Siyasət

İlham Əliyev: Ermənistana istənilən silah verilərsə, onlara kömək etməyəcək

2023-01-10 21:17:00

Ermənistana istənilən silah verilərsə, onlara kömək etməyəcək və mən Ermənistan tərəfinə bir neçə dəfə bunu demişəm. Demişəm ki, buna əbəs yerə vəsait xərcləməyin. Çünki birincisi, bu, sizə kömək etməyəcək, ikincisi ölkənizdə olan revanşist qüvvələrdə hansısa bir illüziya yarada bilər. İllüziya yarada bilər ki, siz revanş edə bilərsiniz. Edə bilməyəcəksiniz!

Türkiyə və Azərbaycana qarşı planı olanlar...

2023-01-10 21:13:00

Türkiyə və Azərbaycana qarşı planı olanlar iki dəfə düşünəcək.

Dünyada elə bir ölkə yoxdur ki, Qarabağı…

2023-01-10 21:07:00

Dünyada elə bir ölkə olmayıb və yoxdur ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasın.

Hər gün sülhməramlılara 25 maşınla nə gətirilir?

2023-01-10 21:07:00

Qarabağdakı qızıl və mis yataqlarında monitorinq tələbi ilə bir aydır davam edən aksiyamızın şübhəsiz müsbət nəticələri var. Ermənistan hakimiyyətinə, erməni separatçılarına, Rusiyaya və Qərbə göstərdik ki, Ermənistanla Qarabağı birləşdirən yolu nəzarətə götürmək hüququmuz var. Ancaq hadisələrin gedişatı göstərir ki, bu kifayət etməyəcək, Laçın yolundakı hədəflərimizi böyütmək məcburiyyətindəyik.

İran rəsmisinin qardaşı xarici ölkədən

2023-01-10 21:06:00

İran Dövlət Radio və Televizya Şirkətinin rəhbəri Peyman Cəbəlinin qardaşı Meysəm Çəbəli xarici ölkədən sığınacaq alıb.

Prezident elan etdi: Yeni komando qüvvələri yaradılacaq!

2023-01-10 21:04:00

Bizim komando qüvvələrimiz artıq tam formalaşıb, çox böyük qüvvəyə çevrilib və bu proses davam etdirilir. Yeni komando qüvvələri yaradılacaq. Onların sayı daha da artacaq. Xüsusi Təyinatlı Qüvvələrimizin də sayını ən azı iki dəfə artırmışıq və artıracağıq. O cümlədən bütün təchizat ən yüksək səviyyədə təmin edilir.

İlham Əliyev: Sərhəd bizim lazım bildiyimiz yerdən keçəcək!

2023-01-10 21:03:00

Keçirdiyimiz iztirablara, ağrılara, bizə əziz olan hər şeyin dağıdılmasına baxmayaraq, biz sülh barədə danışırıq. Bu, həm siyasi baxımdan, həm də insaniyyət baxımından asan deyil. Lakin bunun Azərbaycanın uzunmüddətli maraqlarına uyğun olduğunu başa düşdüyümüz üçün biz bunu təklif edirik.

3 min azərbaycanlı saxlanılıb, 16sı haqda

2023-01-10 21:02:00

İranda etirazlar zamanı öldürülən 519 nəfərdən 69-u uşaqdır. 20 min etirazçı isə saxlanılıb. Onların 3 mini Güney azərbaycanlıdır.

İlham Əliyev: Buna ürəkdən inanırdım, lakin olmadı

2023-01-10 21:00:00

Mənim fikrimcə, bu il çox məsələlərə aydınlıq gətirəcək. Yeri gəlmişkən, mən ürəkdən inanırdım ki, ilin sonuna qədər biz saziş imzalanmasına nail olacağıq. Lakin belə olmadı.

Ceyhun Bayramov Buyar Osmani ilə telefonla danışıb

2023-01-10 20:41:00

10 yanvar 2023-cü il Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani arasında telefon danışığı baş tutub.

İlham Əliyev: Azərbaycanda yerli hərbi sənayenin yeni dövrü başlayır

2023-01-10 20:37:00

Azərbaycanda yerli hərbi sənayenin yeni dövrü başlayır. Eyni zamanda, bu, ixracyönümlü sənaye olacaq.

Prezident o anı xatırlayıb gülümsədi: Özümü güclə saxlayıram VİDEO

2023-01-10 20:30:00

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün yerli telekanallara müsahibə verib.

İlham Əliyev: Ermənistanla məsələni həll etmişik, amma təhdidlər aradan qalxmayıb

2023-01-10 20:29:00

Biz Ermənistanla məsələni həll etmişik. Əminəm ki, üçüncü müharibə olmayacaq. Amma təhdidlər aradan qalxmayıb, müharibədən sonra yeni təhdidlərlə üzləşmişik.

