Xəbərlərin siyahısı

Qlobal bazarlarda "Müharibə həyəcanı": Neft bahalaşır, aksiyalar ucuzlaşır

2026-03-03 00:57:00

Hörmüz boğazındakı gərginlik və ABŞ-İsrail koalisiyasının İrana zərbələri qlobal tədarük zəncirini pozmaqla yanaşı, inflyasiya qorxularını da yenidən alovlandırıb.

Küveytdə vurulan təyyarə, sağ çıxan qadın pilota təşəkkür mesajı

2026-03-03 00:22:00

Küveytdə baş verən hərbi qəza zamanı ABŞ-yə məxsus 3 döyüş təyyarəsi yerli hava hücumundan müdafiə sistemləri tərəfindən səhvən vurulub. Hadisə nəticəsində paraşütlə yerə enən pilotlardan birinin yanına qaçan Küveyt vətəndaşının ona təşəkkür etdiyi anlar kameraya əks olunub.

"Köhnə kişilərdənəm, o qadına qul kimi baxıram"

2026-03-03 00:17:00

"Sevdiyim qız yoxdur. 99 faiz bir-birinə oxşayır. Sədaqətli insan azdır".

Ruslan Ataşlıya vəzifə verildi

2026-03-03 00:05:00

Masallı Peşə Məktəbinə yeni direktor təyin edilib.

Bu gün Od çərşənbəsidir

2026-03-03 00:02:00

Bu gün Azərbaycanda ikinci çərşənbə - Od çərşənbəsi qeyd olunur.

Günün qoroskopu: Pul qazanmaq üçün addımlar ata bilərsiniz

2026-03-03 00:01:00

Son.az bu günün qoroskopunu təqdim edir.

"Görünməz nömrə" həvəsi baha başa gələ bilər: Sürücülər ehtiyatlı olsun

2026-03-02 23:40:00

Sosial şəbəkələrdə avtomobillərin dövlət qeydiyyat nişanını gizlətmək üçün xüsusi vasitələr satılır.

Ballistik raketlər işə düşdü: Tehran əməliyyatın yeni mərhələsini elan etdi

2026-03-02 23:14:00

İran ABŞ və İsrail obyektlərinə qarşı "Həqiqi vəd - 4" əməliyyatının 12-ci mərhələsinə başladığını açıqlayıb.

Xərçəngdən əziyyət çəkən Əməkdar artistin səhhəti pisləşdi

2026-03-02 23:00:00

Əməkdar artist Hicran Nəsirovanın səhhətində problem yaranıb. 

Panamanın xarici işlər naziri Azərbaycan səfirini qəbul edib

2026-03-02 22:58:00

27 fevral tarixində Panama Respublikasının xarici işlər naziri Xavyer Eduardo Martinez-Aça Vazkes Azərbaycanın bu ölkədə akkreditə olunmuş səfiri Seymur Fətəliyevi qəbul edib.

Peyk görüntüləri: Dubay səmasında qara tüstü

2026-03-02 22:51:00

İranın hücumları nəticəsində Dubayın əsas logistika mərkəzləri, o cümlədən Cəbəl Əli Limanı hədəf alınıb. Peyk görüntüləri şəhərin "təhlükəsiz liman" imicinin ciddi sarsıldığını göstərir.

Aparıcının sualından sonra ürəyində problem yarandı

2026-03-02 22:40:00

Müğənni Sevda Kazımovanın səhhətində problem yaranıb.

Lənkəran Dövlət Dram Teatrında “Gəlinlik paltarı” tamaşası təqdim olunub FOTO

2026-03-02 22:26:00

Lənkəran Dövlət Dram Teatrında yazıçı-dramaturq Hüseynbala Mirələmovun "Gəlinlik paltarı" tamaşası təqdim olunub. Tamaşa sevgi, ailə dəyərləri və qadın taleyi haqqında düşüncələr aşılayır. "Gəlinlik paltarı" sadəcə bir toy libası deyil... Bu paltar arzuların, saf hisslərin, qurulan xəyalların rəmzidir. Lakin həyat hər zaman xəyal etdiyimiz kimi olmur. Cəmiyyətin sərt qaydaları və taleyin gözlənilməz dönümləri qəhrəmanları çətin seçim qarşısında qoyur. Tamaşa boyunca insanın xoşbəxtlik uğrunda mübarizəsi emosional səhnələrlə tamaşaçıya təqdim olunur. Bəzən geyinilməyən bir gəlinlik belə bütöv bir taleyin hekayəsini danışa bilər... Tamaşanın sonunda Teatrın direktoru Laləzar Hüseynova qonaqları səhnəyə dəvət edib.  Natiqlər ayrı-ayrılıqda Hüseynbala Mirələmovun yaradıcılığına münasibət bildirərək, onun toxunduğu mövzuların cəmiyyətimiz üçün çox aktual olduğunu qeyd ediblər. "Gəlinlik paltarı" tamaşasında quruluşçu rejissor Laləzar Hüseynovanın uğurlu rejissor işindən, cəmiyyətimiz üçün lazım olan problemlərin səhnədə bədii həllinin düzgün tapılmasından, peşəkar aktyor oyunundan danışaraq tamaşanın estetik zövqləri oxşayan möhtəşəm bir tamaşa olduğunu vurğulayıblar.

