Prezident: Biz bunu sözlə yox, əməlimizlə təsdiqləyirik
Siyasət 10 Yan 2023 18:04:00 324 0
İkinci Qarabağ müharibəsində əlil olmuş 379 hərbçi ən müasir protezlərlə təmin edilib. Cəmi iki il keçməsinə baxmayaraq, İkinci Qarabağ müharibəsinə aid olan bu proqram tam yerinə yetirilib. Yəni, biz öz sağlamlığını itirmiş soydaşlarımıza maksimum dərəcədə kömək göstərməyə çalışırıq. Əlbəttə ki, bu, yüksək texnologiyalı protezlər olduğu üçün onlar vaxtaşırı dəyişdirilməlidir. Bütün bu proqramlar da gündəlikdədir.
Bu xəbəri də oxu: Pakistanın baş naziri təyyarə qəzası ilə bağlı başsağlığı verib
Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib.
Sosial sahənin çoxşaxəli olduğunu qeyd edən dövlətimizin başçısı deyib ki, buraya özünüməşğulluq proqramını da əlavə etmək olar. "Bir neçə il ərzində belə bir təşəbbüs irəli sürüldü. Çox böyük maraq doğurdu və bu gün 60 min ailə özünüməşğulluq proqramına cəlb edilib. Hətta biz beynəlxalq maliyyə institutlarını da bu proqrama cəlb etmişik. Bu, həm sosial, həm iqtisadi, həm iş yerlərini, yəni, bütün bu sahələri əhatə edən bir sahədir. Ona görə bu il də istisna olmayacaq. Çünki bir daha demək istəyirəm, Azərbaycan sosial dövlətdir və biz bunu sözlə yox, əməlimizlə təsdiqləyirik. İmkan daxilində bu il də bu proqramlar icra ediləcək", - deyə Prezident İlham Əliyev əlavə edib.
Aktrisa Xəyalə Quliyeva sosial şəbəkədə yeni fotolarını paylaşıb.
Ötən il şəhid ailələri və müharibə əlillərinə dəstək istiqamətind
Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş t
Ünvanlı sosial yardımın verilməsi ilə bağlı çox böyük şəffaflaşdı
Minimum əməkhaqqının 15 faiz artması inflyasiyanın fəsadlarının yumşal
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 69 yeni yolux
İnflyasiya bu gün bütün dünyada ciddi bir problemə çevrilib. Hətta inki�
Türkiyəli aktrisa Selin Şekerci açıqlaması ilə gündəmə gəlib.
"Arşın mal alan" (1945) bədii filminin çəkilişlərinin kadrarxas
Hələlik limitsiz xarici kreditlərin cəlb edilməsinə ehtiyac yoxdur. Ona g�
Azərbaycanın xarici borcu 7 milyard dollardan azdır, həm də ümumi daxili m