Digərləri

Bəhlul Danəndənin mifik deyil, real tarixi şəxsiyyət olması doğrudurmu?

2023-01-01 21:50:00

Şərq ölkələrində, xüsusilə, Azərbaycanda Bəhlulu "danəndə" (bilici) və "divanə" (ağlını itirmiş) ləqəbi ilə tanıyırlar. Bəhlul konkret tarixi şəxsiyyətdir. O, VIII əsrdə İraqda yaşamış, İmam Cəfər Sadiqdən (ə) və İmam Musa Kazimdən (ə) dərs almışdır. Bəhlulun künyəsi Əbu Vüheyb, atasının adı Əmr idi. Abbasi xəlifəsi Harun ər-Rəşidlə müasir olmuşdur. Bəzi kitablarda onu Harun ər-Rəşidin qardaşı və ya əmisi oğlu kimi də təqdim edirlər, amma bu məlumatın doğruluğu şübhə altındadır. Çünki bu halda Bəhlulu Haşimi və ya Abbasi nəsəbi ilə xatırlayardılar; halbuki onun nəsəbi Seyrəfi və ya Sufi imiş. Harun ər-Rəşid Bəhlulu Bağdad şəhərinin baş qazısı təyin etmək istəyirdi, amma o, zalım xəlifənin əyanlarına qoşulmaq fikrində deyildi. Deyirlər ki, özünü dəliliyə vurmağı İmam Musa Kazim (ə) Bəhlula məsləhət görmüşdü. Bu yolla Bəhlul həm xəlifənin təklifindən canını qurtardı, həm də öz haqq sözlərini qorxusuz söyləmək imkanı qazandı. Çünki şəriətə görə, ağlını itirmiş adam hər nə danışsa belə, ona cəza verilməz.

Bakıda 5 nəfərin ölümünə səbəb olan dəhşətli qəzanın

2023-01-01 21:48:00

Bu gün H. Əliyev prospektindəki dəhşətli qəzanın baş vermə anının görüntüləri yayılıb.

Hər gün toxunduğumuz ən çirkli

2023-01-01 21:45:00

Amerika alimləri xüsusi avadanlığın köməyi ilə bizi əhatə edən müxtəlif əşyaların üzərində olan mikrobların sıxlığını yoxlayıblar. Bu göstəriciyə görə ən çirkli 5 əşya təyin olunub:

Sufi təriqətləri

2023-01-01 21:40:00

Təriqətlərin əqidəvi əsaslarını, fərqləndirici xüsusiyyətlərini, əsas ayinlərini açıqlamaq, müasir dünyada bu və ya digər təriqətin yayılma arealını açıqlamaq məqsədi daşıyan bu yazılarda ən mühüm və yığcam məlumatlar təqdim ediləcək. Silsilə yazılarda müsəlman ölkələrinin, o cümlədən, Azərbaycanın elmi-mədəni, ictimai-siyasi həyatında böyük rol oyamış mövləviyyə, nəşqbəndiyyə, sührəverdiyyə, səfəviyyə, xəlvətiyyə, qadiriyyə, çiştiyyə, nemətullahiyyə, şaziliyyə, rifaiyyə, ticaniyyə, yəsəviyyə, sənusiyyə, hürufiyyə, kübrəviyyə kimi sufi təriqətləri barədə ilkin informasiyanı əldə edəcəksiniz.

Bu qidalarla qalxanvari vəz probleminizi

2023-01-01 21:35:00

Əksər insan qalxanvari vəzin xəstəliyindən əziyyət çəkirlər. Bəzi dərman və qidalarla xəstəliyin irəliləməsinin qarşısını almaq olar.

Bunu edən hamilələrin uşaqları balacaboy olur

2023-01-01 21:30:00

Amerika alimləri hamiləlikdə çox qəhvə içməyin doğulacaq uşağa təsirini araşdırıb.

Yumurtanı bu halda yemək zərərli

2023-01-01 21:25:00

Mütəxəssislər çiy yumurtanın zərərli olduğunu açıqlayıblar.

Xums

2023-01-01 21:20:00

Müsəlmanların iqtisadi vəzifələrindən biri də xums verməkdir; yəni bəzi hallarda öz malının beşdə birini xüsusi yerlərdə xərclənmək üçün islam hakiminə verməlidir.

