Xəbərlərin siyahısı
2022-12-29 15:38:00
Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bugünkü açıqlamasında Ermənistanın ümidlərini "dəfn edərək", bölgədəki vəziyyətə beynəlxalq qüvvələrin mümkün müdaxiləsi üçün təkcə Ermənistanın deyil, Azərbaycanın da razılığının zəruri olduğunu bildirib.
2022-12-29 15:27:00
Bəzi sığorta şirkətləri mühərrik həcmi kiçik olan avtomobilləri icbari sığorta etmirlər. Həmin nəqliyyat vasitələrinin daha çox taksidə istifadə edildiyini ehtimal edən şirkətlər bunun riskli olduğunu əsas gətirərərək icbari sığorta etməkdən imtina edirlər.
2022-12-29 15:18:00
Müğənni Xatirə İslam son günlər xeyli çəki atması ilə diqqət çəkib.
2022-12-29 15:09:00
Yardımlıda torpaq uçqunu olub, 1 nəfər ölüb.
2022-12-29 15:01:00
Dekabrın 28-də Beynəlxalq Muğam Mərkəzində Milli Konservatoriyanın professoru, Sənətşünaslıq üzrə elmlər doktoru Abbasqulu Nəcəfzadənin 65 illik yubileyi qeyd edildi. Gecədə tanınmış incəsənət xadimləri və yubilyarın sənət dostları iştirak edirdi.
2022-12-29 15:00:00
"Qərbi Azərbaycan İcması 1989-cu ildən fəaliyyət göstərən "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin hüquqi varisidir. Bu il avqustun 3-də İctimai Birliyin adı dəyişdirilərək "Qərbi Azərbaycan İcması"na çevrilib, İcmanın yeni Nizamnaməsi təsdiq olunub. Dekabrın 24-də Qərbi Azərbaycan İcmasının bir qrup üzvü ilə görüşənÖlkə Prezidenti cənab İlham Əliyev öz çıxışında qeyd etdi ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana böyük coşqu və həvəslə qayıdacaqlar və orada yaşayacaqlar. Möhtərəm dövlət başçımızın dediyi hər kəlmənin vaxtı çatınca reallığa çevrilməsi artıq heç kimdə şübhə doğurmayan bir həqiqətdir. Buna görə də Azərbaycan Prezidentinin Qərbi Azərbaycandan olan soydaşlarımızın yaxın gələcəkdə öz doğma torpaqlarına qayıdacaqları barədə dediklərini artıq bir müjdə kimi dəyərləndirmək lazımdır".
2022-12-29 14:50:00
Ermənistanda yenidən H1N1 ("donuz qripi") qrip virusu yayılıb.
2022-12-29 14:44:00
Erməni mediası, telegram kanallarının Qarabağda yerləşdirilən Rusiya sülhməramlılarına qarşı hücumları səngimir. Ən adi jurnalistlərdən tutmuş yüksək səviyyədə təsmil olunanlar tərəfindən Rusiya ittiham olunur, hədələnir.
2022-12-29 14:40:00
Dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şabran rayonunda "Şabran" İstirahət Kompleksinin açılışında iştirak ediblər.
2022-12-29 14:28:00
Bu reportajda təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən birinin övladının üzləşdiyi çətinlikdən bəhs olunur.
2022-12-29 14:27:00
Respublika Perinatal Mərkəzinə yeni direktor təyin olunub.
2022-12-29 14:17:00
Müğənni Nüşabə Musayeva aparıcı Tarix Əliyevə(Tolik) müsahibəsində şok iddialar irəli sürüb.
2022-12-29 14:10:00
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılması, həmçinin döyüş hazırlığının yüksəldilməsi ilə bağlı həyata keçirilən tədbirlər davam edir.
2022-12-29 13:55:00
Ötən ay Sefo ilə restoranda görünən aktrisa Rabia Soytürk sevgili olduqları ilə bağlı deyilənləri təkzib edib.
2022-12-29 13:51:00
Tanınmış jurnalist Əvəz Zeynallının həbs müddəti daha 3 ay uzadılıb.
2022-12-29 13:44:00
Kiyevlə danışıqlar ABŞ-la danışıqlardır və bu, Ukrayna rəhbərliyinin istəyi ilə bərpa edilməyəcək.
2022-12-29 13:40:00
"Lider bəlli, hədəf bəlli, millət bəlli"
2022-12-29 13:37:00
Rusiya vasitəçilik missiyasında Azərbaycan və Ermənistanla müttəfiqlik münasibətlərini nəzərə alır.
