Prezident: Zəngəzur Dəhlizinin reallaşması tarixi zərurətdir
Siyasət 10 Yan 2023 18:32:00 311 0
Nəqliyyat sahəsində bu günə qədər görülən işlər çox güclü zəmin yaradıb. Artıq görülən və bundan sonra görüləcək işlər, əlbəttə ki, bizim mövqeyimizi daha da gücləndirəcək. Çünki adətən açıq dənizə çıxışı olmayan ölkələr tranzit imkanlardan istifadə edə bilmirlər. Azərbaycan nadir ölkələrdəndir ki, açıq dənizə çıxışı yoxdur, ancaq artıq beynəlxalq logistika və nəqliyyat mərkəzinə çevrilib.
Bu xəbəri də oxu: Monteneqro Parlamentinin sədri Azərbaycana başsağlığı verib
Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.
"Bizim infrastrukturumuz - dəmir yolları, hava limanları, Ələt Beynəlxalq Dəniz Limanı və digər nəqliyyat infrastrukturu, Xəzərdə ən böyük donanma və eyni zamanda, bizim donanmamız Qara dənizdə də işləyir. Mənim göstərişimlə bizim Qara dənizdəki donanmamızda gəmilərin sayı artırılacaq. Yəni, çox böyük nəqliyyat bazarında Azərbaycan ciddi aktora çevrilib", - deyə dövlətimizin başçısı qeyd edib.
Azərbaycan Prezidenti vurğulayıb ki, Zəngəzur Dəhlizinin reallaşması tarixi zərurətdir: "Ona görə mən dedim ki, Ermənistan istəsə də, istəməsə də bu, reallaşacaq. Yəni, bunu Ermənistanda yenə növbəti təhdid kimi qəbul edirlər, halbuki belə fikrim yox idi. Sadəcə olaraq, bu, qaçılmazdır. Bu, gec-tez olacaq. Əlbəttə, biz istəyirik ki, tez olsun və daha tez olsun".
Zəngəzur Dəhlizi layihəsi bizim üçün təkcə iqtisadi və nəqliyyat layi
Müğənni Manaf Ağayev qarlı hava şəraitinə görə dostundan kömək istə
Hazırda biz Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin genişləndirilməsi il
Biz nəqliyyat sahəsində layihələri uzun illərdir ki, icra edirik. Rusiya-U
Son günlər havaların kəskin soyuması, nəticədə çovğunla müşahidə ed
İkinci Qarabağ müharibəsində əlil olmuş 379 hərbçi ən müasir protezl�
Aktrisa Xəyalə Quliyeva sosial şəbəkədə yeni fotolarını paylaşıb.
Ötən il şəhid ailələri və müharibə əlillərinə dəstək istiqamətind
Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş t
Ünvanlı sosial yardımın verilməsi ilə bağlı çox böyük şəffaflaşdı
Minimum əməkhaqqının 15 faiz artması inflyasiyanın fəsadlarının yumşal
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 69 yeni yolux