Bu 3 TƏRƏVƏZ mədəni xərçəngdən qoruyur

2023-01-01 21:15:00

Çin alimlərinin fikrinə görə, kartof, soğan və kələmin tez-tez qəbulu mədə xərçənginin riskini xeyli azaldır.

Hisslərlə deyil, əqllə seçim edin

2023-01-01 21:10:00

Hər birimiz çox sayda insanın sevgi bağları ilə evlənib, nifrət bağları ilə ayrıldığının dəfələrlə şahidi olmuşuq. Bu cür ailələrdə ən çox ziyan çəkən tərəf uşaqlar olmuşdur.

İnsanı məhv edən xroniki yorğunluq sindromu– Biotənzimləyici

2023-01-01 21:05:00

Xroniki yorğunluq sindromu bu gün dünyada az qala hər insanın diaqnozudur və burden çox xəstəliklər qaynaqlanır. İnsan getdikcə özünü pis hiss edir, həkimlərə gedir, hər həkim özünə uyğun müayinələr təyin edir, özünə uyğun diaqnoz qoyur və müalicə yazır.

Damarlarda trombun olduğunu göstərən

2023-01-01 21:01:00

Damar içində tromb ciddi təhlükə yarada bilər.

Kürdəmirdə avtomobil yoldan çıxaraq aşıb,

2023-01-01 20:56:00

Kürdəmir rayonunda avtomobil yoldan çıxaraq aşıb, xəsarət alan var.

Kirvəlik nədir və kirvə qızı ilə evlənmək günahdırmı?

2023-01-01 20:55:00

Uzun illərdən bəri müsəlmanların bir dəstəsinin arasında kirvəlik adəti mövcuddur. Sünnət toyunda uşağı tutan şəxsə kirvə deyilir (həkim tərəfindən sünnət edilən uşağı kirvə tutmur, onun yerini tibb işçisi əvəz edir). Kirvə həmin ailədə hörmətli tutulur.

Britaniya Rusiyadan mayeləşdirilmiş təbii

2023-01-01 20:54:00

Böyük Britaniya yanvarın 1-dən etibarən Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) idxalını dayandırıb.

Avtomobil markaları qiymətlərini

2023-01-01 20:51:00

Yeni ilin başlaması ilə bir sıra avtomobil markası qiymətləri yeniləməyə başlayıb.

Niyə bəzi duaları Allah həyata keçirmir?

2023-01-01 20:50:00

Hansı duanın qəbul edilməsini, hansının isə qəbul edilməməsini Allah daha yaxşı bilir. Allah-Taala insanı yaratdığı üçün nəyin ona xeyrli olduğunu və həmçinin, onun nəyə layiq olduğunu insanın özündən də yaxşı bilir. Bəzən insan istədiyi mükafata layiq olmadığı üçün Allah onun istəyini qəbul etmir. Bəzən isə Allah duanın qəbul edilməsini müəyyən müddətə təxirə salır. Bu, bəndəni rədd etmək üçün deyil, bəndənin istədiyini ona uyğun bir zamanda vermək üçündür. Bəzən bəndə özünə xeyirli olmayanı istəyir. Allah isə onun səhv etdiyini təbii ki bilir və Öz hikməti əsasında həmin istəyi yerinə yetirmir. Çünki bu istəyi əldə etməklə bəndə qat-qat ağır itkilər verəcək, duanın müstəcab olması ona xeyir yox, ziyan gətirəcək. İnsanlar ilahi hikməti həmişə anlamadıqları üçün bəzən dualarının həyata keçməməsindən narahat olur və hətta Allahı ədalətsizlikdə günahlandırırlar.

2023cü ilin moda trendləri nə olacaq?

2023-01-01 20:48:00

2023-cü ilin moda trendində hansı parça və geyimlərə üstünlük veriləcək?

İş yerində ölüm hadisələrinin səbəbi araşdırılıb

2023-01-01 20:25:00

Rusiyalı ekspertlər iş yerlərində adamların ölümünün səbəblərini təhlil ediblər.

Qarışqanın misalında birgəyaşayış fəlsəfəsi

2023-01-01 20:20:00

Nəhayət, (onlar) "Vadin-nəmlə" (Taifdəki, ya Şamdakı qarışqa vadisinə) endikdə, bir qarışqa (hamıya elan etmək məqsədilə) dedi: "Ey qarışqalar, yuvalarınıza girin ki, Süleyman və ordusu özləri də bilmədən sizi əzməsinlər!"". ("Nəml"18).