Prezident komando qüvvələrindən danışdı

2023-01-10 20:24:00

Bizim komando qüvvələrimiz artıq tam formalaşıb, çox böyük qüvvəyə çevrilib və bu proses davam etdirilir. Yeni komando qüvvələri yaradılacaq. Onların sayı daha da artacaq. Xüsusi Təyinatlı Qüvvələrimizin də sayını ən azı iki dəfə artırmışıq və artıracağıq. O cümlədən bütün təchizat ən yüksək səviyyədə təmin edilir.

Prezident: Azərbaycan Ordusu müharibə zamanı öz gücünü göstərdi

2023-01-10 20:16:00

Bizim Ordumuz müharibə zamanı öz gücünü göstərdi, iradəsini göstərdi, xalqımız bütövlükdə əyilməz ruhunu göstərdi. Hərbçilərimiz böyük fədakarlıq göstərmişlər, sözün əsl mənasında ölümə gedirdilər və 3 minə yaxın övladımız şəhid oldu. Ordumuz kifayət qədər güclü idi. Ordumuzun gücləndirilməsi heç kimə sirr deyildi.

İlham Əliyev: Düşünürəm ki, onlar mənim mesajlarımı eşidəcək və düzgün nəticə çıxaracaqlar

2023-01-10 20:11:00

Biz uzun müddət belə yaşaya bilərik, sülh müqaviləsi olmasa heç lazım da deyil. Amma sonra nə olacaq? Sonrasına baxarıq. Buna görə də düşünürəm ki, onlar mənim mesajlarımı eşidəcək və düzgün nəticə çıxaracaqlar.

Prezident: Delimitasiya istəmirlərsə, onda sərhəd bizim lazım bildiyimiz yerdən keçəcək

2023-01-10 20:06:00

Keçirdiyimiz iztirablara, ağrılara, bizə əziz olan hər şeyin dağıdılmasına baxmayaraq, biz sülh barədə danışırıq. Bu, həm siyasi baxımdan, həm də insaniyyət baxımından asan deyil. Lakin bunun Azərbaycanın uzunmüddətli maraqlarına uyğun olduğunu başa düşdüyümüz üçün biz bunu təklif edirik.

Prezident: Ermənistan yəqin ki, kiminsə vəd etdiyi nələrisə gözləyir

2023-01-10 19:52:00

Mənim fikrimcə, bu il çox məsələlərə aydınlıq gətirəcək. Yeri gəlmişkən, mən ürəkdən inanırdım ki, ilin sonuna qədər biz saziş imzalanmasına nail olacağıq. Lakin belə olmadı.

İlham Əliyev: Ermənistan hər vasitə ilə Qarabağ mövzusunu mümkün sülh müqaviləsinə daxil etməyə çalışır

2023-01-10 19:48:00

Ərazi bütövlüyünə və suverenliyə, Alma-Ata Bəyannaməsinə istinad edilməsi açıq-aydın onu göstərir ki, ermənilər Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyırlar. Mən həmin görüşdən dərhal sonra bu barədə bəyan etdim ki, bu, bizim uğurumuzdur, çünki Ermənistan, nəhayət, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıyıb.

Prezident: Bu, sadəcə cılız qeybət, xəbərçilikdir

2023-01-10 19:34:00

Müharibədən sonrakı iki il ərzində Ermənistan görməli olduğu işlərin heç birini görməyib. Əgər ritorikanı, bu şikayət intonasiyasını kənara qoysaq, praktiki olaraq xarici dövlətlərin başçıları ilə hər bir görüşdə sadəcə xəbərçilik edir. Mən buna başqa ad tapa bilmirəm. Bu, sadəcə cılız qeybət, xəbərçilikdir.

İlham Əliyev: Hər ölkənin çətinlikləri var, lakin bununla spekulyasiya etmək olmaz

2023-01-10 19:26:00

Erməni tərəfi danışıqlar prosesini pozur və bunun səbəbləri mənə məlumdur. Ermənistanın qüvvəsinin olub-olmaması və bu qüvvəyə diasporun təsir göstərib-göstərməməsi məsələsinə gəldikdə düşünürəm ki, belə təsir var və kiminsə buna mane olmasına istinad etmək məsuliyyəti öz üzərindən atmaq üçün çox münasib yoldur.

Prezident: Azərbaycandan elektrik enerjisinin ötürülməsi qlobal layihədir

2023-01-10 19:18:00

Dünyanın iki aparıcı şirkəti ilə imzalanmış niyyət protokolları əsasında Azərbaycanda 22 min meqavata qədər günəş və külək elektrik stansiyalarının tikintisi nəzərdə tutulur. Əsas məsələ bunun bundan sonrakı taleyidir - necə ötürüləcək? Çünki biz mövcud elektrik ötürücü xətlərimizi genişləndirməliyik.

İlham Əliyev: Bu Saziş bir çoxları üçün gözlənilməz oldu

2023-01-10 19:12:00

Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın imzaladıqları Strateji Tərəfdaşlıq haqqında dördtərəfli Sazişin mahiyyəti hələ ki, tam geniş təhlil edilməyib. Çünki bu, bir yenilik oldu və bir çoxları üçün gözlənilməz oldu.

