Ermənilər Azərbaycana qarşı "MÜHARİBƏ" ELAN ETDİ


Siyasət 10 Yan 2023 12:54:00 208 0

Ermənilər Azərbaycana qarşı "MÜHARİBƏ" ELAN ETDİ

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası bu qarlı çovğunlu havada otuzuncu gündür davam edir. Ermənistan hakimiyyəti, erməni separatçıları və dünyadakı erməni lobbisi var gücləriylə müxtəlif dövlət və beynəlxalq təşkilatların yoldakı aksiyaya görə Azərbaycana təzyiq etməsinə çalışsalar da, "yol bağlıdır", "xəstələrimiz dərmansız qalıb", "Qarabağ erməniləri acdırlar" kimi dezinformasiyalar yaysalar da, nəticə hasil etmədilər. Fransanın siyasi dairələrinin Azərbaycan əleyhinə çalışmaları da bir nəticə vermədi. 

Amma bu qarayaxma kampaniyası nə ilkdir, nə də sonuncu olacaq kimi görünür. Ermənistan abstrakt davranışlarını davam etdirməkdə maraqlıdır. Baxmayaraq ki, Ermənistanın havadarlarının dəstəyi ilə Bakıya qarşı növbəti addımı elə təzəlikcə uğursuzluqla nəticələndi. BMT-nin Təhlükəsizlik Şurasında Fransa və Ermənistan bütün səylərinə, cəhdlərinə rəğmən Laçın yolundakı situasiya ilə bağlı qətnamənin qəbuluna nail ola bilmədilər.

Dekabrın 21-də Fransa və Ermənistan BMT Təhlükəsizlik Şurasının növbədənkənar toplantısının çağırılmasına nail olaraq Laçın yolunda azərbaycanlı eko-fəalların aksiyasının "qətiyyətlə pislənməsinə və yolun dərhal açılmasını" istəyirdilər. 

Heç kimə sirr deyil ki, Fransa Qarabağ məsələsinə öz siyasi və iqtisadi maraqları kontekstindən yanaşır, bu maraqları təmin etmək istiqamətində Ermənistan onlara bəzən lazım olur. Bunu İrəvan da yaxşı anlayır, lakin belə görünür ki, rəsmi İrəvan üçün Rusiyanın orbitindən çıxmaq arzusu Qərbin müstəmləkəsi olmaq istəyindən heç də az deyil. 

Baxmayaraq ki, Fransa Prezidenti Emmanuel Makron Ermənistanın baş naziri Nikol Paşinyana Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmamağı tövsiyə edərkən deyib ki, Paris Ermənistanın təhlükəsizliyinin təminatçısı rolunu öz üzərinə götürə bilməz.

Bu məsələ bir daha təsdiq edir ki, Fransa üçün Ermənistanın nə gələcəyi, nə xalqının güzəranı maraqlıdır. Bir Fransanın öz maraqları var, bir də bu maraqlara görə hər cür istifadə etmək istədiyi Ermənistan.

Lakin Ermənistan siyasi rəhbərliyinin ya gözləri kor olub, ya da xalqını sabah daha hansı ağır şərtlər altında yaşayacağının onlar üçün heç bir əhəmiyyəti yoxdur. Dünəndən (yanvarın 9-dan) etibarən beynəlxalq erməni diasporları Qərb mətbuatında mövcud mövqelərdən, habelə rüşvətxor siyasətçilərdən istifadə edərək, Bakını Qarabağ ermənilərini "blokada" və "soyqırım"nda ittiham edərək, Azərbaycana qarşı genişmiqyaslı böhtan kampaniyası başlatmaq niyyətini ortaya qoymaları yenə Ermənistanın buynuzunun gicişməsindən xəbər verir. Belə olmasaydı ilk mərhələdə planlaşdırılan anti-Azərbaycan informasiya kampaniyasının büdcəsi üçün 50 milyon dollar ayrılmazdı. 

Elə Xankəndində Vardanyanın ərzaq məhsulları üçün "talon sistemi"nin tətbiq edilməsi qərarı ermənipərəst beynəxalq dairələrin böyük dəstəyini alan Ermənistan və qondarma rejimin rəsmi Bakıya qarşı "humanitar fəlakət" iddialarına diqqət cəlb etmək sssenarisinin bir qoludur. Bu hadisə deməyə əsas verir ki, ermənilər faktiki olaraq Azərbaycana qarşı çox güclü soyuq savaşa start verdi. 

