İlham Əliyev: Ermənistan hər vasitə ilə Qarabağ mövzusunu mümkün sülh müqaviləsinə daxil etməyə çalışır
Siyasət 10 Yan 2023 19:48:00 317 0
Ərazi bütövlüyünə və suverenliyə, Alma-Ata Bəyannaməsinə istinad edilməsi açıq-aydın onu göstərir ki, ermənilər Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyırlar. Mən həmin görüşdən dərhal sonra bu barədə bəyan etdim ki, bu, bizim uğurumuzdur, çünki Ermənistan, nəhayət, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıyıb.
Bu xəbəri də oxu: Paris Sazişinin 6cı maddəsinin tam icra olunmasına nail olundu beynəlxalq karbon bazarları açılır
Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib.
"Onlar hər vasitə ilə Qarabağ mövzusunu mümkün sülh müqaviləsinə daxil etməyə çalışır və əslində onu bloklayırlar. Onların Moskvada hansısa hadisələr baş verməsinə istinad edərək nazirlərin orada görüşünə etinasızlıq göstərmələri, ümumiyyətlə, yolverilməz hərəkətdir. Bəs onlar oktyabrın 6-da Praqada keçirilən görüşə nə üçün etinasızlıq göstərmədilər? Axı bundan bir aydan az əvvəl də sərhəddə hadisələr baş verirdi. Orada kifayət qədər ciddi hadisələr olmuşdu", - deyə dövlətimizin başçısı vurğulayıb.
Prezident vurğulayıb ki, nədənsə erməni tərəfi Praqaya Makronla görüşə getdi, amma Moskvaya getmədi. Sonra Rusiya Xarici İşlər Nazirliyinin erməni tərəfinin hətta xalis protokol xarakterli davranışı barədə şərhləri də məhz buna dəlalət edir. Yəni, incidilmiş tərəf kimi mövqe tutmaq həm rahat, həm də münasibdir, lakin bu mövqe həm insan üçün, həm də ölkə üçün çox zərərlidir. Necə deyərlər, yazığı gəlmək siyasi xadimlərin arsenalında heç də ən yaxşı vasitə deyil, xüsusən, indi qəbul edilmiş təbirlə desək, bütün bunlar feyk olduğu halda.
Müharibədən sonrakı iki il ərzində Ermənistan görməli olduğu işlərin
Baş Prokurorluğun Mətbuat xidmətinə yeni əməkdaş təyin edilib.
Erməni tərəfi danışıqlar prosesini pozur və bunun səbəbləri mənə mə
Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı video bloqer və i�
Dünyanın iki aparıcı şirkəti ilə imzalanmış niyyət protokolları əsas
Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın imzaladıqlar
Şimal bölgəsində şaxtalı, qarlı hava bu gecə də davam edib.
Azərbaycanın qaz sahəsi azı 100 il beynəlxalq bazarlara öz ehtiyatlarını
Son illərdə enerji təhlükəsizliyi məsələləri dünya gündəliyində əs
Transxəzər qaz kəməri mövzusu uzun illərdir ki, siyasiləşdirilir. Mən b
"Samsung" əvvəlki dövrlərdə yeni çıxardığı cihazlarına ən
Transxəzərlə bağlı uzun illər müzakirələr gedir, amma hələ ki, heç b