Qarabağdakı ermənilər gələn ay
Siyasət 10 Yan 2023 08:08:00 443 0
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki ermənilərin Ermənistana təxliyəsinə hazırlığın getdiyinə dair məlumatlar yenidən gündəmə gəlib.
Bu xəbəri də oxu: Nikol Paşinyanın Bakıya yeni “təklif”ləri var
Sosial şəbəkələrdə separatçı rejimin qondarma "dövlət naziri" Ruben Vardanyanın imzası ilə təxliyə haqda qərar yayılmışdı. Qondarma rejim bunu təkzib etdi, lakin ermənilər buna inanmır.
Əsas iddia belədir ki, fevralın 1-də Qarabağdakı ermənilərin təxliyəsi üçün 50 avtobusun ayrılması qərarı var. Təbii ki, getmək istəyənlər gedəcək, qalmaq istəyənlər Azərbaycan vətəndaşlığını qəbul edəcək.
Son.az axar.az-a istinadən bildirir ki, özünü "ezoterik mütəxəssis" kimi təqdim edən İnqa Xosroyeva adlı qadın "Witch's Cabin - 2" Yutub kanalında çıxışı zamanı təxliyənin gündəmdə olduğunu iddia edib.
Erməni qadın iddia edir ki, Ruben Vardanyan, əslində, İngiltərənin gizli vətəndaşıdır, onun bölgəyə gəlişi də ərazinin Azərbaycana təhvil verilməsinə hesablanıb. Onun bu iddiası daha çox konspirologiyaya bənzəyir, hərçənd, fevralın 1-də təxliyənin olacağı iddiasında israrlıdır.
"Vardanyan 16 noyabr 2022-ci il tarixində qərar imzalayıb, bu qərara görə, 1 fevral 2023-cü ildə Qarabağdakı ermənilərin çıxarılması üçün 50 avtobusun ayrılması planlaşdırılır. Ermənilərin çıxarılmasından sonra isə Vardanyan özü İngiltərəyə uçacaq. Sonra da deyəcəklər ki, biz hər şeyi etdik, heç nə alınmadı. Beləliklə, biz 1 fevralı gözləyirik. Əgər bu tarixdə olmayacaqsa, o demək deyil ki, baş verməyəcək, sadəcə vaxtı uzadacaqlar və növbəti 2 ayda həll edəcəklər", - o iddiasını bu sözlərlə tamamlayıb.
Təbii ki, bu iddianın nə qədər doğru, yaxud yalan olduğunu demək çətindir. Lakin mövcud reallıq Qarabağda yaşayan erməni əhalinin iki seçimdən birini etməyin zəruriliyini hər keçən gün daha da artırır: ya Azərbaycan cəmiyyətinə inteqrasiya edib, bərabərhüquqlu vətəndaş kimi yaşayacaqlar, ya da Qarabağı tərk edəcəklər.
Bəzi xəstəliklər vardır ki, onlar qanın laxtalıanma qabiliyyətinin çox
Perunun Miqrasiya üzrə Milli İdarəsi Boliviyanın keçmiş prezidenti Evo Mo
"Əmək pensiyaları haqqında" Qanuna əsasən, bu aydan əmək pensi
Rusiya Silahlı Qüvvələri Xerson vilayətinin Novaya Kaxovka şəhərini atə
"Cahan Holdinq" Kommersiya İttifaqının tərkbində olan "AVM&q
Moruq aspirini əvəz etmək qabiliyyətinə malikdir. Onun tərkibində A və C
"Azərbaycan dövləti hazırda Xankəndidə Azərbaycan əleyhinə çağı
"Keçmiş aktyor kimi Zelenski Hollivuddan olan aktyorların gücünü hər
Maqnium orqanizmin sağlamlığı üçün vacib sayılan elementlərdən biridir
Xalq artisti Emin Ağalarov qızı Afina ilə Dubaya gedib.
Xırdalan şəhər 2 saylı tam orta məktəbin informatika müəllimi Quliyeva
Soyuducunun buzluğu evin ən lazım olan yerlərindən biridir. Bu yerdə bir �
Türk aktyor Cansel Elçin paylaşımı ilə diqqət çəkib.
Ürək-damar sistemi xəstəliklərinin yaşı çox cavanlaşıb. İndi orta ya�
Model Günay Musayeva istirahət üçün Meksikadakı Tulum çimərliyinə üz t