Hemofiliya xəstəliyini yaradan səbəblər… Qohum evlilikləri niyə qadağan edildi?
Digərləri 17 Apr 2025 14:14:00 93 0
17 aprel – Ümumdünya Hemofiliya Günüdür
Bu xəbəri də oxu: Dövlət sərhədində müşahidə edilən PUA zərərsizləşdirilib
17 aprel - Ümumdünya Hemofiliya Günüdür.
Azərbaycan Respublikasının Konstitusiyasının 39-cu maddəsinə əsasən, hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. Həmçinin "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü Maddəsinə əsasən, əhalinin sağlamlığının qorunması sahəsində dövlətin vəzifələrindən biri ətraf mühitin qorunması, ekoloji təhlükəsizliyin təmin edilməsidir. Dayanıqlı inkişafın əsas məqsədlərindən biri yaşından asılı olmayaraq əhalinin sağlam yaşayış tərzini təmin etmək və rifah halını yaxşılaşdırmaqdır. Məlumdur ki, ətraf mühit insan orqanizminin sağlamlığına daim təsir edir. Cəmiyyətimizdə hər bir insanın fərdi sağlamlığı onun irsi-genetik göstəricilərindən, əmək və həyat fəaliyyətindən, ətraf mühitin yerli faktorlarının təsiri və tibbi-sosial-sanitariya yardımının əlçatanlığından asılıdır. Bu baxımdan ölkəmizdə hemofiliya kimi irsi qan xəstəliyinə yanaşma çox diqqətəlayiqdir.
Hemofiliya nədir və hansı səbəblərdən yaranır?
Hemofiliya - qan laxtalanmasının pozulması ilə müşahidə olunan irsi qanaxma pozğunluğudur. Dünyada hər 10 min yenidoğulmuşdan birində bu irsi qan xəstəliyinə təsadüf olunur. Dünyada 800 mindən çox hemofiliyalı xəstə qeydə alınıb. Xəstəlik 70 % halda irsən - nəsildən-nəslə ötürülür. Bu xəstəlik ana xətti ilə ötürülür, qadınlar gendaşıyıcı, kişilər isə hemofiliyalı xəstə olur. Xəstəliyin yaranma səbəbi içərisində qohum nigahlar xüsusi yer tutur. Digər səbəblər isə ekoloji mühit nəticəsində genetik səviyyədə baş verən mutasion dəyişiklikdir.
Azərbaycan dünyanın hemofiliya və digər qanaxma pozğunluqlarının çox yayıldığı ölkələrindəndir, 1800-ə qədər qeydiyyatda olan pasient vardır. Ölkəmizdə qeyd olunan xəstəliyin bu səviyyədə rastgəlmə səbəbi qohum evliliklərin olması ilə bilavasitə əlaqədardır. Məhz bu səbəbdən ölkəmizdə qohum nigahların qadağan edilməsi çox təqdirəlayiq addımdır. İrsi qan xəstəliklərinin yaranmasının qarşısını almaq, bu xəstəliklə mübarizə aparmaq və irsimizin daha sağlam davam etməsi, sağlam gələcək nəsillərin yaranması məqsədilə qohum izdivaclarını qadağan etmək mühüm qərar idi. Qan xəstəliklərinə ən çox rast gəlinən bölgələrimiz Azərbaycanın iqtisadi və inzibati şəhərlərində hemofiliya xəstəliyinin yeni hadisələri və yayılma tezliyi bir-birindən kəskin fərqlənir, yüksək göstəricilər Aran iqtisadi rayonunda, Bakı və Sumqayıt şəhərlərində, Göyçay, Beyləqan, Zərdab, İmişli rayonlarda müşahidə olunur. Xəstəliyin bu intervalda yayılması, əsasən Bakı və Sumqayıt şəhərlərində rastgəlmə tezliyinin üstünlüyü tibbi-sanitar yardımın əlçatanlığı ilə əlaqədardır. Qanaxmalara meyllik müayinə, müalicə, sosial-psixoloji aspektdən istər xəstələr, istərsə də ailələrini ciddi yük altında qoyur. Bu səbəbdən bütün dünyada irsi qan xəstəliklərinə xüsusi diqqət ayrılır. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən rəsmi tanınmış qeyri-hökumət təşkilatı olan Ümumdünya Hemofiliya Federasiyasının 2025-ci ilə qədər müəyyən olunmuş strateji yol xəritəsində "Hamı üçün müalicə" prinsipi əsas götürülmüşdür. Bu ideologiya yaşadığı ölkədən, irqindən, dinindən asılı olmayaraq bütün hemofiliyalı insanların adekvat müalicə ala bilməsini hədəf seçmişdir. Hemofiliyaya qarşı hansı tədbirlər görülür?
Milyarder iş adamı, "Aznar" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sa

Bu gün yeni ticarət rüsumlarını həyəcanla müzakirə edənlər - sanki fu

Azərbaycan hər zaman dialoqun, məsələlərin müzakirəsinin tərəfdarıdı

Azərbaycan və Sloveniya siyasi dialoqu intensivləşdirib.

Paytaxta yağan intensiv yağış sürücülərə böyük çətinlik yaşatmaqla

Azərbaycan və Sloveniya şirkətləri arasında artıq ilkin razılaşmalar ə

ABŞ-nin Tennessi ştatınının Ridqely qəsəbəsində baş verən güclü se

Qabriela Ramos UNESCO-nun Baş Direktorluğuna namizəd irəli sürülüb.

Müğənni Nüşabə Musayevanın başına iş gəlib.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqəda

Teleaparıcı Elgiz Əkbər dialoqu ilə diqqət çəkib.

Aprelin 16-da ölkə ərazisində intensiv yağan yağışlar Bakı və Abşero

Türkiyədə Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi qida mə
