15 il əvvəl anasını öldürmüşdü, həbsdən çıxıb bacısını qətlə yetirdi TƏFƏRRÜAT


Digərləri 17 Apr 2025 15:10:00 73 0

15 il əvvəl anasını öldürmüşdü, həbsdən çıxıb bacısını qətlə yetirdi  TƏFƏRRÜAT

Gəncə şəhərində 1984-cü il təvəllüdlü Vüqar qısqanclıq zəminində qohumu Fidanı (adlar şərti verilib - red.) öldürüb.   Son.az teleqraf-a istinadənxəbər verir ki, Vüqar 1989-cuil təvəllüdlü ögey bacısı Fidanın müğənnilik fəaliyyəti ilə məşğul olmasını özü üçün alçaldıcı hərəkət hesab edib.   O, bacısını öldürmək qərarına gəlib. Bu məqsədlə 2023-cü ilin noyabrın 2-də səhər saat 7 radələrində bacısının Gəncə şəhəri, Yeni qəsəbədə yaşadığı binanın qarşısına gəlib, havanın işıqlanmasını gözləyib.   Vüqar bacısının mənzildən çıxaraq binanın qarşısında gözləyən taksiyə yaxınlaşanda ona öz iradını bildirib. Fidan qardaşının onunla mübahisə etməsindən sonra yaxınlıqdakı polis şöbəsinə gedərək məlumat vermək istəyib.   Vüqar Fidanın ardınca qaçaraq onu tutub və ona çoxsaylı bıçaq zərbələri vurub. Qadın hadisə yerində ölüb.   İstintaq orqanı tərəfindən Vüqarın barəsində Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.   "Bacıma dedim ki, müğənnilik fəaliyyətindən əl çək"   Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüqar ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, mərhum Fidan onun atabir bacısıdır: "Bacımla dəfələrlə telefonda danışmışam və görüşmüşəm. Onun müğənnilik fəaliyyətindən çəkinməsini istəmişəm. Müğənnilik edən qadının abır-həyası olmaz deyə düşünmüşəm. "Hər ehtiyacını ödəyirəm, müğənnilik fəaliyyətindən əl çək" demişəm.   Bacım isə mənə bildirdi ki, 9 min manat borcu var. Bu borcunun tam ödənilməsini də öz üzərimə götürdüyümü bildirdim. Bir nəfərin yanına gedərək, mənə sabaha 10 min manat pul lazım olduğunu və həmin məbləği evimi satdıqdan sonra qaytaracağımı söylədim. O da problem yoxdu dedi".   Təqsirləndirilən şəxs qeyd edib ki, bacısı səs-küy edib, dava salıb və oradan uzaqlaşıb: "Sonra qardaşım Əhmədlə bibim oğlu Əfqan gəldi. Bizim danışıqlarımız alınmadı. Əfqanla heç bir söhbətimiz olmadı. O, mehribançılıq yaratmaq üçün gəlmişdi.   Bacım dəfələrlə gələrək evdə səs-küy salıb və gedib. Bununla bağlı polis şöbəsindən mənə zəng də olunub, Gülnar və Səidə adlı şəxsləri tanıyıb-tanımam soruşulub".   "Söyüş və təhqirlər oldu"   Vüqarın ifadəsinə görə, bacısı yenidən dava-dalaş və səs-küy salandan sonra daha onunla görüşməyib: "Axırıncı dəfə noyabrın 2-də Gəncə şəhərinə gəldim və uşağın məktəbə getməsini gözlədim. Uşaq məktəbə getdikdən sonra fikrim evə qalxmaq və bacımla söhbət etmək idi.   Həmin vaxt mən avtomobildə gözləyirdim. Bundan xəbər tutan bacım oraya gəldi, gəlişimin səbəbini soruşdu. Mən də söhbət etmək üçün gəldiyimi bildirdim. Bacım səs-küy saldı. Ona buranın yaşayış yerinin olduğunu bildirərək evə qalxmağı təklif etdim. Daha sonra söyüş və təhqirlər oldu. Nəticədə bu hadisə baş verdi".   