi tövsiyə edir.
7. Bu yaşda uşaq bilməlidir ki, valideynləri yeməyə, onun əyləncəsinə (parkdakı attraksionlara, oyun meydançalarına, oyuncaqlara), paltarlara, maşına, hədiyyələrə pul xərcləyir.
Qeyd: Mağazaya uşaqla birlikdə girmisinizsə, ödənişi kartla deyil, nəğd şəkildə edin. "Alındı - ödənildi" əlaqəsini başa düşmək üçün uşaq sizin pul ödədiyinizi görməlidir.
Uşağa nə qədər pul vermək lazımdır?
Altı yaşından etibarən, demək olar ki, bütün uşaqlara cibxərcliyi verilir və bu, normal haldır. Belə maliyyə müstəqilliyi həm də əlavə məsuliyyət deməkdir.
1. Övladınıza müəyyən sayda qəpik və əskinas verməyin, uşaq bank kartı alın ki, virtual pul xərcləməyi öyrənə bilsin.
2. Daha çox cibxərcliyi ala bilməsi üçün onunla razılığa gəlin. Bu, ev işi ola bilər, amma onun vəzifələrinə daxil deyil. Həm də uşaqlara məktəbdə yaxşı qiymətlər aldığına görə pul vermək doğru deyil. Müxtəlif dərnək və məşğələlərdə uğur başqa məsələdir, belə əlavə yükü mükafatlandırmağa dəyər.
3. Onun üçün ikinci pul bankası alın. Birincidə xırda şeylər üçün - şirniyyat, dondurma və s. üçün pul toplayacaq. İkincisini daha böyük alış-veriş üçün nəzərdə tutun. Uşağın nə qədər və nəyə qənaət edəcəyinə qərar verin. Prosesdə onun fikri bir neçə dəfə dəyişəcək, lakin sonda yekun qərara gəlməyə çalışın. Ümumiyyətlə, uşağa ötəri istəklərlə mübarizə aparmağı öyrətməyə dəyər.
4. Uşağınıza kommunal və ipoteka xərcləri barədə danışın, eyni zamanda hönkür-hönkür ağlamayın. Amma görsün ki, işıq, su, istilik və digər xərcləri ödəmək məcburiyyətindəsiniz. Həmişə izah edin ki, əgər işıq pulunu ödəməsəniz, qaranlıqda yaşamalı olacaqsınız.
5. Uşağınıza bir məsuliyyət verin: evdə çörəyin, südün, yaxud hər hansı bir məhsulun qalıb-qalmadığına nəzarət esin. Tapşırın ki, ehtiyat tükənəndə bu barədə sizə dərhal xəbər versin. Bir məhsulla başlayın və tədricən siyahını artırın.
6. Bu yaşda uşaqlarla xeyriyyəçilik haqqında danışmaq olar və lazımdır - bu, onlarda sağlam vətəndaşlıq hissini formalaşdırır. Ancaq vacib bir şərt var: xeyriyyəçiliyin nəticəsi uşaq üçün görünən və başa düşülən olmalıdır. Məsələn, küçə heyvanları üçün yem ala bilər, yaxud uşaq evinin azyaşlı sakininə oyuncaq hədiyyə edə bilərsiniz. Əsas odur ki, uşaq öz sərmayəsinin nəticəsini görsün.
7. Şagirdə bir həftə ərzində nə qədər pul lazım olduğunu birlikdə hesablayın.
8. Övladınızın telefonuna faydalı maliyə proqramları quraşdırın.
9. Əvvəlcə uşağınıza bir həftəlik cibxərcliyi verin, sonra müddəti bir aya qədər artırın. Ayda bir dəfə cibxərcliyi alan uşaq planlaşdırmağı öyrənəcək və bu, şübhəsiz, müstəqil həyatının başlanğıcında faydalı olacaq. (publika)
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ö
Sabahdan miqrasiya orqanlarının işçiləri hər ay maaşlarının 1,1 misli m
"Roskosmos"un keçmiş rəhbəri Dmitri Roqozin öz Teleqram kanalınd
Ağır iş günündən sonra gecə normal yuxuya gedə bilməyənlər bu effekti
https://az.trend.az/azerbaijan/politics/3689896.html
Həkim olduğunu iddia edən Martin Kauni 20-ci əsrin əvvəllərinin ən müba
Bu gün qadınlar "Jimmy Choo" brendinin məşhur "Zoluşka"
Məşhur moda tarixçisi və teleaparıcı Aleksandr Vasilyev qadın qarderobunu
Ukrayna müharibənin 311-ci günü üçün Rusiya ordusunun itkiləri haqda mə
Qriqorian təqvimi il daha bir il - 2022-ci il başa çatır. Bütün dünyada i
Rusiya prezidenti Vladimir Putin qərb ölkələrinə Rusiyaya olan qaz borclar