Talıbovun şirkətində işçisi oğurluq etdi: "Maaş o qədər az idi ki..." –


Digərləri 10 Yan 2023 07:53:00 231 0

Talıbovun şirkətində işçisi oğurluq etdi: "Maaş o qədər az idi ki..." –

"Cahan Holdinq" Kommersiya İttifaqının tərkbində olan "AVM" MMC-nin elektronika mağazasında satıcı işləmiş Hüseyn oğurluqda ittiham olunub.

Son.az teleqraf.com-a istinadən bildirir ki, Hüseyn 3 avqust 2020-ci ildə MMC-nin elektronika mağazasında satıcı kimi işə düzəlib.

Daha sonra 2021-ci ilin iyun ayından başlayaraq 2022-ci ilin aprel ayına qədər olan müddətlərdə mobil telefonların satış bölməsindəki dolabdan 7 ədəd mobil telefon və 1 ədəd planşeti oğurlayıb, "Cahan Holdinq" Kommersiya İttifaqının tərkibində olan MMC-yə 15020 manat məbləğində maddi ziyan vurub.

İstintaq orqanı tərəfindən Hüseynin barəsində Cinayət Məcəlləsinin 177.2.2-ci (təkrar oğurluq törətmək) və 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla oğurluq törətmək) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Hüseyn ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, anası, qardaşı və bacısı ilə birlikdə yaşayır: "2016-cı ildə ailə həyatı qurmuşam və həmin nikahdan bir qız, bir oğlan övladım var. 2014-2020-ci illər arasında Azərbaycan Ordusunda gizir rütbəsində işləmişəm.

2020-ci ilin iyul ayında hərbidə nizamnamə qaydalarını pozduğuma görə, ordu sıralarından azad olundum. Hərbi sahədə işlədiyim dövrdə bankdan adıma 15000 manat məbləğində kredit götürmüşdüm. 2020-ci ilin avqustunda MMC-də elektronika mağazasında satıcı kimi işə başladım. Həmin mağazada mobil telefon, televizor, kompüter, fotoaparat, idman malları, soyuducu, soba və digər məişət avadanlıqlarının satışı aparılırdı.

Mağazada səs sistemləri, kompüter və kompüter aksessuarlarının satışı bölməsində satıcı işləyirdim".

Təqsirləndirilən şəxs qeyd edib ki, işə başlayanda 250 manat kart vasitəsilə, 50 manat əlavə ödəniş, satışdan asılı olaraq isə ayda 180-200 manat miqdarında faiz alıb: "Ümumilikdə aylıq maaşım 480-500 manat məbləğində olurdu. 2021-ci ilin martında işlədiyim mağazada müdiriyyət dəyişildikdən sonra maaşım azaldı. Həmin vaxtdan 300 manat əməkhaqqı almağa başladım. Bu məbləğ kreditini ödəməyə kifayət etmədi və məhkəmə tərəfindən banklara borclu olduğum pulu ödəməyim üçün yaşadığım ünvana bildirişlər göndərildiyindən işlədiyim mağazadan oğurluq etmək qərarına gəldim.

Pulu ödəyə bilmədiyim üçün təxminən 2021-ci ilin iyun ayından işlədiyim mağazadan iş yoldaşım İlhamın cavabdehliyində olan mobil telefonların satış bölməsində olan dolabın içərisindən müxtəlif vaxtlarda, müxtəlif markalı mobil telefonlar oğurladım. İlk dəfə götürüdüyüm telefonu "İnstagram" sosial şəbəkəsində "Naxçıvan" elanları səhifəsində satışa qoydum. Həmin vaxt mağazadan "İphone 12" markalı mobil telefonu oğurlamışdım.

Nahid adlı şəxs mənə zəng vurdu və görüşərək telefonu ona satdım. Sonradan oğurladığım telefonları artıq elanlar səhifəsinə qoymadım. Ayrı-ayrı vaxtlarda və ünvanlarda Nahidə satdım.

"İphone 12" markalı bir ədəd mobil telefonu Nahidə 1200 manata satmışdım. Bundan sonra mağazadan götürdüyüm daha 5 ədəd "İphone 12" markalı telefonları ümumilikdə 6 ədəd telefonu təxminən iyun-avqust ayından başlayaraq Nahidə telefon mağazasında sataraq pulumu aldım.