Vüqarın sözlərinə görə, hadisə baş verən zaman Sumqayıt şəhərində yaşayıb, Gəncəyə taksi ilə gəlib: "Həmin əraziyə də taksiylə gəldim. Fidangil özləri aşağı düşdülər. Qardaşımın qayını, qayını arvadı, bacısı da orada olublar. Onlar taksiyə yaxınlaşdılar, Fidan məndən "bura niyə gəlmisən" deyə soruşdu. "Gəlmişəm səninlə söhbət etməyə" dedim.   Bacıma binanın qabağında söhbət etməyimizin ayıb olduğunu bildirdim, evə qalxmağı təklif etdim. O, səs-küy, qışqır-bağır saldı, polisə tərəf getdi. Ona 17 bıçaq zərbəsi vurdum.   Hadisə vaxtı qardaşımın qayını da yanılmdaydı. Daha sonra məni polis şöbəsinə apardılar. Fidan isə hadisə yerində qaldı. Bacıma kömək olunub-olunmasından xəbər tutmadım. Mən tanımadığım yerə gəlmişdim, bıçağı bacımı ödürmək məqsədi ilə götürməmişdim".   "Anamı öldürdüm, 15 il həbsdə yatdım"   Vüqar ifadəsində göstərib ki, bundan əvvəl doğma anasını qətlə yetirdiyinə görə məhkumluq həyatı yaşayıb: "Anamı da eyni səbəbdən qətlə yetirmişdim. 15 il həbsdə yatdım. Hadisədən 6 ay əvvəl həbsdən çıxmışdım. Mən belə şeyləri qəbul etmirəm.   Cəza çəkərkən bacıma zənglər etmişəm və bu yoldan çəkinməsini istəmişəm. Fidan mənə müğənnilik fəaliyyəti ilə məşğul olmayacağına söz versə də, vədinə əməl etmədi.   Mən bacımı öldürmək istəmirdim. Onun ölümünün səbəbkarı öz qohumlarıdı. Bacıma evimi verməyi də təklif etmişdim. Törətdiyim əməldən peşman deyiləm".   "Qardaşımdan şikayətçiyəm"   İş üzrə zərərçəkmiş Fidanın hüquqi varisi qismində bacısı Əsmər tanınıb. Hüquqi varis həm də təqsirləndirilənin ögey bacısıdır.   Əsmərin sözlərinə görə, Vüqar dəfələrlə ona zəng edib və "sən şərait qur, mən gəlib, onların kökünü kəsim" deyib: "Ona yalvarırdım, "bizim bacımızın pis bir şeyi olsa, oxumasına özüm razı olmaram" deyirdim. Bacım sadəcə çörək pulu qazanırdı.   Hadisə yerində mən olmamışam. Danışılanlardan bilmişəm ki, Vüqar Fidana 17 bıçaq zərbəsi vurub. O, bacımın müğənnilik etməsini istəmirdi. Mən də "yaxşı, müğənnilik etmirsə, onda gətir ona çörək ver" deyirdim.   Vüqar Fidanın əri Zauru da hədələyirdi. "Sən evdə bir şənlik hazırla, çağır məni, gəlim, onları qırım" söyləyirdi. Vüqardan şikayətçiyəm".   Fidanın öz anasının bacısı isə bildirib ki, təqsirləndirilən Vüqar onun bacısının ögey oğludur: "Bu, Vüqarın 3-cü cinayətdir. Mənim övladım yoxdur. Mən Fidanla bir yerdə yaşayırdım.   Qətl hadisəsindən əvvəl Vüqar Fidanı aldadaraq Bərdə rayonunun kəndinə aparıb. Orada Fidanı gizlədərək ot yığdırıb. Fidan oradan mənə zəng etdi, olduğu yeri dedi. Mən də özümü ora çatdırdım. Vüqar ot tayasının arasından silah çıxardı, biz bir təhər oradan qaçdıq".   "Fidanın vurulmasını görməmişəm"   Şahid daha sonra ifadəsində göstərib ki, Vüqar Fidana zəng edərək müxtəlif vaxtlarda ondan 200 və 400 manat pul alıb: "Vüqar məhbəsdən çıxan kimi Fidanı hədələməyə başladı. Fidan isə "Vüqar, sən mənim qardaşımsan, sənə hörmət eləyirəm" deyirdi.   Gecə saatlarında Fidanın bacısı mənə zəng etdi, Vüqarı

