Prezident: Azərbaycandan elektrik enerjisinin ötürülməsi qlobal layihədir
Siyasət 10 Yan 2023 19:18:00 2810 0
Dünyanın iki aparıcı şirkəti ilə imzalanmış niyyət protokolları əsasında Azərbaycanda 22 min meqavata qədər günəş və külək elektrik stansiyalarının tikintisi nəzərdə tutulur. Əsas məsələ bunun bundan sonrakı taleyidir - necə ötürüləcək? Çünki biz mövcud elektrik ötürücü xətlərimizi genişləndirməliyik.
Bu xəbəri də oxu: İlham Əliyev hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı
Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib.
Dövlətimizin başçısı deyib: "Biz qayıdırıq yenə Zəngəzur dəhlizinə. Bizim fikrimizcə, o dəhlizdən, eyni zamanda, elektrik enerjisi ötürülməlidir. Məhz bu məqsədlə biz Cəbrayıl rayonunda böyük qəbuledici və çevirici stansiya tikirik. Əgər bu layihə reallaşarsa, onda Naxçıvanla Türkiyə arasındakı sərhəddə də bir stansiya tikilməlidir. Eyni zamanda, Türkiyə ərazisində ötürücülük imkanları genişləndirilməlidir. Çünki orada da bu qədər enerjini götürmək imkanı yoxdur. Yəni, bu, çox qlobal bir layihədir və tam reallaşa bilər".
Prezident vurğulayıb ki, Azərbaycana bu gün milyardlarla dollar investisiya qoyan şirkətlər tam əmindirlər ki, bu enerji həm Azərbaycanda istehlak olunacaq, eyni zamanda, ixrac üçün imkanlar yaranacaq.
Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın imzaladıqlar
Şimal bölgəsində şaxtalı, qarlı hava bu gecə də davam edib.
Azərbaycanın qaz sahəsi azı 100 il beynəlxalq bazarlara öz ehtiyatlarını
Son illərdə enerji təhlükəsizliyi məsələləri dünya gündəliyində əs
Transxəzər qaz kəməri mövzusu uzun illərdir ki, siyasiləşdirilir. Mən b
"Samsung" əvvəlki dövrlərdə yeni çıxardığı cihazlarına ən
Transxəzərlə bağlı uzun illər müzakirələr gedir, amma hələ ki, heç b
Rusiya-Ukrayna müharibəsi başlayandan sonra bizə 10-dan çox ölkədən mür
Deportasiya olunmuş azərbaycanlıların Qərbi Azərbaycana qayıtmaları erm�
Dünyaca tanınmış model Emily Ratajkovski (Emrata) maraqlı açıqlamaları i
Bu gün sirr deyil ki, Qərbi Azərbaycan İcması uzun illər deportasiyaya mə
Nəqliyyat sahəsində bu günə qədər görülən işlər çox güclü zəmin
Zəngəzur Dəhlizi layihəsi bizim üçün təkcə iqtisadi və nəqliyyat layi