Prezident: Ermənistan yəqin ki, kiminsə vəd etdiyi nələrisə gözləyir
Siyasət 10 Yan 2023 19:52:00 357 0
Mənim fikrimcə, bu il çox məsələlərə aydınlıq gətirəcək. Yeri gəlmişkən, mən ürəkdən inanırdım ki, ilin sonuna qədər biz saziş imzalanmasına nail olacağıq. Lakin belə olmadı.
Bu xəbəri də oxu: Paris Sazişinin 6cı maddəsinin tam icra olunmasına nail olundu beynəlxalq karbon bazarları açılır
Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib.
Dövlətimizin başçısı deyib: "Ermənistan nə gözləyir? Yəqin ki, hansısa geosiyasi dəyişikliklər, ola bilsin ki, kiminsə ona vəd etdiyi nələrisə gözləyir. Çünki belə təəssürat yaranır ki, ona kimsə nə isə vəd edib. Ona görə ki, regionda vəziyyətin obyektiv təhlili, qüvvələr balansı və iki il bundan əvvəl baş vermiş hadisələrə, eləcə də keçən ilin sentyabr ayında baş vermiş və ya hazırda Laçın-Xankəndi yolunda baş verən hadisələrə dünyanın reaksiyası onu göstərir ki, suda batanların xilas edilməsi onların öz işidir. Biz kömək edə bilərik".
Prezident vurğulayıb ki, Ermənistanın azərbaycanofobiya və isteriya bataqlığında tamam boğulmamasına yalnız biz kömək edə bilərik. "Nə ilə? Onunla ki, biz deyirik "hə", biz deyirik, gəlin sülh bağlayaq. Özü də, inanın ki, bunu demək mənə çox çətindir, həm Prezident kimi, həm də adi insan kimi. Mən işğaldan azad edilmiş ərazilərə gedəndə sizin və hər bir azərbaycanlının keçirdiyi hissləri keçirirəm", - deyə Prezident İlham Əliyev əlavə edib.
Almaniyanın Deltmol şəhərində 36 yaşlı Azərbaycan vətəndaşının mə
Ərazi bütövlüyünə və suverenliyə, Alma-Ata Bəyannaməsinə istinad edil
Müharibədən sonrakı iki il ərzində Ermənistan görməli olduğu işlərin
Baş Prokurorluğun Mətbuat xidmətinə yeni əməkdaş təyin edilib.
Erməni tərəfi danışıqlar prosesini pozur və bunun səbəbləri mənə mə
Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı video bloqer və i�
Dünyanın iki aparıcı şirkəti ilə imzalanmış niyyət protokolları əsas
Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın imzaladıqlar
Şimal bölgəsində şaxtalı, qarlı hava bu gecə də davam edib.
Azərbaycanın qaz sahəsi azı 100 il beynəlxalq bazarlara öz ehtiyatlarını
Son illərdə enerji təhlükəsizliyi məsələləri dünya gündəliyində əs
Transxəzər qaz kəməri mövzusu uzun illərdir ki, siyasiləşdirilir. Mən b