Nəyə görə qışda kökəlirik?

2023-01-01 20:15:00

Soyuq aylar gəldikdə insanların çəkisində artım baş verir. Bu fəsildə artıq təzə tərəvəz, meyvə, soyuq yeməklər yeyilmir, insan çox hərəkət etmir.

40 yaş qətiyyən böhran deyildir

2023-01-01 20:10:00

40 yaşa çatan xanımlar üçün ola bilsin ki, həyat daha çətin görünsün. Çünki bu yaşda olan insanların həyatında mühüm dəyişikliklər baş verir. İş yerində hiss edir ki, daha cavanlar daha fəaldır. Ona görə də peşəsində daha ali dərəcəyə çatmaq üçün çalışıb, çabalayar.

Hansı smartfon daha çox radiasiya yayır –

2023-01-01 20:05:00

Mütəxəssislər daha çox radioaktiv şüalanma sahəsinə malik smartfonların 15 modelini təyin edib.

"Yaşayan Nostradamus" şok proqnoz: Dəccal bu tarixdə

2023-01-01 20:02:00

Dünya Kuboku finallarını və Covid-19 pandemiyasını düzgün proqnozlaşdıraraq məşhurlaşan və "Yaşayan Nostradamus" kimi tanınan Athos Salome  şok proqnoz verib. Dəccalın 2023-2026-cı illər arasında peyda olacağını iddia etdi.

Sağlam KÖKƏLMƏNİN YOLLARI Tanınmış fitoterapevt açıqladı

2023-01-01 19:30:00

Sağlam kökəlmək istəyənlər çəki artımına mane olan səbəbi araşdırmalı və nədən şübhələnməli olduqlarını bilməlidirlər.

Vitamin əlavələrinin təsiri yoxdur

2023-01-01 19:25:00

Bir çox vitamin əlavələrinin sağlamlığa heç bir müsbət təsiri yoxdur.

Naxçıvanda polisin saxladığı şəxs özünü bıçaqlayacağını dedi,

2023-01-01 19:21:00

Naxçıvanda onu saxlayan polisin qarşısında özünü öldürməklə təhdid edən şəxs həbs edilib.