Qohumları gəlmədi, dostu sahib çıxdı: Elşən Binəqədinin son vəsiyyəti...

2026-03-02 22:18:00

Baku TV-nin "Arzunun vaxtı" verilişinin budəfəki buraxılışı dünyasını dəyişən meyxanaçı Elşən Binəqədiyə həsr olunub.

Xamenei səhər yeməyində onlarla görüşüb Tramp

2026-03-02 22:10:00

ABŞ Prezidenti Donald Tramp ABŞ-ın İrana qarşı əməliyyatının ilk günündə (28 fevral) İranın ən yüksək vəzifəli 49 liderinin öldürüldüyünü açıqlayıb.

Rəqəmsallaşma dövründə uşaq tərbiyəsi çağırışlar və həll yolları

2026-03-02 21:39:00

Prezident İlham Əliyevin imzaladığı "Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında" Sərəncama əsasən, Azərbaycanda uşaqların sosial şəbəkələrdə qeydiyyat zamanı yaş məhdudiyyəti tətbiq ediləcək. Həmçinin sərəncamda qeyd edilir ki, Azərbaycanda ümumi təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəyə dair qaydalar müəyyən ediləcək.

Təkcə İran darmadağın edilməyəcək, həmçinin... Zamir

2026-03-02 21:27:00

Güclü zərbələrlə yalnız İran deyil, həm də Hizbullah darmadağın ediləcək.

Xameneinin olduğu yerin koordinatlarını kim verib?

2026-03-02 21:23:00

İsrail və ABŞ İranın ali lideri Əli Xameneinin olduğu yerin koordinatlarını onun ətrafındakı "satqınlar" vasitəsilə əldə edib.

Sevda Rəhimovanın “ Ömür yollarının sədası” adlı müəllif konserti təqdim olunub FOTO

2026-03-02 21:13:00

Beynəlxalq Muğam Mərkəzində bəstəkar Sevda Rəhimovanın " Ömür yollarının sədası" adlı müəllif konserti təqdim olunub. Proqramda bəstəkarın yaradıcılığını əhatə edən müxtəlif janrlarda əsərlər yer alıb. Konsert proqramında Əməkdar artistlər İlham Nəzərov, Fəridə Məmmədova, ifaçılar Ərtoğrul Balayev, Rauf Məmmədzadə, Rəğyar Səfərov və Səxavət Məmmədov çıxış ediblər. İfaçıları Xəzər Universitetinin Kamera Orkestri müşayiət edib. Orkestrin bədii rəhbəri Əməkdar müəllim Zülfiyyə Sadıxova, dirijor Hüseyn Kərimovdur. İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az

Ərdoğandan Dünyaya İran Mesajı: "Lazımi müdaxilə edilməsə..."

2026-03-02 21:02:00

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlarla bağlı çox ciddi xəbərdarlıq edib. O, "Əgər lazımi müdaxilə edilməsə, bunun ağır nəticələri olacaq, yanğın böyümədən söndürülməlidir" deyə bildirib.

İsfahandakı nüvə obyektinə zərbələr endirildi

2026-03-02 20:47:00

ABŞ ordusu İsfahanda yerləşən nüvə obyekti və yaxınlıqdakı aviabazaya raket zərbələri endirib.

Ramazan ayının on üçüncü gününün duası İmsak və iftar vaxtı

2026-03-02 20:34:00

Sabah Ramazan ayının on üçüncü günüdür.

Pakistandakı azərbaycanlılar çıxılmaz vəziyyətdə – Acsusuz qalıblar

2026-03-02 20:04:00

Dubaya səfər etmək istəyən azərbaycanlılar mövcud gərginlik səbəbindən Pakistanda qalıblar.

Türkiyədə zəlzələ oldu

2026-03-02 19:50:00

Türkiyədə zəlzələ olub.

