Abituriyentlərin NƏZƏRİNƏ: Elan edildi


Digərləri 17 Apr 2025 10:31:59 67 0

Abituriyentlərin NƏZƏRİNƏ: Elan edildi

Ali təhsil müəssisələrinə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı elan edilib.

Bu barədə DİM-dən məlumat verilib.

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər 2025-ci il aprelin 17-dən 1 may saat 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/2) daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər.

Bu il tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə buraxılış imtahanı vermiş, lakin 20 fevral - 5 mart tarixlərində aparılan ərizə qəbulunda iştirak etməyən cari ilin məzunlarının müraciətləri nəzərə alınaraq onların da I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçməsinə imkan yaradılıb.

Müsabiqədə iştirak ödənişlidir.

"Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamının 1.2-ci bəndinə əsasən, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında (imtahanın ikinci mərhələsinin yalnız bir cəhdində) iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olur.

"Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamının 1.3-1.7-ci bəndlərinə əsasən aşağıdakı kateqoriyalardan olan Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında (bütün mərhələ və cəhdlər üzrə) iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:

- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;

- şəhid ailəsinin üzvləri;

- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;

- məcburi köçkün statusu olan şəxslər;

- I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.

Digər abituriyentlər isə ərizəni təsdiq etmək (etdirmək) üçün tələb olunan məbləği şəxsi kabinetinlərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olun­duq­dan sonra onların şəxsi kabinetlərindəki hesablarından çıxılır.

Qeyd: Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtini ödəmiş, lakin 20 fevral -5 mart tarixlərində keçirilən ərizə qəbulu zamanı "Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyirəm" bəndini seçməyən abituriyentlərə yayda kolleclərin ixtisas seçimində iştirak etməyə icazə veriləcək.

Qeyd: Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 25-də, I və IV qruplar üzrə isə iyunun 1-də keçiriləcək. III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyunun 22-də keçiriləcək.

Qeyd: I ixtisas qrupu üzrə həm Rİ, həm də RK altqrupu üzrə imtahan vermək istəyən abituriyentlər ikinci mərhələnin birinci cəhdində bir, ikinci cəhdində isə digər altqrupu seçə bilərlər. Abituriyentlər istəklərindən asılı olaraq hər iki cəhddə eyni altqrup üzrə də iştirak edə bilərlər.

Xatırladaq ki, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu iki mərhələdə olmaqla internet vasitəsilə aparılır. Ərizə qəbulunun birinci mərhələsi 2025-ci il fevralın 20-dən martın 5-dək həyata keçirilib. Həmin mərhələdə ali təhsil müəsssiələrinə (o cümlədən V ixtisas qrupu üzrə) və tam (11 illik) orta təhsil bazasında kollecə qəbul olmaq istəyənlər qeydiyyatdan keçiblər.

Azərbaycanda çaydan iki meyit tapıldı like
  • 17 Apr 10:26  
Digərləri Azərbaycanda çaydan iki meyit tapıldı

Şabranda çaydan iki meyit tapılıb.

arrow Ətraflı
Prezident İlham Əliyev Sloveniyanın xarici işlər nazirini qəbul edib like
  • 17 Apr 10:25  
Siyasət Prezident İlham Əliyev Sloveniyanın xarici işlər nazirini qəbul edib

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pre

arrow Ətraflı
Ordumuzun mayoru vəfat etdi like
  • 17 Apr 10:17  
Digərləri Ordumuzun mayoru vəfat etdi

Azərbaycan Ordusunun zabiti Türkiyədə vəfat edib.

arrow Ətraflı
Kürən, sarışın, yoxsa qaraşın? – Xərçəngə ən çox meyilli olan rəng tipi like
  • 17 Apr 10:05  
Digərləri Kürən, sarışın, yoxsa qaraşın? – Xərçəngə ən çox meyilli olan rəng tipi

Dəri rəngi və saç tonunun xərçəng riski ilə əlaqəsi olub-olmaması uzu

arrow Ətraflı
Azərbaycanda çaydan görün nə tapıldı like
  • 17 Apr 10:00  
Digərləri Azərbaycanda çaydan görün nə tapıldı

Masallıda çaydan XIX əsrə aid kitablar tapılıb.

arrow Ətraflı
Müqavilə ilə "kupça"dakı kvadrat düz gəlmir  Təzminat ala bilərsiz like
  • 17 Apr 09:56  
Digərləri Müqavilə ilə "kupça"dakı kvadrat düz gəlmir Təzminat ala bilərsiz

Son dövrlərdə yeni tikilmiş çoxmənzilli binalarda mənzil alan vətəndaş

arrow Ətraflı
Prezident Çinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib  FOTO like
  • 17 Apr 09:55  
Siyasət Prezident Çinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib FOTO

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pre

arrow Ətraflı
Həmin sahə rəisi iş yoldaşlarını xilas etmək istəyirmiş  ANBAAN VİDEO like
  • 17 Apr 09:47  
Digərləri Həmin sahə rəisi iş yoldaşlarını xilas etmək istəyirmiş ANBAAN VİDEO

Xəbər verdiyimiz kimi,  dünən Ağsuda bədbəxt hadisə yaşanıb. Gücl�

arrow Ətraflı
Pulun enerjisini daşıyan bürclər  Zirvə onlarındır like
  • 17 Apr 09:22  
Digərləri Pulun enerjisini daşıyan bürclər Zirvə onlarındır

Astroloqların son araşdırmalarına görə, bəzi bürclər təbiətlərində

arrow Ətraflı
Natavanın keçmiş ərinin baxışları gündəm oldu: yanındakı qız KİMDİR?  VİDEO like
  • 17 Apr 09:09  
Şou-biznes Natavanın keçmiş ərinin baxışları gündəm oldu: yanındakı qız KİMDİR? VİDEO

Natavan Həbibinin keçmiş həyat yoldaşı, reper Dado "Tik Toker" s

arrow Ətraflı
Pul kisənizə bu sadə əşyaları qoyun – Bərəkət və bolluq qapınızı döysün! like
  • 17 Apr 09:01  
Digərləri Pul kisənizə bu sadə əşyaları qoyun – Bərəkət və bolluq qapınızı döysün!

Bolluq və rifah hər bir insanın arzuladığı bir həyat tərzidir. Qədimdə

arrow Ətraflı
Dünyanın bölüşdürülməsinə start verildi – İlk qurban bu ölkədir like
  • 17 Apr 08:35  
Dünya Dünyanın bölüşdürülməsinə start verildi – İlk qurban bu ölkədir

Sankt-Peterburqda yerləşən Boris Yeltsin adına Prezident Kitabxanasında Rus

arrow Ətraflı
Hər yeməyə əlavə edirik, sağlamlığı MƏHV EDİR: damarlar tıxanır, ürəyi yükləyir, like
  • 17 Apr 08:08  
Digərləri Hər yeməyə əlavə edirik, sağlamlığı MƏHV EDİR: damarlar tıxanır, ürəyi yükləyir,

Gündəlik qidalanmada geniş istifadə olunan bu məhsul sağlamlıq üçün c

arrow Ətraflı
Moskvada 105 ilin ən isti havası qeydə alındı like
  • 17 Apr 07:34  
Digərləri Moskvada 105 ilin ən isti havası qeydə alındı

Bu gün Rusiyanın paytaxtı Moskvada havanın temperaturu ilə bağlı 105 illi

arrow Ətraflı