Londonda Ukrayna üzrə Avropa sammiti başladı
Dünya 02 Mar 2025 19:20:00 127 0
Böyük Britaniyanın paytaxtı Londonda, şəhərin mərkəzində yerləşən Lankaster-haus iqamətgahında bazar günü günorta saatlarında Ukrayna üzrə Avropa sammiti başlayıb.
Bu xəbəri də oxu: “Tələsmirik...”
Son.az report-a istinadən xəbər verir ki, Birləşmiş Krallığın Baş naziri Kir Starmerin təşkil etdiyi toplantıda 18 ölkə və birliklərin nümayəndələri iştirak edir.
Sammitə Almaniya, Danimarka, İspaniya, İtaliya, Kanada, Niderland, Norveç, Polşa, Rumıniya, Finlandiya, Fransa, Çexiya, İsveç liderləri, habelə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen, Avropa Şurasının sədri Antoniu Koşta, NATO-nun Baş katibi Mark Rütte və Ukrayna Prezidenti Volodimir Zelenski qatılıb. Türkiyəni görüşdə xarici işlər naziri Hakan Fidan təmsil edir. Tədbir iştirakçıları arasında Ukraynanın Londondakı səfiri Valeri Zalujnı da görünüb.
Tədbir ərəfəsində bildirilirdi ki, müzakirələrin əsas mövzusu Ukraynanın mövqeyinin gücləndirilməsi, o cümlədən Kiyevə hərbi təchizat və Rusiyaya iqtisadi təzyiqlərin artırılması olacaq.
Xatırladaq ki, sammitdən bir gün öncə Starmer iqamətgahında Zelenskini qəbul etmişdi. Martın 2-də, bazar günü, səhər isə Böyük Britaniyanın hökumət başçısı italiyalı həmkarı Corca Meloni ilə ikitərəfli danışıqlar aparmışdı. Son.az
Rəqqasə Renka (Rəna Ağamuradova) paylaşımı ilə diqqət çəkib.

Tez hazırlanan sıyıqlar diabet və aterosklerozun yaranmasına səbəb ola bi

Trampın Zelenskiyə hücumları və onun Üçüncü Dünya müharibəsi ilə qu

Ankarada xoruz kəsərkən ayağından yaralanan Nurettin Ərdəm qan itkisində

Müdafiə Nazirliyinin zabiti, mayor Bəhruz İsmayılovun oğlu uzunsürən xə

"Mən narkotik alverçiləri üçün ölüm cəzası tətbiq etməyə hazı

Türkiyəli aparıcı və aktrisa "Ciciş kardeşler" ləqəbi ilə ta

Bir müddət əvvəl "TələbəPlus" kartı müəyyən güzəşt və i

Aktyor Ülvi Həsənli Azərbaycanda aktyorların acınacaqlı vəziyyətindən

Artur Rasizadə 26 fevral doğum günündə Xocalı faciəsinə görə heç kim�

Almaniyanın Tyubinqen Universitet Klinikasının alimləri müəyyən ediblər

Moskva vilayətində akita-inu cinsindən olan it qadının üzərinə atılaraq

"Ukrayna Prezidenti Volodimir Zelenskinin Ağ Evdə ABŞ Prezidenti Donald

Əməkdar artist Mətanət İsgəndərli açıqlaması ilə diqqət çəkib.
