25 yaşlı Aygünün dəhşətli qətli: Falçı ilə yazışmaları üzə çıxdı TƏFƏRRÜAT


Digərləri 17 Apr 2025 14:56:00 83 0

25 yaşlı Aygünün dəhşətli qətli: Falçı ilə yazışmaları üzə çıxdı  TƏFƏRRÜAT

Mingəçevir şəhərində 1999-cu il təvəllüdlü Vəliyeva Aygün Elşan qızını qətlə yetirən ərinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Qətli törədən 34 yaşlı Əliyev Elçin Rafael oğludur.

Son.az "Müsavat"a istinadən xəbər verir ki, Elçinlə Aygün 2017-ci ildə ailə həyatı qurublar. Onların iki övladı olub. Ailə münasibətləri yaxşı olmadığı üçün Aygün bir neçə dəfə ailəsinin yanına qayıdıb. Sonra qohumların müdaxiləsi, istəyi ilə Aygün yenidən evə qayıdıb.

Ər-arvad münasibətlərinin korlanmasına, qətlin baş verməsinə səbəb Aygünün instaqram hesabında falçı ilə yazışması olub. Həmin səhifə "baxici.nur_" adlı ilə instaqramda qeydiyyatdan keçib.

Belə ki, Aygün Elçinin ona qarşı davranışlarından bezərək boşanmağı qərarlaşdırıb. Buna görə instaqramda falçıya yazaraq ondan gələcək həyatı ilə bağlı məlumat öyrənmək istəyib. Aygün hətta boşanacağı halda birlikdə yaşamaq istədiyi şəxslə bağlı da falçıdan məlumat öyrənib. Bu yazışmaları Elçin görüb və bundan sonra qətl hadisəsi baş verib.

Elçin ov bıçağı alaraq Aygünün atasının evinə gedib. Həmin vaxt evdə Aygünün anası da olub. Elçin əlində bıçaqla evə daxil olan zaman Aygünün anası qonşuları çağırmağa gedib. Qonşular gələnə qədər Elçin başqasının mənzil toxunulmazlığını pozaraq zorla evə daxil olub və çoxsaylı bıçaq zərbələri ilə Aygünü qətlə yetirib.

Elçin özünü qismən təqsirli bilib və deyib ki, Aygünü öldürməsinin səbəbi qısqanclıq olub. O, Aygünün yazışmalarını gördüyünü, bunu ailəsinin və özünün adına ləkə kimi qəbul etdiyini deyib.

Məlum olub ki, Elçin hadisədən əvvəl Aygünün tanış olduğu şəxslə də əlaqə saxlayıb. Onunla görüşmək istəsə də sonradan fikrindən daşınıb. Buna səbəb isə Aygünün həmin şəxslə könüllü danışması olub.

"Aygünün telefonuna sosial şəbəkə proqramları yüklədiyini gördüm. Birlikdə yaşadığımız müddətdə Aygünə sosial şəbəkələrdən istifadə etməyə icazə vermirdim. Həmin sosial şəbəkə hesablarına baxanda Aygünün falçı ilə yazışdığını, falçıya boşanmaq istədiyini yazdığını gördüm. Falçıdan başqa bir şəxslə münasibətinin gələcəkdə necə nəticələnəcəyini soruşurdu. Mesajları görəndən sonra pis vəziyyətə düşdüm. Təcili tibbi yardım gəlib mənə iynə vurdu. Həmin vaxt valideynlərim onu Aygünə yaxın getməyə qoymadılar. Səhər atamgil həmin mesajları Aygünün valideynlərinə göstərdilər. Aygünün valideynləri bu məsələnin şər və böhtan olduğunu dedilər. Bıçağı Aygünü qorxutmaq üçün götürmüşdüm. Amma evə girəndə Aygünün dediyi sözlər, etdiyi hərəkətlər yadıma düşdü. Özümü saxlaya bilmədim"- deyə Elçin ifadəsinə əlavə edib.

Elçin qeyd edib ki, özünü xüsusi amansızlıqla qəsdən adam öldürməkdə günahkar bilmir. Onun sözlərinə görə, Aygünü öldürən zaman anası hadisəni görməyib.

Məhkəmə araşdırması zamanı Aygünün anası da ifadə verib. Deyib ki, qızı ailə həyatı qurduqdan sonra Elçin tərəfindən dəfələrlə səbəbsiz yerə döyülüb, işgəncələrə məruz qalıb. Ana qızının ata evinə gəldiyini, bundan sonra Elçinin atasının, qohumlarının xahişi ilə geri qayıtdığını deyib. Hadisədən bir neçə gün əvvəl də Aygün atasının evində olub. Elçinin atası Aygüngilin evinə gedərək oğlunun peşman olduğunu deyib və gəlinin geri qayıtmasını istəyib.

Aygünün anası deyib ki, Elçinin əlində bıçaq görəndə qonşuları köməyə çağırmağa gedib. Qayıdanda isə artıq Elçin Aygünü bıçaqlayıbmış.

Elçinin əlindən bıçağı qonşuların aldığı deyilsə də birinci bununla razılaşmayıb. Elçin deyib ki, bıçağın əlindən düşməsinə səbəb sümüyə dəyməsi olub.