Məşhur plastik cərrahlara QADAĞA  Siyahıda yoxdular like
  • 17 Apr 15:02  
Digərləri Məşhur plastik cərrahlara QADAĞA Siyahıda yoxdular

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının ərazisində praktik tibb

arrow Ətraflı
25 yaşlı Aygünün dəhşətli qətli: Falçı ilə yazışmaları üzə çıxdı  TƏFƏRRÜAT like
  • 17 Apr 14:56  
Digərləri 25 yaşlı Aygünün dəhşətli qətli: Falçı ilə yazışmaları üzə çıxdı TƏFƏRRÜAT

Mingəçevir şəhərində 1999-cu il təvəllüdlü Vəliyeva Aygün Elşan qı

arrow Ətraflı
Tunel qazıb 20 milyon dollarlıq qızıl oğurladılar like
  • 17 Apr 14:52  
Digərləri Tunel qazıb 20 milyon dollarlıq qızıl oğurladılar

ABŞ-nin Los-Anceles şəhərində yerləşən "Love Jewels" adlı zin

arrow Ətraflı
Buraxılış imtahanının nəticələri AÇIQLANDI like
  • 17 Apr 14:47  
Digərləri Buraxılış imtahanının nəticələri AÇIQLANDI

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 9-da keçirilən buraxıl

arrow Ətraflı
Bu bankın əməkdaşı Cəlilabadda qəzaya düşdü like
  • 17 Apr 14:43  
Digərləri Bu bankın əməkdaşı Cəlilabadda qəzaya düşdü

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Qara Qarayev adına Dövlət Kamera Orkestrinin  konserti Fransa dirijoru ilə çıxış etdi like
  • 17 Apr 14:39  
Kriminal Qara Qarayev adına Dövlət Kamera Orkestrinin konserti Fransa dirijoru ilə çıxış etdi

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind�

arrow Ətraflı
Avtobusda dəhşətli anlar  ANBAAN VİDEO like
  • 17 Apr 14:21  
Digərləri Avtobusda dəhşətli anlar ANBAAN VİDEO

Türkiyənin Kocaeli vilayətinin Çayırova rayonunda anası ilə birlikdə av

arrow Ətraflı
Bu şəxslər vergi hesabatı verməyəcəklər like
  • 17 Apr 14:15  
Digərləri Bu şəxslər vergi hesabatı verməyəcəklər

Əlilliyi olan şəxslərin öz bacarıqları və yaradıcılıqları ilə məş

arrow Ətraflı
Yeni dünyanın astanasındayıq, amma mübahisə edirik like
  • 17 Apr 13:59  
Siyasət Yeni dünyanın astanasındayıq, amma mübahisə edirik

Bu gün yeni ticarət rüsumlarını həyəcanla müzakirə edənlər - sanki fu

arrow Ətraflı
Ceyhun Bayramov Mirzoyanla Antalyadakı görüşünü kifayət qədər faydalı hesab edir like
  • 17 Apr 13:51  
Siyasət Ceyhun Bayramov Mirzoyanla Antalyadakı görüşünü kifayət qədər faydalı hesab edir

Azərbaycan hər zaman dialoqun, məsələlərin müzakirəsinin tərəfdarıdı

arrow Ətraflı
Azərbaycan və Sloveniya siyasi dialoqu intensivləşdiriblər  Tanya Fayon like
  • 17 Apr 13:47  
Siyasət Azərbaycan və Sloveniya siyasi dialoqu intensivləşdiriblər Tanya Fayon

Azərbaycan və Sloveniya siyasi dialoqu intensivləşdirib.

arrow Ətraflı
Yağışda itən avtomobil nömrələri  dublikat verilirmi?  “Cəmi 60 manata...”  AÇIQLAMA like
  • 17 Apr 13:42  
Digərləri Yağışda itən avtomobil nömrələri dublikat verilirmi? “Cəmi 60 manata...” AÇIQLAMA

Paytaxta yağan intensiv yağış sürücülərə böyük çətinlik yaşatmaqla

arrow Ətraflı