Siyasət
2023-01-10 18:14:00
Hazırda biz Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin genişləndirilməsi ilə ciddi məşğuluq. Keçən il göstəriş verilib və büdcədən 100 milyon dollardan çox vəsait ayrılacaq, onun bir hissəsi artıq ayrılıb. Biz bu dəmir yolunun ötürmə qabiliyyətini indiki 1 milyon tondan 5 milyon tona qədər çatdıracağıq. Amma bu da kifayət etməyəcək.
2023-01-10 18:12:00
Biz nəqliyyat sahəsində layihələri uzun illərdir ki, icra edirik. Rusiya-Ukrayna müharibəsi bizim gördüyümüz işlərin əhəmiyyətini daha da artırır.
2023-01-10 18:04:00
İkinci Qarabağ müharibəsində əlil olmuş 379 hərbçi ən müasir protezlərlə təmin edilib. Cəmi iki il keçməsinə baxmayaraq, İkinci Qarabağ müharibəsinə aid olan bu proqram tam yerinə yetirilib. Yəni, biz öz sağlamlığını itirmiş soydaşlarımıza maksimum dərəcədə kömək göstərməyə çalışırıq. Əlbəttə ki, bu, yüksək texnologiyalı protezlər olduğu üçün onlar vaxtaşırı dəyişdirilməlidir. Bütün bu proqramlar da gündəlikdədir.
2023-01-10 17:54:00
Ötən il şəhid ailələri və müharibə əlillərinə dəstək istiqamətində də önəmli addımlar atılıb. Bu kateqoriyadan olan 1500 ailəyə dövlət tərəfindən mənzillər verilib, 2021-ci ildə isə 3 min mənzil verilmişdi. Bu il də ən azı 1500 mənzil veriləcək. Beləliklə, hələ növbədə duran bu kateqoriyadan olan insanların hamısına dövlət tərəfindən mənzillər veriləcək.
2023-01-10 17:48:00
Ünvanlı sosial yardımın verilməsi ilə bağlı çox böyük şəffaflaşdırma işi aparılıb. Əvvəlki dövrlərdə bu sahədə çox böyük pozuntulara yol verilmişdi. Ehtiyacı olmayan insanlara sosial yardım verilirdi və əlbəttə ki, bunun arxasında təmənna dayanırdı. Ehtiyacı olan insanların isə buna əli çatmırdı. Ona görə bu sahədə çox geniş təftiş işi aparılıb.
2023-01-10 17:44:00
Minimum əməkhaqqının 15 faiz artması inflyasiyanın fəsadlarının yumşaldılmasına hesablanıb və minimum əməkhaqqı artıq 345 manata çatıb.
2023-01-10 17:42:00
İnflyasiya bu gün bütün dünyada ciddi bir problemə çevrilib. Hətta inkişaf etmiş Qərb ölkələrində ki, orada adətən inflyasiya bir faizdən, yəni, bir və maksimum 1,5 faizdən yüksək olmurdu, bu gün inflyasiya 10 faizi üstələyir.
2023-01-10 17:35:00
Hələlik limitsiz xarici kreditlərin cəlb edilməsinə ehtiyac yoxdur. Ona görə iqtisadi və sosial sahə həmişə paralel getməlidir.
2023-01-10 17:34:00
Azərbaycanın xarici borcu 7 milyard dollardan azdır, həm də ümumi daxili məhsula nisbətdə kəskin azalıb. Əgər keçən ilin əvvəlində xarici borcumuz ümumi daxili məhsulun 17 faizini təşkil edirdisə, keçən ilin yekunlarına görə bu, 9,5 faizə düşüb. Yəni, müqayisə üçün deyə bilərəm ki, bir çox inkişaf etmiş ölkələrdə bu, 100 faiz, hətta 130-150 faizdir.
2023-01-10 14:29:00
Rusiya bu il Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimlərini keçirməkdən imtina etməsi ilə bağlı Ermənistanın mövqeyini aydınlaşdıracaq.
2023-01-10 14:14:00
Türkiyə Ukraynanın sülhlə bağlı təkliflərini dəstəkləyir.
2023-01-10 13:19:00
İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf yaxın vaxtlarda Azərbaycana səfər etmək niyyətindədir.
2023-01-10 13:08:00
"Rusiyanın Ermənistanda hərbi mövcudluğu İrəvanın təhlükəsizliyinə təhdid yaradır".