Mərhum Aygünün instaqramda falçı ilə yazışmalarından onun Elçinlə münasibətlərinin necə olması üzə çıxıb. Aygün falçıya yazdığı mesajlarda illərdir döyüldüyünü, işgəncələrə məruz qaldığını, əsəbdən xəstəlik tapdığını deyib. Aygün falçıya yazdığı mesajlarda uşaqlarının zorla əlindən alındığını da bildirib.

"Mən uşaqlarımı gözümdən bir saniyə kənara qoyan adam deyiləm. Çox israr etdilər atasının yanına göndərdim. İndi uşaqları qaytarmırlar. Deyirlər ki, uşaqları görmək istəyirəmsə, geri qayıtmalıyam"- deyə Aygün falçıya yazdığı mesajda qeyd edib.

Məhkəmə araşdırması zamanı Aygünün anası hazırda uşaqların Elçinin valideynlərində qalmasına etiraz etdiyini deyib. Bildirib ki, nəvələrinin qatilin ailəsi ilə birlikdə yaşaması doğru deyil.

Elçin törətdiyi əməllərə görə cəzalandırılıb. Hökmə əsasən Elçin 17 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 157.1 (mənzil toxunulmazlığı) və 228.4-cü (qanunsuz olaraq silah saxla) maddələri ilə ittiham irəli sürülmüşdü.

Tunel qazıb 20 milyon dollarlıq qızıl oğurladılar like
  • 17 Apr 14:52  
Digərləri Tunel qazıb 20 milyon dollarlıq qızıl oğurladılar

ABŞ-nin Los-Anceles şəhərində yerləşən "Love Jewels" adlı zin

arrow Ətraflı
Buraxılış imtahanının nəticələri AÇIQLANDI like
  • 17 Apr 14:47  
Digərləri Buraxılış imtahanının nəticələri AÇIQLANDI

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 9-da keçirilən buraxıl

arrow Ətraflı
Bu bankın əməkdaşı Cəlilabadda qəzaya düşdü like
  • 17 Apr 14:43  
Digərləri Bu bankın əməkdaşı Cəlilabadda qəzaya düşdü

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Qara Qarayev adına Dövlət Kamera Orkestrinin  konserti Fransa dirijoru ilə çıxış etdi like
  • 17 Apr 14:39  
Kriminal Qara Qarayev adına Dövlət Kamera Orkestrinin konserti Fransa dirijoru ilə çıxış etdi

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind�

arrow Ətraflı
Avtobusda dəhşətli anlar  ANBAAN VİDEO like
  • 17 Apr 14:21  
Digərləri Avtobusda dəhşətli anlar ANBAAN VİDEO

Türkiyənin Kocaeli vilayətinin Çayırova rayonunda anası ilə birlikdə av

arrow Ətraflı
Bu şəxslər vergi hesabatı verməyəcəklər like
  • 17 Apr 14:15  
Digərləri Bu şəxslər vergi hesabatı verməyəcəklər

Əlilliyi olan şəxslərin öz bacarıqları və yaradıcılıqları ilə məş

arrow Ətraflı
Yeni dünyanın astanasındayıq, amma mübahisə edirik like
  • 17 Apr 13:59  
Siyasət Yeni dünyanın astanasındayıq, amma mübahisə edirik

Bu gün yeni ticarət rüsumlarını həyəcanla müzakirə edənlər - sanki fu

arrow Ətraflı
Ceyhun Bayramov Mirzoyanla Antalyadakı görüşünü kifayət qədər faydalı hesab edir like
  • 17 Apr 13:51  
Siyasət Ceyhun Bayramov Mirzoyanla Antalyadakı görüşünü kifayət qədər faydalı hesab edir

Azərbaycan hər zaman dialoqun, məsələlərin müzakirəsinin tərəfdarıdı

arrow Ətraflı
Azərbaycan və Sloveniya siyasi dialoqu intensivləşdiriblər  Tanya Fayon like
  • 17 Apr 13:47  
Siyasət Azərbaycan və Sloveniya siyasi dialoqu intensivləşdiriblər Tanya Fayon

Azərbaycan və Sloveniya siyasi dialoqu intensivləşdirib.

arrow Ətraflı
Yağışda itən avtomobil nömrələri  dublikat verilirmi?  “Cəmi 60 manata...”  AÇIQLAMA like
  • 17 Apr 13:42  
Digərləri Yağışda itən avtomobil nömrələri dublikat verilirmi? “Cəmi 60 manata...” AÇIQLAMA

Paytaxta yağan intensiv yağış sürücülərə böyük çətinlik yaşatmaqla

arrow Ətraflı
Azərbaycan və Sloveniya şirkətləri arasında artıq ilkin razılaşmalar əldə olunub  XİN like
  • 17 Apr 13:37  
Siyasət Azərbaycan və Sloveniya şirkətləri arasında artıq ilkin razılaşmalar əldə olunub XİN

Azərbaycan və Sloveniya şirkətləri arasında artıq ilkin razılaşmalar ə

arrow Ətraflı
Hər yer su altında qaldı, təkcə onun evindən başqa: ailə sirri GİZLƏDİR like
  • 17 Apr 13:32  
Dünya Hər yer su altında qaldı, təkcə onun evindən başqa: ailə sirri GİZLƏDİR

ABŞ-nin Tennessi ştatınının Ridqely qəsəbəsində baş verən güclü se

arrow Ətraflı