Ceyhun Bayramov Buyar Osmani ilə telefonla danışıb
Siyasət 10 Yan 2023 20:41:00 330 0
10 yanvar 2023-cü il Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani arasında telefon danışığı baş tutub.
Bu xəbəri də oxu: COP29da Azərbaycana minnətdarlıq ifadə olunan qətnamə qəbul edilib
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, telefon danışığı zamanı Şimali Makedoniyanın 2023-cü ildə ATƏT-də sədrliyi Azərbaycan-ATƏT münasibətləri, Azərbaycan və Şimali Makedoniya arasında ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən bölgədə mövcud vəziyyət müzakirə olunub.
Nazir Ceyhun Bayramov bölgədəki cari vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşma prosesi istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, Ermənistanın sülh müqaviləsi üzrə danışıqlar prosesinə yaratdığı maneələr barədə qarşı tərəfi məlumatlandırıb.
Nazir, Ermənistanın Üçtərəfli Bəyanat çərçivəsində öhdəliklərini kobud şəkildə pozaraq yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolundan Azərbaycanın qeyri-qanuni istismar olunmuş mineral resurslarının Ermənistana daşınması, o cümlədən Ermənistandan Azərbaycana 2021-ci il istehsalı minaların gətirilməsi ilə mina təhdidini davam etdirməsi, Azərbaycan ərazisindən hələ də çıxarılmamış erməni silahlı qüvvələrinin təminatı, üçüncü ölkə vətəndaşlarının qanunsuz keçidi məqsədilə sui-istifadə olunduğunu, bütün bu faktların Azərbaycan tərəfinin haqlı etirazına səbəb olduğunu bildirib.
Etirazlara gətirən səbəblər, eləcə də Azərbaycan tərəfinin monitorinq aparmaq məqsədilə danışıqlar cəhdi barədə məlumat verilərək, ölkəmizin vətəndaş cəmiyyəti nümayəndələrinin Laçın yolunda etiraz aksiyasının Azərbaycan ərazilərində 30 ilə yaxın işğal dövründə aparılmış və son dövrlərdə daha intensivləşmiş təbii sərvətlərin talanmasının qarşısının alınmasına yönəldiyi diqqətə çatdırılıb.
Laçın yolundan vətəndaşların, Beynəlxalq Qızıl Xaç Komitəsinin, təcili tibbi yardım maşınlarının, sülhməramlı kontingentin avtomobillərinin və digər nəqliyyat vasitələrinin maneəsiz keçidini nümayiş etdirən video görüntülərin guya Azərbaycanın erməni sakinlərini "blokadaya" aldığı, bölgədə "gərgin humanitar vəziyyət" yaşanması barədə iddiaların əsassızlığını sübut etdiyi vurğulanıb.
Nazir Buyar Osmani, ATƏT çərçivəsində işlər və planlar barədə sədrliyin fikirləri ilə bölüşüb, bununla yanaşı, bölgədə sülh və təhlükəsizliyin bərqərar olunması istiqamətində addımlar atılmasının və dialoqun vacib olduğunu diqqətə çatdırıb.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
"Heç kim gəlmir deyə verilişə o müğənnini çağırırlar. Həftəni
Azərbaycanda yerli hərbi sənayenin yeni dövrü başlayır. Eyni zamanda, bu,
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün yerli telekanallara m�
Biz Ermənistanla məsələni həll etmişik. Əminəm ki, üçüncü müharibə
Bizim komando qüvvələrimiz artıq tam formalaşıb, çox böyük qüvvəyə �
"Gəl, danış" adlı proqramda maraqlı hadisə yaşanıb.
Bizim Ordumuz müharibə zamanı öz gücünü göstərdi, iradəsini göstərdi
Biz uzun müddət belə yaşaya bilərik, sülh müqaviləsi olmasa heç lazım
Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyi yanvarın 8-i saat 18 radəl�
Keçirdiyimiz iztirablara, ağrılara, bizə əziz olan hər şeyin dağıdılma
Müğənni Səmra Rəhimli dünyasını dəyişən Kənan adlı pərəstişkarı
Mənim fikrimcə, bu il çox məsələlərə aydınlıq gətirəcək. Yeri gəlm
Almaniyanın Deltmol şəhərində 36 yaşlı Azərbaycan vətəndaşının mə
Ərazi bütövlüyünə və suverenliyə, Alma-Ata Bəyannaməsinə istinad edil