Fransa səfiri vətəndaşların təxliyəsində göstərdiyi köməyə görə Azərbaycana təşəkkür edib

2026-03-02 19:48:00

Fransanın Azərbaycandakı səfiri Sofi Laqut Fransa vətəndaşlarının İrandan təxliyəsində göstərdiyi təcili və effektiv köməyə görə Azərbaycana minnətdarlığını bildirib.

Martın 3ü ilə bağlı rəsmi məlumat

2026-03-02 19:46:00

Martın 3-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

Putindən İran müharibəsi ilə bağlı son dəqiqə açıqlaması: "Hazırıq"

2026-03-02 19:37:00

Rusiya Yaxın Şərqdə ümumi vəziyyətin sabitləşdirilməsi məqsədilə mümkün dəstəyi göstərməyə hazırdır.

Pensiyaçılara ŞAD XƏBƏR: Sovet dövründə iş stajınız varsa...

2026-03-02 19:30:00

Azərbaycanda pensiya təminatı ilə bağlı müzakirələr fonunda Sovet dövründə çalışmış vətəndaşların iş stajının pensiya hesablanmasına təsiri yenidən aktuallaşıb. Xüsusilə, yaşlı nəslin bir hissəsi hesab edir ki, SSRİ illərində uzun müddət işləmələrinə baxmayaraq, aldıqları pensiya həmin əmək fəaliyyətini tam əks etdirmir. Bu səbəbdən sovet dövrü stajının yenidən qiymətləndirilməsi və pensiyaların artırılması məsələsi ictimai müzakirələrdə tez-tez səsləndirilir.

Qadağan edilmiş bu məhsulların ölkəyə gətirilməsi kəskin artıb

2026-03-02 19:12:00

Ötən il ərzində poçt daşımaları vasitəsilə tərkibində dövriyyəsi məhdudlaşdırılmış və ya qadağan edilmiş maddələr olan məhsulların ölkəyə gətirilməsi hallarında ciddi artım müşahidə olunur.

Dubaydan qayıda bilmir: "Hoteldə qiymət 2 qat qalxıb"

2026-03-02 19:06:00

Birləşmiş Ərəb Əmirliklərində qalıb Bakıya qayıda bilməyənlər arasında aktyor Elcan Rəsulov da yer alıb. 

"Sən məni hələ çox danlamalısan"

2026-03-02 18:47:00

Aparıcı Leyla Quliyeva anası Raziyə Sultanova ilə bağlı paylaşım edib.

İrandan indiyədək 370 nəfər təxliyə edilib

2026-03-02 18:37:00

İrandan Azərbaycan sərhədi ilə Azərbaycan və xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir.

Qanunsuz ov edənlər altı min manat cərimələnib

2026-03-02 17:50:00

İmişli və İsmayıllı rayonlarının inzibati ərazisində ov qaydalarını pozan şəxslər saxlanılıb.

Xameneinin həyat yoldaşı da ÖLDÜ

2026-03-02 17:44:00

İranın Ali Lideri Ayətullah Seyid Əli Xameneinin həyat yoldaşı Mənsurə Xocəstə Baqirzadə bu gün ölüb.

"Yazırlar ki, kasıbın ancaq uşağı ÇOX OLUR"

2026-03-02 17:35:00

“Allah bizi 6 övladla mükafatlandırıb”

Siyəzən Broyler ASC məşhur Amerika brendinin Azərbaycan üzrə filiallarının eksklüziv təchizatçısı oldu

