Restoranda dəhşətli anlar: hər kəsə atəş açdı FOTO
Digərləri 17 Apr 2025 11:42:03 95 0
Türkiyənin İzmir şəhərinin Bornova rayonunda yerləşən restoranda "mənə niyə tərs baxdın" bəhanəsi ilə başlayan mübahisə dəhşətə çevrilib.
Bu xəbəri də oxu: Nuridə Allahyarova vəzifəsindən getdi "Qorxulu olan ədalətsizlikdir..."
Son.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı Onur Muharremlə 24 yaşlı Yusuf T. arasında yaranan mübahisədən sonra silah işə salınıb və məkandakı insanlara təsadüfi atəş açılıb.
Hadisənin təfərrüatları
2024-cü il 19 dekabr tarixində baş verən hadisədə Onur Muharrem A. Yusuf T.-nin oturduğu masaya stəkan ataraq mübahisəni böyüdüb. Araya girən şəxslər onu restorandan çıxarsalar da, Onur Muharrem bir müddət sonra belindən çıxardığı silahla əvvəlcə havaya, daha sonra isə restoranın içinə atəş açdı. Açılan güllələrdən biri Yusuf T.-nin yanında oturan Tolga K.-nın ayaqqabısını deşdi. Restoran əməkdaşları silahı alaraq vəziyyəti nəzarət altına aldılar. Hadisə yerinə gələn polis Onur Muharremi saxlayıb və o, məhkəməyə çıxarıldıqdan sonra həbs olunub.
Görüntülər və şahid ifadələri
Hadisə restoranın təhlükəsizlik kameraları tərəfindən anbaaan qeydə alınıb. Kadrlarda Onurun bardaq atdığı, daha sonra silahla atəş açdığı, Yusufun isə özünü stul ilə qorumağa çalışdığı görünür.
Şahidlərin ifadələrinə görə, silah tutukluq verib və əlindən silahı alan restoran işçiləri daha böyük faciənin qarşısını alıblar.
İddianamə və istintaq
Başlanan istintaqın ardından hazırlanan ittiham aktında Onur Muharremə qarşı "Zəncirvari şəkildə silahla hədələmə", "İctimai təhlükəsizliyi bilərəkdən təhlükəyə atma", "Silahla qəsdən xəsarət yetirməyə cəhd", "Təhqir" və "6136 saylı Qanuna zidd davranış" maddələri üzrə ümumilikdə 19 il 4 aya qədər həbs cəzası tələb olunub. İş İzmir 8-ci Asliye Cəza Məhkəməsində aparılıb.
Məhkəmədə ifadələr
10 aprel tarixində keçirilən məhkəmə iclasında sanıq Onur Muharrem özünü müdafiə edərək, "Zərər vermək istəsəydim, verərdim. Peşmanam" - deyə bildirib. Lakin zərərçəkənlər və onların vəkilləri hadisənin "Qəsdən öldürməyə cəhd" kimi qiymətləndirilməsini istəyiblər. Zərərçəkənlərin vəkili Efe Alper onun hərəkətlərinə öz istəyi ilə deyil, məhz restoran işçilərinin müdaxiləsi ilə son qoyulduğunu bildirib.
Məhkəmədən qərar: Ağır cinayət sayıldı
Prokurorun təqdim etdiyi əsas ittihamda hadisənin "Qəsdən öldürməyə cəhd" kimi qiymətləndirildiyi və işin Ağır Cəza Məhkəməsinin səlahiyyətinə daxil olduğu bildirilib. Məhkəmə ittiham olunan şəxsin həbsdə qalmasına və işin Ağır Cəza Məhkəməsinə göndərilməsinə qərar verib.
Hüseyn Son.az
"Əmək pensiyaları" haqqında Qanuna edilən yeni dəyişikliklərə

Tələbələr universitetə gedib-gələrkən müəyyən qədər əziyyət çək

Bakıda çəkilən görüntülər maraq doğurub.

Azərbaycanda gələn il səhiyyə sahəsinə 2 milyard 69 milyon 680 min manat

Sabirabadda baş verən bədbəxt hadisənin təfərrüatı məlum olub.

Türkiyədə narkotikə qarşı tarixdə ən böyük əməliyyat keçirilib.

AQTA əməkdaşları tərəfindən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Mehdi

Əməkdar artist Elza Seyidcahan yenidən canlı efirdə atdığı addımla gün

Bakıda və Abşeronda leysan xarakterli yağış kəsilib

Ali təhsil müəssisələrinə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci c

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pre

Dəri rəngi və saç tonunun xərçəng riski ilə əlaqəsi olub-olmaması uzu