Prezident: Bütövlükdə bu il 24 milyard kubmetrə yaxın qaz ixracı gözlənilir

2023-01-10 19:06:00

Azərbaycanın qaz sahəsi azı 100 il beynəlxalq bazarlara öz ehtiyatlarını tədarük edəcək, yəni, texnologiyalar inkişaf etdikcə, hasilat imkanları artacaq. Buna görə də 2,6 trilyon kubmetr bizim potensialımızın təsdiqlənmiş minimal həcmidir.

İlham Əliyev: Forsmajor maneələr olmasa, 2024cü ildə bunu planlaşdırırıq

2023-01-10 18:58:00

Son illərdə enerji təhlükəsizliyi məsələləri dünya gündəliyində əsas yerlərdən birini tutub. Bu, o deməkdir ki, həmin məsələ daim beynəlxalq təşkilatların, ən nüfuzlu müxtəlif beynəlxalq forumların gündəliyində olub və Azərbaycanın neft-qaz sənayesi layihələrini necə reallaşdırması həmişə tərəfdaşlarımızın böyük hörmətini qazanıb.

Prezident: Transxəzər qaz kəməri mövzusu uzun illərdir ki, siyasiləşdirilir

2023-01-10 18:52:00

Transxəzər qaz kəməri mövzusu uzun illərdir ki, siyasiləşdirilir. Mən bunun əleyhinəyəm. Çünki mən həmişə real layihələr üzərində işin aparılmasının tərəfdarı olmuşam.

İlham Əliyev Azərbaycanın Transxəzər layihəsi ilə bağlı mövqeyini şərh etdi

2023-01-10 18:49:00

Transxəzərlə bağlı uzun illər müzakirələr gedir, amma hələ ki, heç bir nəticə yoxdur. Transxəzər kəmərinin ümumi ötürmə qabiliyyəti 30 milyard kubmetr qaza hesablanıb. Burada bu layihənin icrası üçün bir neçə əsas məsələ var, onlardan biri bu layihəni kimin maliyyələşdirəcəyidir.

RusiyaUkrayna müharibəsi başlayandan sonra Azərbaycana qazla bağlı 10dan çox ölkə müraciət edib

2023-01-10 18:44:00

Rusiya-Ukrayna müharibəsi başlayandan sonra bizə 10-dan çox ölkədən müraciətlər daxil olub. O ölkələrdən ki, indi bizim qazımızı alırlar və istəyirlər əlavə qaz təchizatı təmin edilsin və o ölkələrdən ki, heç vaxt bizdən qaz almırdılar, amma onlar da bu proqrama qoşulmaq istəyirlər. Təbii ki, burada Azərbaycanın rolu artır və biz də, əlbəttə, bundan istifadə etməliyik.

Prezident: Biz heç vaxt reallaşması mümkün olmayan təşəbbüslərlə çıxış etmirik

2023-01-10 18:43:00

Deportasiya olunmuş azərbaycanlıların Qərbi Azərbaycana qayıtmaları ermənilərə problem yaratmayacaq. Çünki onların oraya qayıtmaları orada yaşayan ermənilərin oradan çıxarılması demək deyil. Çünki o kəndlər boşdur və biz, əlbəttə ki, əlimizdə olan bütün imkanlardan istifadə edəcəyik.

İlham Əliyev: Tam haqlı olaraq Qərbi azərbaycanlıların hüquqları mövzusunu beynəlxalq arenaya çıxarmışıq

2023-01-10 18:36:00

Bu gün sirr deyil ki, Qərbi Azərbaycan İcması uzun illər deportasiyaya məruz qalmış İcma kimi öz hüquqlarından məhrum idi. Əlbəttə ki, Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq bəlkə də vaxtından əvvəl atılan bir atəşə bənzəyə bilərdi. Amma bu gün hesab edirəm ki, biz tam haqlı olaraq bu mövzunu artıq beynəlxalq arenaya çıxarmışıq.

Prezident: Zəngəzur Dəhlizinin reallaşması tarixi zərurətdir

2023-01-10 18:32:00

Nəqliyyat sahəsində bu günə qədər görülən işlər çox güclü zəmin yaradıb. Artıq görülən və bundan sonra görüləcək işlər, əlbəttə ki, bizim mövqeyimizi daha da gücləndirəcək. Çünki adətən açıq dənizə çıxışı olmayan ölkələr tranzit imkanlardan istifadə edə bilmirlər. Azərbaycan nadir ölkələrdəndir ki, açıq dənizə çıxışı yoxdur, ancaq artıq beynəlxalq logistika və nəqliyyat mərkəzinə çevrilib.

İlham Əliyev: Bu, bizi dayandırmayacaq

2023-01-10 18:22:00

Zəngəzur Dəhlizi layihəsi bizim üçün təkcə iqtisadi və nəqliyyat layihəsi deyil, strateji bir layihədir. Tam əminik ki, bu layihənin reallaşması bizim təbii hüququmuzdur.