Naməhərəmə baxmağın gətirdiyi pis nəticələr

2023-01-01 19:20:00

Göz - qəlbin və düşüncələrin pəncərəsidir. Əgər necə lazımdır baxmağı öyrənmək istəsək, baxmağımıza nəzarəti gücləndirməliyik. Göz ümid və iman bulağı olar. Baxışımız ibadət olub təkamülümüzə yardım edər. Əgər gözümüzə nəzarət etməsək, nəfsimizin əmr etdiyi hər bir şeyə baxarıq. Bu zaman da çox sayda ziyana düşmüş olarıq. Baxışla günah arasındakı məsafə çox qısadır. (Tebyan) İmam Əli (ə) buyurur: "Göz - qəlbin casusu və məmurudur. Ağıla xəbər çatdırandır". Həzrət (ə) yenə buyrurur: "Göz - qəlbə xəbər çatdırandır". Bu hədislərdən görmək olur ki, göz həm qəlbə və həm də ağıla təsir etmək qabiliyyətinə malikdir. Çünki hər nə xəbər verərsə, qəlb onu qəbul edər. Ona görə də baxışın ruh və cana təsiri çox böyükdür. İmam Əli (ə) başqa yerdə buyurur: "Qəlb - baxışın kitabıdır". Yəni insan baxışı ilə qəlbində kitab yazar. Baxışın gətirdiyi pis nəticələrə işarə edək ki, onlardan xilas olmaq bizim üçün asan olsun. 1. Pis adət əldə edər. Naməhrəmə baxmaq - günaha atılan ilk addımdır. Əgər bu əməl davamlı olar və adət halını alarsa, bir xəstəliyə çevrilər. Mütəxəssislər şəhvani acgözlüyü bir ruhi xəstəlik kimi tanıdır və mütləq müalicəyə ehtiyac duyduğunu bildirirlər. Həzrət Peyğəmbər (s) buyurur: "Bəni-Adəm övladının hər bir üzvünün zinada payı vardır. Gözün zinası - (naməhərəmin cisminə) baxmaqdır". 2. Rahatlığı aradan aparar. Çirkin baxışlar həmişə həmin şəxsin rahatlığını və ruhi hüzürunu aradan aparar. İnsanı təşvişə salar. Ustad Şəhid Mütəhhəri deyir: "Bəşərin ruhu fövqəladə təhrikolunandır, ona görə də səhv olardı ki, əgər belə düşünsək ki, bəşər ruhunun təhrik olunması məhduddur, ondan sonra aram olar. Heç bir qəlb gözəl simalara baxmaqdan, heç bir qəlb həvəsdən doymaz". 3. Ağlı xəstə olar. İmam Əli (ə) buyurur: "O kəs ki, şəhvətli olar, can və ağlı xəstə olar". "Ağılın məhvi hava(pərəstlikdə) və şəhvətdədir". O zaman ki, ağıl xəstə olar - insanın rəftarları da xəstə kimi olar. 4. Müxtəliflik tələb etmək xəstəliyinə düçar olmaq. Vil Durant deyir: "Evlənəndən sonra fəsad evlilikdən əvvəlki adətlərin məhsuludur. Müxtəlifliyə meyl etmək bəşərin lap əvvəlindən olduğuna baxmayaraq, ancaq bu gün şəxsiyyət nəcibliyinə görə yeni həyatda təhriklər on dəfə artmışdır". 5. İnsan bədnam olar. Haram rabitələrin bir çoxu baxışdan və göz zinasından başlayar. Bu da hər iki tərəfin bədbəxtliyinə və bədnam olmasına səbəb olar. Hətta evlilikdən sonra bu rabitələrin üzə çıxması çox sayda ailələrin dağılmasına qədər gətirib çıxartmışdır. 6. Daima nigarandırlar. O cütlərin ki, ailə həyatı məhz bu çirkin baxışlarla başlayıb və evliliyə qədər gələrsə, həmişə nigaran olarlar. Bəlkə həyat yoldaşı başqalarına da bu cür baxır?! Bu həmişəlik nigarançılıq onun ruhi rahatlığını aradan aparar və həyatını zəhər edər. 7. Ailələr dağılar. O evliliklər ki, çirkin baxışların bəhrəsi nəticəsində qurular, ömrü qısa olar və tez bir zamanda da dağılar. Baxışla gələn eşq, baxışla da gedər. 8. Günah doğurar. Hədislər də bunu dəfələrlə vurğulayır ki, günah ardınca günah gətirər. İmam Sadiq (ə) buyurur: "Baxış qəlbdə dalbadal şəhvət icad edər. Bu, baxanın yolunu azması üçün kifayətdir". İmam Rza (ə) buyurur: "Ərli qadınların və qeyrisinin saçına baxmaq haramdır, çünki kişilərin təhrik olmasına və fəsada tərəf çəkilməsinə və onun üçün halal və gözəl olmayan şeylərə tərəf daxil olmasına səbəb olar". Ona görə də naməhrəmə baxan zaman gözə nəzarət edib, qəlbə çirkin xəbərlər ötürməyək. İmam Əli (ə) buyurur: "(Haram) baxışlara göz yummaq - şəhvətdən saxlayan ən yaxşı amildir".

Yuxudan oyanan kimi bu 3 ƏLAMƏT beyinə qan getmədiyini

2023-01-01 19:15:00

İnsanların çoxu yuxudan oyanandan sonra bəzi oxşar əlamətləri hiss edir.

Bəzi insanlar niyə dindən qaçırlar?

