Bakıda hoteldə dəhşətli cinayət: Uşaqlara film izlədib, qadını...
Kriminal 03 Mar 2025 00:38:00 102 0
Bakıda qeyri-rəsmi münasibətdə olduğu xanımı hotelin pəncərəsindən ataraq öldürməyə cəhddə ittiham edilən şəxsin cinayət işinin təfərrüatı məlum olub. Qadın məhkəmədə pəncərədən atılmadığını, özünün yıxıldığını deyib.
Bu xəbəri də oxu: Bakıya qaçıb, gizli yaşadığı sevgilisini öldürmək istədi FOTO
Son.az Musavat.com-a istinadən xəbər verir ki, hadisə "AF Hotel"də baş verib.
İttihama görə, 1995-ci il təvəllüdlü Şükür Qənbərov 1997-ci il təvəllüdlü Sücayət İbrahimovanı hotelin üçüncü mərtəbəsindəki otağın pəncərəsindən aşağı atıb, onu öldürməyə cəhd edib.
Şükür Qənbərova qarşı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
İstintaqla müəyyən edilib ki, tərəflər bir müddət imiş tanış olublar və onlar arasında sevgi münasibəti yaranıb. Hadisə zamanı qadının yanında iki azyaşlı övladı da olub. Şükür Sücayətlə mübahisə edən zaman uşaqları otaqdan çıxarıb. Uşaqları hamam otağına apararaq onlara öz telefonundan cizgi filmi izləmələrinə şərait yaradıb. Bundan sonra Sücayətlə münasibətlərinə aydınlıq gətirmək istəyib.
İttihamda yazılıb ki, mübahisə zamanı Şükür Sücayəti pəncərədən aşağı atıb. Sücayət pəncərədən aşağıdakı tikilinin damının üstünə düşüb. Bu zaman kəllə-beyin travması alıb, burnu və qabırğaları sınıb. Xəstəxanaya çatdırılan Sücayətin həyatını xilas etmək mümkün olub.
Sücayət məhkəmədə dindirilən zaman deyib ki, Şükür onu pəncərədən atmayıb. Onun sözlərinə görə, Şükürlə aralarında mübahisə yaranıb:
"Şükür məndən ayrılacağını dedi. Mən də onu qorxutmaq üçün pəncərəyə çıxdım. Sonra ayağım sürüşdüyü üçün yıxıldım".
Şükür də eyni məzmunlu ifadə verərək deyib ki, Sücayətdən ayırılmaq istəyib. Sücayət də onu qısqandığı üçün bu addımı atıb.
Məhkəmə tərəflərin ifadələrini səmimi qəbul etməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsi Şükürü 8 il müddətinə azadlıqdan məhrum edib. Onun apellyasiya və kassasiya şikayətləri təmin edilməyib, cəzası olduğu kimi saxlanılıb. Son.az
Qusarın Laza kəndində sakinlər istiliklərini qaz sobası ilə təmin etdikl

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

Ramazan ayında iftar və imsakda edilən bəzi yanlış qidalanma vərdişləri

Lerikdə 35 yaşlı Azərbaycan dili və ədəbiyyat müəllimi Rusif Həsrətov

Sabirabad rayonunda avtomobilin kanala aşması nəticəsində beş nəfər yara

Volodimir Zelenski Ukraynada atəşkəslə razılaşmayıb.

Bu gün İçərişəhər ərazisində yerləşən bir neçə restoran şəbəkə

Azərbaycanda bəzi ödənişlər üztanıma ilə həyata keçiriləcək.

Ukrayna münaqişəsinin həlli ilə bağlı Londonda keçirilən sammitdə işt

"Keçmişdə bir xanım nikahdankənar münasibətini gizlədərdi. Kimsə

Şalgam suyu, xüsusilə Türkiyədə məşhur olan və əsasən qara turp, kök

Britaniyada səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski Kral Çarlsla

Bitkoinin qiyməti ticarət zamanı 10%-dən çox artaraq 93 min dolları ötüb

Zaman-zaman İslam dünyasında, o cümlədən Azərbaycanda ən çox müzakirə

PKK terror təşkilatının daha bir qolu olan HPG İmralı həbsxanasındakı