Bütün bunlar bir daha təsdiq edir ki, Ruben Vardanyanın həm dünənki videomüraciəti, həm də talon qərarının konkret hədəfləri var. Bunun birinci hədəfi Azərbaycana qarşı yeni qarayaxma kampaniyasıdır. Lakin həyasızlıqda hədd tanımayan Vardanyan bu gedişlə erməni əhalinin əsarətindən qaçışını elə özü sürətləndirəcək.

Qondarma qurumun "dövlət naziri" Ruben Vardanyan özünün Facebook səhifəsindəki dünənki paylaşımında deyib: "Son bir ayda Xankəndi və digər ermənilərin yaşadığı ərazilərdə ərzaq qıtlığı yaranıb. Ona görə də yerli qurumlar sərt tədbirlər həyata keçirmək zorunda qalıb".

Zərrə qədər də şübhə yeri yoxdur ki, Rusiyanın adamı olduğu gün kimi aydın olan Vardanyanın bu şou-müraciəti əslində siyasi məqsədlər daşıyır:

✔️ Vardanyan iddia edir ki, "humanitar böhran" dekabrın 12-dən sonra yaranıb. Yəni azərbaycanlıların Şuşa-Xankəndi yolunda dinc aksiyaya başlamalarından sonra vəziyyət "pisləşib". Halbuki aksiyanın davam etdiyi 1 aya yaxın müddətdə "humanitar dəhliz" bağlanmayıb. Əksinə, hər gün ən azı 15-20 yük avtomobili Xankəndinə buraxılır. Bu da 20-30 min əhalinin ərzaq təminatı üçün kifayət qədər böyük daşımadır.

✔️ Vardanyan bu addımı atmaqla Xankəndindəki "humanitar böhranı"  beynəlxalq aləmin diqqətinə çatdırmaq istəyir ki, biz artıq Fransa, Rusiya və erməni diasporunun güclü olduğu digər ölkələrdə Azərbaycana qarşı çirkin kampaniyaların başladığının şahidiyik. Bunun üçün ayrılan 50 milyon dollarlıq büdcə də çox şeydən xəbər verir.

Ermənistan faktiki müstəqil ölkə statusundan uzaq düşən bir subyekt kimi hərəkət edərək gah Rusiyaya, gah da Qərbə meyil salır. Lakin göründüyü kimi başqa coğrafiyalarda, başqa qaynar nöqtələrdə bir-birinə tətik çəkən Ermənistanın "adaxlıları" olan dövlətlər (Fransa, Rusiya, İran və s.) bu gün Azərbaycan məsələsində bir masa ətrafına toplaşa da bilirlər.

Rusiyanın adamı Ruben Vardanyanın "talon" ssenarisi"ni gündəmə daşıması və dünya ictimiaiyyətinin diqqətini bu məsələyə yönəltməkdə hədəf odur ki, onlar bu addımları ilə dünya ictimaiyyətinə çatdırmaq istəyirlər ki, guya Azərbaycan Qarabağı blokadaya alıb və dinc əhalini çörəklə sınağa çəkir. Beləcə, separatçılar Azərbaycanı dünyanın qınağına tuş gətirmək istəyirlər. 

Lakin ermənilərin fəaliyyəti bununla da kifayətlənmir. Bir tərəfdən Azərbaycanın Qarabağ ermənilərinə güya "humanitar fəlakət" törətməsindən şikayətlənirlər, digər yandan da Ermənistan mediasına nəzər saldıqda şahid oluruq ki, yerli ekspert qrupları tərəfindən müharibə ritorikası canlandırılır. Təbii ki, bütün bunlar bəlli qüvvələrin sifarişidir ki, Ermənistan da həmişəki kimi öz "kölə siyasətinə" sadiq qalaraq icra edir.

Amma Ermənistan Azərbaycanı məkirli planına nə qədər  "qurban" etməyə çalışsa da, digər tərəfdən özü-öz oyununu pozmaqla məşğudur. İki qütb (Qərb-Rusiya) arasında var-gəl edən ermənilər özləri də nə istədiklərini bilmirlər. Dünənə kimi qondarma rejimin "təhlükəsizlik şurasının katibi" olan Vitali Balasanyanın "vəzifəsindən" qovulması Qarabağın sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə erməni separatçıları arasında bütün rıcaqları əlinə almasından xəbər verir. 

Hadisələr onu deməyə əsas verir ki, Vardanyan Azərbaycanla vəziyyəti gərginləşməkdə xüsusi olaraq maraqlıdır. Məhz onun gəlişi ilə Azərbaycan - Ermənistan arasında sülh müqaviləsinin müzakirəsi faktiki olaraq donduruldu, yerli ermənilər arasında dialoq dayandırıldı. Əslində Rusiyanın da istədiyi budur.