2023-01-01 19:10:00

Bəzi insanların dindən qaçmağının səbəblərini bilmək üçün onların şəxsiyyətini tədqiq etmək lazımdır. Onlarla rabitə ikitərəfli olmalıdır. Yəni, onlara sual verilməsi, tənqid etməkləri, seçim etməkləri üçün icazə verilməlidir. Onlar təhqir olunmamalı və məcburiyyət qarşısında qalmamalıdırlar. (Tebyan) Həzrət Peyğəmbər (s) buyurur ki, Qiyamət günü ən çox sual olunacaq dövr - cavanlıq dövrüdür. Ona görə də Həzrət (s) belə tövsiyə verir: "Cavan yaşında Allah bəndəsi olan cavan abidin, qoca yaşında ibadətə üz çevirən yaşlılardan üstünlüyü, İlahi mələklərin başqa insanlardan üstünlüyü kimidir". Qurani-Kərim Peyğəmbərin (s) şəxsiyyəti haqqında buyurur: "Həqiqətən sizə (mələklərdən və cinlərdən deyil) özünüzdən olan bir peyğəmbər gəlib ki, sizin əziyyət və zərərə düşməyiniz ona ağırdır; o, sizi(n iman gətirməyinizi və kamala çatmağınızı) çox istəyir və möminlərə qarşı çox mərhəmətli və mehribandır". ("Tövbə" 128). Həzrət Peyğəmbər (s) həmişə insanlarla mülayim və mehriban rəftar edərdi. Əvvəl sevgi bağları üzərində rabitə qurardı və sonra İslam maarifini onun üçün bəyan edərdi. Bu ayə buyurur ki, peyğəmbəriniz (ə) sizin özünüzdəndir. Yəni, sizə çox yaxındır. Ona görə də sizi yaxşı dərk edir. Sizə bir qədər zərər dəysə, onun üçün çox ağır olur. Onun rəftarında sadiq olması, ürək yandırması o qədər çox idi ki, Quran buyurur: "Möminlərə qarşı çox mərhəmətli və mehribandır". O Həzrət (s) qarşı tərəfin sözünə o qədər ədəblə qulaq asardı ki, Quran onun haqqında buyurur: "Onların bəziləri Peyğəmbəri incidir və "o (başdan-başa) qulaqdır (hər bir kəsin sözünü qəbul edir)!" deyirlər. De: "O, sizin üçün yaxşı bir qulaqdır, (bütün danışıqlarında) Allahı təsdiqləyir, möminlərə etimad göstərir və sizdən iman gətirənlər üçün bir rəhmətdir". Allahın Peyğəmbərini incidən kəslər üçün ağrılı bir əzab olacaqdır". ("Tövbə" 61). Bu, həqiqətdir ki, insanları dinə cəlb etməyin yolu - əməldə mömin və dindar olmaqdır. İnsanın Allahla mənəvi rabitəsi ancaq çətin günlərinə aid deyildir. Gərək həyatının hər bir sahəsində, eniş və yoxuşunda özünü göstərsin. Gərək həyatımızın yaxşı günlərində Allahı xatırlayaq ki, Allah da çətin günlərdə bizi tək qoymasın. Bizim yardımımıza gəlsin. İnsanların dinə olan meylini gücləndirmək üçün dinə həm fərdi və həm də ictimai inamı artırmaq lazımdır. Dini Allahın hədiyyəsi kimi təqdim etmək lazımdır. Onlara başa salmaq lazımdır ki, din və mənəviyyat insana güc verir və həyatın hər bir çətinliyi ilə mübarizə aparmaq əzmi verir. O cümlədən stress və depressiya kimi xəstəliklərin qarşısını almaqda çox təsirlidir. İnsan ruhu sakitləşdirər və ona hüzur verər. İnsanlara dini düzgün şəkildə çatdıra bilək. Bunun üçün Məsumların (ə) təlmilərindən bəhrələnək. Həm əməl və həm də sevgi yolu ilə onları dinə tərəf hidayət edə bilərik. Onlara çatdıraq ki, din insanın özünə olan etimadını gücləndirər və izzəti-nəfsini artırar. Onun rəftarını doğru yola hidayət edər. İnsan bu cür hidayət sayəsində başqalarını özünə cəlb edə bilər. Bu cür insanın müvəffəq ictimai həyatı olar. Onlara başa salaq ki, Allaha yaxın olmağın tək yolu - vacibatları yerinə yetirmək və haramları tərk etməkdir.

Hər gün 4 qaşıq və Xərçəng geri çəkiləcək –

2023-01-01 19:05:00

Bu resepti nəinki xərçənglə mübarizə aparan şəxslər, həmçinin xərçəngə doğru yol alan xroniki xəstəliyi olan insanlar da hazırlayıb, qəbul etməlidirlər.

Ürək üçün ən faydalı yağ hansıdır?

2023-01-01 19:01:00

Kardioloq Anna Koreneviç ürək üçün ən faydalı, zərərsiz yağ barədə danışıb.