"Şirniyyat sevgisi" bu xəstəliyin əlamətidir
Digərləri 02 Mar 2025 18:04:00 95 0
Almaniyanın Tyubinqen Universitet Klinikasının alimləri müəyyən ediblər ki, depressiyadan əziyyət çəkən insanlar karbohidratla zəngin qidalara üstünlük verirlər. Üstəlik, depressiyanın simptomları dərinləşdikcə şirniyyata meyillilik daha da artır.
Bu xəbəri də oxu: Xəstəxanalardakı uzun növbələrə çarə
Son.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı araşdırmanın nəticələri "Psychological Medicine" (PsyMed) jurnalında dərc olunub.
Araşdırmada 117 könüllü iştirak edib ki, onlardan 54-nə depressiya diaqnozu qoyulub.
Məlum olub ki, depressiyadan əziyyət çəkən insanlarda tez-tez iştahanın azalması müşahidə olunsa da, onlar karbohidratla zəngin qidalara - çörək, şirin içkilər, südlü şokoladlara üstünlük verirlər. Eyni zamanda, zülal və yağlarla zəngin qidalar belə xəstələrə daha az cəlbedici görünür. Bununla belə, depressiya zamanı qida seçimlərindəki dəyişikliklər iştahanın ümumi şəkildə artması ilə əlaqəli olmayıb.
İndi tədqiqatçılar xəstənin rasionunun optimallaşdırılması hesabına depressiya əlamətlərinin uzunmüddətli zəiflədilməsinin mümkün olub-olmadığını müəyyən etmək niyyətindədirlər. İlkin tədqiqatlar artıq göstərib ki, ac qalmaq və ya probiotik pəhriz antidepressiv təsir göstərə bilər.
Moskva vilayətində akita-inu cinsindən olan it qadının üzərinə atılaraq

"Ukrayna Prezidenti Volodimir Zelenskinin Ağ Evdə ABŞ Prezidenti Donald

Əməkdar artist Mətanət İsgəndərli açıqlaması ilə diqqət çəkib.

"Prezident İlham Əliyevin 23 dekabr 2024 cü il tarixində imzaladı

İtaliyanın Baş naziri Ciorcia Meloni ilə ABŞ Prezidenti Donald Tramp arası

Bu gün İran parlamentində (İslam Şurası Məclisi) iqtisadiyyat və maliyy�

"Diplomatiyada təsadüf hesab olunmayan incəliklər var".

Ötən ildə yevlaxlı ər axtarıb, yerazlara mahnı oxuyan müğənni və apar

Əl və ayaqların daim soyuq olması bəzi hallarda ciddi sağlamlıq probleml�

Bakıda ictimai yerdə xuliqanlıq hərəkətləri etmiş şəxs məsuliyyətə

İsrail Qəzzaya pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirib, ölənlə

Astroloqlar iddia edirlər ki, bəzi bürc işarələri həm zahirən, həm də
