Dünənki leysandan sonra neçə nəfər yaralanıb və ölüb? TƏBİB AÇIQLADI
Digərləri 17 Apr 2025 13:07:44 80 0
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Əhalinin sağlamlığının qorunması və vaxtında tibbi yardımın göstərilməsi məqsədilə fasiləsiz şəkildə xidmət davam etdirilir.
Bu xəbəri də oxu: İnək südündən 10 dəfə daha faydalı: sümükləriniz "beton" kimi olacaq
Paytaxtla yanaşı, bölgələrdə də təcili tibbi yardım briqadaları gücləndirilmiş rejimdə fəaliyyət göstərir. Çətin hava və yol şəraitinə baxmayaraq, bütün müraciətlərə çevik və operativ reaksiya verilir.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Şabran, Siyəzən və Ağsu rayonlarından güclü yağış yağması səbəbindən yaranan çətinliklər fonunda vətəndaşların müraciətləri qeydə alınıb.
Belə ki, Siyəzən rayonunun Həmiyə kəndi ərazisindən daxil olan çağırış əsasında Siyəzən Təcili Tibbi Yardım Stansiyasının 3 briqadası hadisə yerinə cəlb olunub. Güclü yağış səbəbindən yaranan çətinliklər fonunda sel təhlükəsi ilə üzləşən təxminən 57 nəfərə yerində ilkin tibbi yardım göstərilib. Həmin şəxslərdən daha ixtisaslı tibbi yardıma ehtiyacı olanlar təxliyə edilərək Siyəzən Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Hazırda 26 nəfərin müalicəsi stasionar olaraq davam etdirilir.
Şabran rayonu ərazisindən 1970-ci il təvəllüdlü (kişi cinsli) şəxs Şabran Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Təcili tibbi yardım şöbəsinə yerləşdirilən şəxsə zəruri tibbi yardımlar göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
Ağsu rayonunda isə selin ekskavatoru aparması nəticəsində xəsarət alan 3 nəfər (kişi cinsli) Şamaxı Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Onlardan 2 nəfərin müalicəsi Terapiya şöbəsində davam etdirilir, vəziyyətləri stabildir. Digər şəxsin vəziyyəti isə qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, sözügedən hadisə nəticəsində 1 nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.
Hazırda bölgələrdə müvafiq istiqamətdə tədbirlər fasiləsiz davam etdirilir.
Aysel Əkbər Son.az
Teleaparıcı Elgiz Əkbər dialoqu ilə diqqət çəkib.

Aprelin 16-da ölkə ərazisində intensiv yağan yağışlar Bakı və Abşero

Türkiyədə Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi qida mə

Mərkəzi Bank "PulPal" MMC-yə münasibətdə təshih tədbirinin tə

Azərbaycanlı müğənni Aytac Vidadiqızına ev hədiyyə edilib.

Türkiyənin İzmir şəhərinin Bornova rayonunda yerləşən restoranda "

"Əmək pensiyaları" haqqında Qanuna edilən yeni dəyişikliklərə

Tələbələr universitetə gedib-gələrkən müəyyən qədər əziyyət çək

Bakıda çəkilən görüntülər maraq doğurub.

Azərbaycanda gələn il səhiyyə sahəsinə 2 milyard 69 milyon 680 min manat

Sabirabadda baş verən bədbəxt hadisənin təfərrüatı məlum olub.

Türkiyədə narkotikə qarşı tarixdə ən böyük əməliyyat keçirilib.