2022-12-29 13:33:00
Azərbaycanda iki polis şöbəsinin statusu dəyişdirilib.
2022-12-29 13:20:00
"Nargis" Fondu Yeni il bayramı ərəfəsində respublikamızın aparıcı banklarından biri olan və daim xeyriyyəçiliyə töhfəsini verən "Bank Respublika"nın dəstəyi ilə növbəti xeyriyyə aksiyası həyata keçirib. Belə ki, aksiya çərçivəsində Fond tərəfindən qeydiyyata alınmış Bakı və ətraf qəsəbələrdə yaşayan aztəminatlı ailələr bir aylıq ərzaq məhsulları ilə təmin edilib.
2022-12-29 13:14:00
Bakının tarixi hissəsində - İçərişəhərdə yerləşən "NUR Art House" qalereyasında "Qarabağ xalçaları: tarixdən gələcəyə ötürülən həqiqət" adlı sərginin açılışı olub, bu barədə Trend Life məlumat verib.
2022-12-29 13:11:00
Fransa 2023-cü ildə də Ukraynaya dəstəyini davam etdirəcək.
2022-12-29 13:00:00
Yaşayış var, amma bina sökülür. Bəli, Sumqayıt şəhəri, 20 Yanvar küçəsi 16-ci məhəllədəki binada yaşayan 5 ailə tikinti şirkəti ilə razılığa gələ bilmir.
2022-12-29 12:52:00
"Kreml divarları arasında qərar verənlər artıq əsəblərini itirirlər və qisas almağa əl atırlar. Amma artıq döyüş əməliyyatları apara bilməyəcəklər, çünki Rusiya özünü məhv etmək yoluna düşüb".
2022-12-29 12:49:00
Rusiya və Türkiyə qaz qovşağının yaradılması layihəsinin icrası üzərində işə başlayıb.
2022-12-29 12:45:00
Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus təminat və təchizat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
2022-12-29 12:38:00
Nə qədər maarifləndirmə işləri aparılsa da, qanun icazə verməsə də, təəssüf ki, yenə də erkən nikahlara rast gəlinir.
2022-12-29 12:31:00
Dekabrın 30-na gözlənilən hava şəraiti açıqlanıb.
2022-12-29 12:27:00
"Rusiya Silahlı Qüvvələri son sutka ərzində İran istehsalı olan 13 "Şahed-136" pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Xarkov şəhərinin enerji infrastrukturuna zərbə endirib. Həmin PUA-lardan 11-i məhv edilib".
2022-12-29 12:26:00
Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlılarını tənqid edib, hətta təhdid etməkdən də çəkinməyib.
2022-12-29 12:24:00
Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər rəhbər heyəti azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrdə olublar.
2022-12-29 12:16:00
Son.az lent.az-a istinadən Xalq artisti, 28 dekabrda 86 yaşını qeyd edən Zeynəb Xanlarova haqda maraqlı faktları təqdim edir.
2022-12-29 11:54:00
Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
2022-12-29 11:46:00
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun tərkibinə daxil olan Uşaq Nevroloji Xəstəxanası və Uşaq Bərpa Mərkəzi bundan sonra "Kliniki Tibbi Mərkəz" publik hüquqi şəxsin nəzdində fəaliyyət göstərəcək.
2022-12-29 11:43:00
Rusiya Ukraynanın paytaxtı Kiyevi və digər şəhərləri raket atəşinə tutub.
2022-12-29 11:32:00
Müğənni Alla Puqaçova və əri Maksim Qalkin tələbatın az olması səbəbi ilə Qryaz kəndindəki villanı satmaqdan vaz keçiblər.
2022-12-29 11:24:00
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının ərazisindən Qazaxıstan neftinin nəql edilməsi məsələlərinin işlənib hazırlanması ilə əlaqədar bəzi tədbirlər haqqında" 2005-ci il 14 sentyabr tarixli 1000 nömrəli sərəncamda dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.
2022-12-29 11:23:00
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2023-cü ildə Azərbaycan üçün əsas strateji prioritetlərini saxlamaq niyyətindədir.
2022-12-29 11:21:00
Həm Rusiyada, həm də xaricdə Rusiya ilə Azərbaycanın toqquşmasında maraqları olan qüvvələr var. Aydındır ki, kütləvi kampaniya gedir. Gələcək üçün, üçlü bəyanatın ideya və mənaları uğrunda mübarizə gedir. Hesab edirəm ki, Moskva bu halda öz milli maraqlarını və sağlam praqmatizmini rəhbər tutmalıdır.