Balasanyanı "Təhlükəsizlik şurasının sədri" vəzifəsindən kənarlaşdırmaqla Moskva Bakını Vardanyanla üz-üzə qoymağa cəhd etdiyi belə vəziyyətdə dialoqun baş tutması qeyri-mümkündür. Bunu rəsmi Bakı dəfələrlə bəyan edib. Moskva da buna çalışır. Konkret desək, Rusiya tərəfinin də istədiyi odur ki, Ermənistanla Azərbaycanın danışıqlar prosesi uğursuz nəticələnsin, yaxud da heç baş tutmasın. İki ölkə arasında gərginlik pik həddə çatsın.

Elə bu səbəbdən də Laçın dəhlizində davam edən aksiya Moskvanı çox da narahat etmir, çünki bu mənzərə düşmənçiliyin davam etməsi görüntüsü yaradır ki, bu da dünyanın gözündə Rusiyanın Qarabağdakı mövcudiyyətini daha önəmli hala gətirir.

Dünya ictimaiyyətinə də artıq çox yaxşı bəllidir ki, üçtərəfli razılaşmaya görə, Ermənistan Qarabağdan bütün qoşun birləşmələrini çıxarmalı, Zəngəzur dəhlizini açmalı və qanunsuz rejimin maliyyələşməsini dayandırmalı idi. Lakin geridə qalan 2 ildən artıq müddət ərzində Ermənistan əksinə olaraq münasibətlərin normallaşması istiqamətində zəruri siyasi iradə göstərmədi, ziddiyyətli və qeyri-ardıcıl mövqe nümayiş etdirmiş, əldə edilmiş razılaşma və üzərinə götürmüş öhdəliklərin icrasından davamlı olaraq boyun qaçırdı, sülh müqaviləsinin mətni üzrə təkliflərdə prosesi uzatdı və normallaşma səylərinə zərbə vurmaq məqsədilə siyasi və hərbi təxribatlara əl atdı.

Paşinyan Praqa və Soçidə, daha sonra isə müsahibələrində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirsə də, Nikol Paşinyan Azərbaycan tərəfi ilə danışıqlar masasından birdəfəlik qalxmaq üçün növbəti destruktiv qərarları ilə diqqət mərkəzinə düşdü. 

Belə ki, Qarabağın beynəlxalq tanınmasını prioritet məqsəd adlandıran Milli Təhlükəsizlik Strategiyasını qüvvədə saxlamış və Qarabağın Azərbaycandan "islahedici ayrılma" siyasətini 2021-2025-ci il hökümət proqramına daxil edən Ermənistan hakimiyyəti, bu azmış kimi üstəlik Qarabağdan qoşun birləşmələrinin tam çıxarılmaması, qanunsuz rejimin maliyyələşməsinə 410 milyon dollardan artıq vəsait ayrırması ilə İrəvanın destruktiv siyasətini növbəti dəfə önə çəkdi. Amma Ermənistanın bu oyunlarının başında elə ilk növbədə vasitəçilərin sülh prosesinə destruktiv yanaşması dayandığı istisna edilmir.

Prezident İlham Əliyev 2022-ci il üçün son çıxışında Azərbaycanın strateji hədəflərini açıq şəkildə elan etdi. Ötən ildə əldə olunan hədəflər növbəti il üçün rəsmi Bakının əlində bazis rolunu oynayacaq. Bu isə o deməkdir ki, erməni terrorizminin sonu yaxınlaşır. 

Rəsmi Bakı müstəqil xarici siyasətində kimsəyə güzəştə getmək niyyətində deyil, əksinə, Azərbaycanın gələcəyə yönəlik maraqlarına doğru yalnız öz plan və proqramları üzrə hərəkət etməkdə qərarlıdır. Ermənistanın onilliklər boyu törətdiyi hərbi cinayətlərə, təxribatlara görə mütləq cavab verməli olacağı, beynəlxalq səviyyədə yalana bağlı erməni propoqandasının da iflasa uğradılacağı qətiyyən şübhə doğurmur.

Ermənistanın vaxt uzatmağa yönəlik istənilən pozucu addımı öz əleyhinə işləyir. Sadəcə Paris deyil, ABŞ-ın da Ermənistanın təhlükəsizliyinin təminatçısı rolunu öz üzərinə götürə bilmədiyini bildirməsi ondan xəbər verir ki, Ermənistan hansısa fövqəl qüvvənin onları xilas etməyəcəyini anlamalıdır.