2023-01-10 12:54:00
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası bu qarlı çovğunlu havada otuzuncu gündür davam edir. Ermənistan hakimiyyəti, erməni separatçıları və dünyadakı erməni lobbisi var gücləriylə müxtəlif dövlət və beynəlxalq təşkilatların yoldakı aksiyaya görə Azərbaycana təzyiq etməsinə çalışsalar da, "yol bağlıdır", "xəstələrimiz dərmansız qalıb", "Qarabağ erməniləri acdırlar" kimi dezinformasiyalar yaysalar da, nəticə hasil etmədilər. Fransanın siyasi dairələrinin Azərbaycan əleyhinə çalışmaları da bir nəticə vermədi.
2023-01-10 12:45:00
Ermənistanın KTMT-dən çıxması üçün prosesə start verilib.
2023-01-10 12:43:00
Ötən həftə AMEA-nın sabiq rəhbəri, akdemik Ramiz Mehdiyevin Fövqəladə Hallar nazirinin müavini vəzifəsində çalışan oğlu, general Teymur Mehdiyevin işdən çıxarılması ilə bağlı məlumatlar yayılıb.
2023-01-10 12:36:00
"Mən artıq bu məsələyə toxunmuşam və bir daha vurğulayıram ki, Laçın dəhlizinin təhlükəsizliyi Rusiya Federasiyası tərəfindən təmin edilməlidir"
2023-01-10 11:49:00
"Prezident İlham Əliyevin imzaladığı sərəncam ilə minimum əmək haqqı 345 manata çatdırılıb. Minimum əmək haqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək".
2023-01-10 11:37:00
Rusiyadan qaçaraq, Azərbaycanın Qarabağ bölgəsinin rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında yerləşən Xankəndi şəhərinə sığınan milyarder Ruben Vardanyanın bəzi imkanlı şəxsləri tətilə getməsi və bunun erməni icmasına pis təsir etməsi barədə müraciəti haqda məlumat vermişdik.
2023-01-10 08:58:00
ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan İsrailə səfər edəcək.
2023-01-10 08:54:00
Rusiyanın qeyri-rəsmi hərbi birləşməsi "Vaqner" özəl hərbi təşkilatı Afrika ölkələrində olduğu kimi Serbiyada da fəaliyyətini artırır.
2023-01-10 08:53:00
Yanvarın 9-da Cenevrədə BMT və Pakistanın birgə təşkilatçılığı ilə "İqlimə davamlı Pakistan" mövzusunda beynəlxalq konfrans keçirilib.
2023-01-10 08:50:00
Fransa Prezidenti Emmanuel Makron həyat yoldaşı Bricit Makrona olan sevgisindən söz açıb.
2023-01-10 08:47:00
Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada keçirdiyi etiraz aksiyası artıq 30 gündür ki, davam edir.
2023-01-10 08:24:00
Almaniyada silahlarla bağlı qanunvericiliyə dəyişikliklər hazırlanır.
2023-01-10 08:23:00
İki minə yaxın "Azovstal" müdafiəçisi hələ də Rusiya əsirliyindədir. Məhkumlar arasında kişilər və qadınlar da var.
2023-01-10 08:22:00
Bu gündən (yanvarın 9-dan) etibarən beynəlxalq erməni diasporları Qərb mətbuatında mövcud mövqelərdən, habelə rüşvətxor siyasətçilərdən istifadə edərək, Bakını Qarabağ ermənilərini "blokada" və "soyqırım"nda ittiham edərək, Azərbaycana qarşı genişmiqyaslı böhtan kampaniyası başlatmaq niyyətindədirlər.
2023-01-10 08:18:00
"Ermənistan Müdafiə Nazirliyi qadınların könüllü hərbi xidmətə getməsi məsələsini müzakirə edir".
2023-01-10 08:14:00
Rusiya Xarici İşlər Nazirliyi Qərbi ölkələrini Venesueladakı müxalifətic iğtişaşlara təhrik etməkdə ittiham edib.
2023-01-10 08:12:00
Bizdə olan məlumatlara əsasən, Pentaqon Kiyevə təcili sürətdə üç böyük hərbi korpus yaratmasını tapşırıb. Bu korpusların yaradılması üçün Ukrayna hakimiyyətinə 75 min hərbiçinin lazım olduğu bildirilir. Bununla bağlı hazırda Ukrayna ərazisində misli görünməmiş səfərbərlik start götürüb.
2023-01-10 08:10:00
Feysbuk administrasiyası Braziliyanın eks-prezidenti Jair Bolsonaronun tərəfdarlarının təşkil etdiyi iğtişaşlara dəstək verən paylaşımları siləcək.
2023-01-10 08:08:00
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki ermənilərin Ermənistana təxliyəsinə hazırlığın getdiyinə dair məlumatlar yenidən gündəmə gəlib.