2022-12-29 11:17:00
Azərbaycanın bir qrup QHT nümayəndəsi və ictimai fəalının Şuşa şəhərinin girişində - Laçın yolunda Rusiya sülhməramlılarının erməni təxribatlarına seyrçi qalmasına qarşı keçirilən aksiyaları 16 gündür ki, davam edir. Tələb və hədəf də bəllidir - ekoloji soyqırıma son qoyulsun və beynəlxalq qanunlara uyğun olaraq həmin ərazilərdə Azərbaycan qanunları işləsin. Lakin on səkkiz gündür ki, səslənən tələblər yerinə yetirilmir və bu səbəbdən də dinc aksiyalar davam edir. Maraqlıdır ki, tələblər sırasında sülhməramlıların rəhbəri ilə görüş olsa da, qarşı tərəf buna hər hansı bir reaksiya vermir. Halbuki ermənilər aksiya keçirən kimi dərhal sülhməramlıların rəhbəri general Volkov onlarla görüşə tələsir.
2022-12-29 11:10:00
"Eurovision" təmsilçilərimizdən olan Aysel Adıgözəlzadə paylaşımı ilə diqqət çəkib.
2022-12-29 10:59:00
Səbail Bələdiyyəsinin sabiq sədri barəsində cinayət işi başlanılıb.
2022-12-29 10:48:00
Bülənt Ərsoyun dekabrın 31-də Bakıda verəcəyi konsert təxirə düşüb.
2022-12-29 10:39:00
Türkiyənin hüquq-mühafizə orqanları saxta valyutanın hazırlanması və satışı ilə məşğul olan mütəşəkkil cinayətkar qruplaşmanın işi üzrə istintaqı yekunlaşdırıb.
2022-12-29 10:26:00
Sonuncu dəfə "İçimizdeki ateş" serialında rol alan türkiyəli aktrisa İpək Filiz Yazıcıyla musiqiçi həyat yoldaşı Ufuk Beydemirin toylarına xərclədiyi məbləğ bəlli olub.
2022-12-29 09:59:00
Bu gün Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksiyanın on səkkizinci günüdür. Şuşadan keçən Xankəndi-Laçın yolunda mülki avtomobillərin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
2022-12-29 09:53:00
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
2022-12-29 08:59:00
İnsan orqanizmində bəzi patoloji dəyişikliklərin baş verdiyi zaman və ya zaman öncəsi keçirdiyi narahatçılıqlardan biri halsızlıqdır. Halsızlıq adətən uzun müddət istirahətsiz çalışmaqdan, keyfiyyətsiz qidalanmadan, az qidalanmadan, orqanizmə daxil olan virus və bakteriyaların törətdiyi xəstəliklərdən baş verir. Bəzi həssas adamlarda isə fəsillərin dəyişdiyi zamanlarda da halsızlıq baş verir. Bəs belə zamanlarda nə etməli? Belə zamanlarda insan orqanizminin diqqət və qulluğa ehtiyacı olur. Çünki, halsızlığın səbəbi tapılıb aradan qaldırılmazsa orqanizm bu vəziyyətə öyrəşir, bu hal onun üçün adiləşir. İnsanın bu halı qəbul etməsi isə onun gündəlik iş həyatına mənfi təsir edir, iş qabiliyyətini azaldır. Halsız adamın gördüyü işin isə keyfiyyəti də aşağı olur. Halsızlıq insanlarda daima narahatçılıq, depressiv hallar, özünə qapanma kimi psixoloji vəziyyətlərə də səbəb ola bilir. Buna görə də özünündə halsızlıq hiss etdikdə mütləq səbəbini araşdırmaq lazımdır. Həkim əgər sizdə hansısa xəstəliyin olduğunu desə, həmin xəstəliyə qarşı tədbirlər görülən zaman halsızlıq əlaməti aradan götürüləcək. Mövsüm dəyişiklikliyi ilə əlaqədar baş verən halsızlığı vitamin və minerallarla aradan qaldırmaq mümkündür. Halsızlığı aradan götürmək üçün sağlam qida ilə qidalanmalı, istirahətə vaxt ayırmalı, psixoloji vəziyyətinizi isə nəzarət altında saxlamalısınız.