Dövlət Simfonik Orkestrinin növbəti konsert proqramı təqdim olundu – FOTO
Kriminal 09 Mar 2026 18:23:00 168 0
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası səhnəsində dirijor Fuad İbrahimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin növbəti konsert proqramı təqdim olundu.
Gecənin proqramı müxtəlif dövrlərə və üslublara aid əsərlərlə zəngin idi. İlk olaraq gənc bəstəkar Aria Torkanbouri-nin "Aşıqsayağı" əsəri səsləndirildi. Əsər Bakıda ilk dəfə ifa olunaraq dinləyicilərin böyük marağına səbəb oldu.
Daha sonra fransız bəstəkarı Lili Boulanger-in "Qəmli bir axşam" əsəri təqdim olundu. Zərif və emosional musiqi dili ilə seçilən bu əsər orkestrin ifasında xüsusi təsir bağışladı.
Konsert proqramı görkəmli macar bəstəkarı Béla Bartók-un "Möcüzəli mandarin" baleti əsasında yazılmış süita ilə davam etdi. Dinamik və dramatik musiqi dili ilə seçilən bu əsər gecənin parlaq yekunu oldu.
Dinləyicilər konsert proqramını böyük maraq və alqışlarla qarşıladılar. Bununla da axşam yüksək musiqi ovqatı ilə başa çatdı. İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az
Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan xarici işlər naziri
Portuqaliyanın xarici işlər naziri Paulo Rangel Azərbaycan Respublikasının
Prezident İlham Əliyev İranın Ali Rəhbəri Ayətullah Seyid Müctəba Hüse
Azərbaycan Müdafiə Nazirliyi Türkiyə Respublikasının ərazisinə qarşı
Türkiyəli məşqçi Engin Fırat 55 yaşında vəfat edib.
"İrandan buraxılaraq Türkiyənin hava məkanına daxil olan bir ballisti
Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadeful A
Dövlət İmtahan Mərkəzi (DİM) martın 9-da tam (11 illik) orta təhsil s
İranın paytaxtı Tehranda qeyri-adi və təhlükəli hava hadisəsi baş verib
Naxçıvan Beynəlxalq Hava Limanının fəaliyyəti bərpa edilib.
İranın ən diqqət çəkən raketlərindən biri – “Hürrəmşehr”
İranda fevralın 28-dən ABŞ və İsrailin zərbələri nəticəsində 1255 n�
Müğənni Xatirə İslamin efirdə səsləndirdiyi sözlər sosial şəbəkəl�
