İlham Əliyev Azərbaycanın Transxəzər layihəsi ilə bağlı mövqeyini şərh etdi
Siyasət 10 Yan 2023 18:49:00 345 0
Transxəzərlə bağlı uzun illər müzakirələr gedir, amma hələ ki, heç bir nəticə yoxdur. Transxəzər kəmərinin ümumi ötürmə qabiliyyəti 30 milyard kubmetr qaza hesablanıb. Burada bu layihənin icrası üçün bir neçə əsas məsələ var, onlardan biri bu layihəni kimin maliyyələşdirəcəyidir.
Bu xəbəri də oxu: İqor Babuşkin Prezidentə başsağlığı məktubu ünvanlayıb
Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Transxəzər qaz kəməri ilə bağlı Azərbaycanın mövqeyinə dair sualı cavablandırarkən bildirib.
"Transxəzər layihəsi ilə bağlı hələ ki, aydınlıq yoxdur. Yəni, kim bu layihəni irəliyə aparacaq, bunun maliyyə tutumu nədən ibarət olacaq. Bunu hesablamaq üçün texniki-iqtisadi əsaslandırma hazırlanmalıdır. Bunu hazırlamaq üçün gərək şirkətlər cəlb edilsin. Yəni, bu, bir gündə, bir il ərzində həll olunan məsələlər deyil. Əgər bu gün bu layihəyə start verilsə, bir neçə il ərzində, sadəcə olaraq, araşdırmalar aparılmalıdır - geoloji araşdırmalar, ekoloji araşdırmalar, texniki imkanlar, maliyyə tutumu - bütün bunlar açıq suallardır. Mən hesab edirəm ki, bu suallara cavab vermədən Transxəzər layihəsi haqqında danışmaq yersizdir", - deyə dövlətimizin başçısı qeyd edib.
Prezident deyib: "Biz ölkə olaraq həmişə bu layihəni dəstəkləmişik və mən bunu bir neçə dəfə açıq bəyan etmişəm ki, bəli, əgər bizə müraciət olarsa, biz öz imkanlarımızı təqdim etməyə, mövcud infrastrukturumuzu və digər lazımi məsələləri həll etməyə hazırıq. Amma biz bu layihənin təşəbbüskarı ola bilmərik, çünki bu, bizim qazımız deyil".
Rusiya-Ukrayna müharibəsi başlayandan sonra bizə 10-dan çox ölkədən mür
Deportasiya olunmuş azərbaycanlıların Qərbi Azərbaycana qayıtmaları erm�
Dünyaca tanınmış model Emily Ratajkovski (Emrata) maraqlı açıqlamaları i
Bu gün sirr deyil ki, Qərbi Azərbaycan İcması uzun illər deportasiyaya mə
Nəqliyyat sahəsində bu günə qədər görülən işlər çox güclü zəmin
Zəngəzur Dəhlizi layihəsi bizim üçün təkcə iqtisadi və nəqliyyat layi
Müğənni Manaf Ağayev qarlı hava şəraitinə görə dostundan kömək istə
Hazırda biz Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin genişləndirilməsi il
Biz nəqliyyat sahəsində layihələri uzun illərdir ki, icra edirik. Rusiya-U
Son günlər havaların kəskin soyuması, nəticədə çovğunla müşahidə ed
İkinci Qarabağ müharibəsində əlil olmuş 379 hərbçi ən müasir protezl�
Aktrisa Xəyalə Quliyeva sosial şəbəkədə yeni fotolarını paylaşıb.
Ötən il şəhid ailələri və müharibə əlillərinə dəstək istiqamətind