Moruqla müalicə olunmaq üçün 5 resept like
  • 10 Yan 07:51  
Digərləri Moruqla müalicə olunmaq üçün 5 resept

Moruq aspirini əvəz etmək qabiliyyətinə malikdir. Onun tərkibində A və C

arrow Ətraflı
Vardanyan hansı formada zərərsizləşdirilə like
  • 10 Yan 07:46  
Siyasət Vardanyan hansı formada zərərsizləşdirilə

"Azərbaycan dövləti hazırda Xankəndidə Azərbaycan əleyhinə çağı

arrow Ətraflı
“Hollivudda əfsanəvi status” qazandı like
  • 10 Yan 07:45  
Siyasət “Hollivudda əfsanəvi status” qazandı

"Keçmiş aktyor kimi Zelenski Hollivuddan olan aktyorların gücünü hər

arrow Ətraflı
Orqanizmdə maqnium çatışmazlığının əlamətləri və aradan qaldırılma yolları like
  • 10 Yan 07:41  
Digərləri Orqanizmdə maqnium çatışmazlığının əlamətləri və aradan qaldırılma yolları

Maqnium orqanizmin sağlamlığı üçün vacib sayılan elementlərdən biridir

arrow Ətraflı
Emin Ağalarovun xaricdə qızı ilə  FOTO like
  • 10 Yan 07:35  
Şou-biznes Emin Ağalarovun xaricdə qızı ilə FOTO

Xalq artisti Emin Ağalarov qızı Afina ilə Dubaya gedib.

arrow Ətraflı
Xırdalanda qadın müəllim qəfil like
  • 10 Yan 07:25  
Digərləri Xırdalanda qadın müəllim qəfil

Xırdalan şəhər 2 saylı tam orta məktəbin informatika müəllimi Quliyeva

arrow Ətraflı
Bu 11 qidanı soyuducunun buzluğunda saxlamaq olmaz like
  • 10 Yan 06:04  
Digərləri Bu 11 qidanı soyuducunun buzluğunda saxlamaq olmaz

Soyuducunun buzluğu evin ən lazım olan yerlərindən biridir. Bu yerdə bir �

arrow Ətraflı
Aktyor hamam xalatında xizək sürdü  VİDEO like
  • 10 Yan 05:22  
Şou-biznes Aktyor hamam xalatında xizək sürdü VİDEO

Türk aktyor Cansel Elçin paylaşımı ilə diqqət çəkib.

arrow Ətraflı
Qan damarlarını təmizləyən 7 qida vasitəsi like
  • 10 Yan 05:04  
Digərləri Qan damarlarını təmizləyən 7 qida vasitəsi

Ürək-damar sistemi xəstəliklərinin yaşı çox cavanlaşıb. İndi orta ya�

arrow Ətraflı
Günaydan açıqsaçıq FOTOlar like
  • 10 Yan 04:44  
Şou-biznes Günaydan açıqsaçıq FOTOlar

Model Günay Musayeva istirahət üçün Meksikadakı Tulum çimərliyinə üz t

arrow Ətraflı
Papillomalardan xilas olmağın müxtəlif yolları like
  • 10 Yan 04:03  
Digərləri Papillomalardan xilas olmağın müxtəlif yolları

Mütəxəssilər dəridə əmələ gələn papillomaların daxili orqanlarla əl

arrow Ətraflı
Xalq artisti qızı ilə tətildə  FOTO like
  • 10 Yan 03:22  
Şou-biznes Xalq artisti qızı ilə tətildə FOTO

Xalq artisti Emin Ağalarov qızı Afina ilə birgə Dubaya yollanıb.

arrow Ətraflı
Yatmazdan əvvəl bu içkini için like
  • 10 Yan 03:03  
Digərləri Yatmazdan əvvəl bu içkini için

Sizə reseptini yazacağım qarışımı hər gün yatmazdan əvvəl qəbul ets�

arrow Ətraflı
“Müğənnilərin adı çıxıb, adi adamlar...” like
  • 10 Yan 02:44  
Şou-biznes “Müğənnilərin adı çıxıb, adi adamlar...”

"Yeni layihələr, mahnılar hazırlayıram, bu gün də işləyirəm. Bu a

arrow Ətraflı