Erməni revanşizmi isə regiondakı enerji təhlükəsizliyindən tutmuş, digər böyük iqtisadi layihələr üçün təhdid siqnalı kimi interpretasiya edilə bilər ki bu da bölgədə eskalasiya riskini artıran əsas faktordur. Lakin Azərbaycan ermənilərin istənilən revanş niyyətini elə beşiyindəcə boğmaq üçün həm siyasi, həm iqtisadi, həm hərbi, həm də mövqe olaraq strateji üstünlüklərə sahibdir. 

Təhməz Əsədov Son.az

Zamiq ƏSƏBİLƏŞDİ: “Ay ruhi xəstə, bu da bir canlıdır!” like
  • 10 Yan 12:52  
Şou-biznes Zamiq ƏSƏBİLƏŞDİ: “Ay ruhi xəstə, bu da bir canlıdır!”

"Nə qədər ki, dünyamızda yaşayan belə ruhi xəstə, cahil insanlar o

arrow Ətraflı
Ermənistan KTMTdən çıxır? like
  • 10 Yan 12:45  
Siyasət Ermənistan KTMTdən çıxır?

Ermənistanın KTMT-dən çıxması üçün prosesə start verilib.

arrow Ətraflı
"Oğlumla yeni danışmışam, bilmirəm, işdən çıxarılıb?" like
  • 10 Yan 12:43  
Siyasət "Oğlumla yeni danışmışam, bilmirəm, işdən çıxarılıb?"

Ötən həftə AMEA-nın sabiq rəhbəri, akdemik Ramiz Mehdiyevin Fövqəladə

arrow Ətraflı
Səfərbərlikdən qaçan rusiyalılar aylardır like
  • 10 Yan 12:41  
Digərləri Səfərbərlikdən qaçan rusiyalılar aylardır

Səfərbərlikdən qaçan beş rusiyalı bir neçə aydır ki, Seul hava limanı

arrow Ətraflı
"Ultimatum? Nə ultimatum?!"  Paşinyan like
  • 10 Yan 12:36  
Siyasət "Ultimatum? Nə ultimatum?!" Paşinyan

"Mən artıq bu məsələyə toxunmuşam və bir daha vurğulayıram ki, La

arrow Ətraflı
Rusiyanın bu ərazisində temperatur 61 dərəcəyə endi like
  • 10 Yan 12:19  
Dünya Rusiyanın bu ərazisində temperatur 61 dərəcəyə endi

Rusiyada yerləşən Saxa Respublikasının (Yakutiya) ərazisində havanın tem

arrow Ətraflı
Müğənni uşaqlıq like
  • 10 Yan 12:08  
Şou-biznes Müğənni uşaqlıq

Müğənni Rüfət Axundov sosial şəbəkədə sosial şəbəkədə arxiv foto

arrow Ətraflı
Ukrayna bu ərazidə uğur qazandı, like
  • 10 Yan 11:57  
Dünya Ukrayna bu ərazidə uğur qazandı,

Ukrayna hərbçiləri ruslara qarşı hücumlarını davam etdirir və Luqansk v

arrow Ətraflı
Azərbaycanda bu şəxslərin maaşları ARTACAQ like
  • 10 Yan 11:49  
Siyasət Azərbaycanda bu şəxslərin maaşları ARTACAQ

"Prezident İlham Əliyevin imzaladığı sərəncam ilə minimum əmək ha

arrow Ətraflı
Məşhur aktyor "Alparslan Büyük Selçuklu"da like
  • 10 Yan 11:46  
Şou-biznes Məşhur aktyor "Alparslan Büyük Selçuklu"da

"TRT1" kanalında yayımlanan "Alparslan Büyük Selçuklu"

arrow Ətraflı
Şok: Qabrielyants bir çamadan pulla Xankəndidən qaçdı like
  • 10 Yan 11:37  
Siyasət Şok: Qabrielyants bir çamadan pulla Xankəndidən qaçdı

Rusiyadan qaçaraq, Azərbaycanın Qarabağ bölgəsinin rus sülhməramlıları

arrow Ətraflı
Kürdəmirdə 2 il əvvəl törədilən oğurluğun üstü açılıb like
  • 10 Yan 11:24  
Kriminal Kürdəmirdə 2 il əvvəl törədilən oğurluğun üstü açılıb

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları keçirilən əməliyyat-axta

arrow Ətraflı
Rəfsəncaninin qızına hökm oxundu like
  • 10 Yan 11:21  
Dünya Rəfsəncaninin qızına hökm oxundu

İranın keçmiş prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin qızı, İran

arrow Ətraflı
DYP piyadalara su sıçradan sürücülərə like
  • 10 Yan 11:19  
Digərləri DYP piyadalara su sıçradan sürücülərə

Baş DYP İdarəsi piyadalara su sıçradan sürücülərə xəbərdarlıq edib.

arrow Ətraflı