2026-03-02 17:33:00

Azərbaycanda qida sənayesi üçün əlamətdar hadisə kimi qiymətləndirilən "Popeyes" brendinin fəaliyyətə başlaması ilə bağlı 28 fevral tarixində açılış tədbiri keçirilib. Tədbirdə, markanın ekskluziv təchizat partnyoru kimi "Siyəzən Broyler" ASC-nin rəhbər heyəti də iştirak edib. Öz fikirlərini səsləndirməsi üçün səhnəyə dəvət edilən "Siyəzən Broyler ASC"-nin direktoru Cavid Abbasov öz fikirlərində bu cür bir markanın ölkəmizə gəlməsinin nə dərəcədə önəmli bir investisiya olduğunu vurğulayıb. Daha sonra o çıxışında bildirib: "2 marka arasındakı bu əməkdaşlıq iki il əvvəl atılan bir addımın nəticəsidir. Layihənin başlanğıc mərhələsində müəyyən çətinliklər və qeyri-müəyyənliklər olsa da, tərəfdaşların qarşılıqlı etimadı və ortaq vizionu bu prosesi uğurla tamamladı. Layihənin ilk mərhələsində tərəfdaşlar tərəfindən verilən dəstək və öhdəliklər bütün proses boyu öz təsdiqini tapdı. İnam və güvən prinsipi əsasında qurulan əməkdaşlıq nəticəsində layihə ardıcıl və sistemli şəkildə inkişaf etdirildi. Bu gün Popeyes-in Azərbaycandakı ilk restoranının açılışı yalnız yeni bir brendin bazara daxil olması deyil, həm də yerli istehsal və təchizat zəncirinin beynəlxalq standartlara uyğunluğunun göstəricisidir. Layihənin əsas tərəfdaşlarından olan Siyəzən Broyler şirkətinin seçilməsi təsadüfi deyil. Şirkət 1986-cı ildən fəaliyyət göstərir və Qafqaz regionunda ən böyük quşçuluq emal müəssisələrindən biridir. 2018-ci ildən etibarən həyata keçirilən modernizasiya və iri investisiyalar nəticəsində istehsal prosesləri tam inteqrasiya olunmuş modelə keçib. Əməkdaşlıq çərçivəsində və eləcə də "Siyəzən Broyler"-in bütün istehsal prosesində ətraf mühitin qorunması, təbiətə atılan karbon izi emissiyası və ekoloji tarazlığın qorunması məsələləri üzrə beynəlxalq standartlara əməl edilməsi şirkətin əsas prioritetlərindəndir. Şirkətin toyuq əti istehsal prosesi İSO 9001:2015, İSO 14001:2015, İSO 50001:2018, İSO 27001:2022, İSO 10002:2018 kimi beynəlxalq keyfiyyət sertifikasiyalarından, həmçinin, İSO 14064-1:2018 Beynəlxalq Karbon İzi Hesabatı və İSO 14046 Korporativ Su İzi Hesabatı üzrə beynəxlaq normativlərdən uğurla keçərək Beynəxalq Standartlara layiq istehsal prosesi olduğunu bir daha sübut etmişdir. Siyəzən Broyler öz strukturunda inkubasiya mərhələsindən başlayaraq yem istehsalı, quşçuluq təsərrüfatları, kəsimxana, logistika və satış şəbəkəsinə qədər bütün istehsal zəncirini birləşdirir. Bu inteqrasiya olunmuş model yüksək keyfiyyətə nəzarəti və beynəlxalq standartlara uyğunluğu təmin edir. Popeyes kimi nüfuzlu Amerika brendinin Azərbaycanda fəaliyyətə başlaması ölkənin qida sənayesi üçün mühüm inkişaf mərhələsidir. Belə bir brendin rəsmi təchizatçısı olmaq isə həm böyük şərəf, həm də ciddi məsuliyyətdir. Hər gün yüz minlərlə istehlakçıya təqdim olunan məhsulların keyfiyyəti və təhlükəsizliyi prioritet olaraq qalır. Popeyes-in yüksək və sərt keyfiyyət standartlarına uyğunlaşmaq üçün bütün lazımi prosedurlar uğurla həyata keçirilib və audit mərhələləri müsbət nəticələnib. Tərəfdaşlıq çərçivəsində əməkdaşlığın gələcəkdə daha da genişlənməsi, yeni hədəflərin müəyyənləşdirilməsi və fəaliyyətin davamlı şəkildə inkişaf etdirilməsi planlaşdırılır."  Bu fikirlərlə nitqini sonlandıran Cavid Abbasov bir daha uğur və təbrik diləklərini çatdırıb. Qeyd edək ki, "Popeyes" Azərbaycan üzrə restoranlar şəbəkəsində "Siyəzən Broyler" ASC  ilə əməkdaşlıq edir.

Ceyhun Səfərov müdir təyin EDİLDİ

2026-03-02 17:25:00

"BakuBus" MMC-də yeni təyinat olub.

Ceyhun Bayramov Küveyt XİN başçısı ilə danışdı

2026-03-02 17:12:00

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Küveytin xarici işlər naziri Şeyx Cərrah Cabir əl-Əhməd əl-Sabah arasında telefon danışığı aparıb.

Azərbaycan və Rusiya “AZAL” təyyarəsinin qəzası ilə bağlı yaxın vaxtlarda kompleks addımlar atacaqlar

2026-03-02 16:59:00

Azərbaycan və Rusiya "AZAL" təyyarəsinin qəzası ilə bağlı yaxın vaxtlarda addımlar atacaqlar.

"Deyirlər ki, 42 yaşım var, 17 yaşlı uşağı canlandıracağam"

2026-03-02 16:56:00

Türkiyədə uğurlu karyerası ilə tanınan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yeni layihəsi ilə bağlı yayılan söz-söhbətlərə münasibət bildirib.

Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib FOTO

2026-03-02 16:52:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Rusiya Federasiyası Hökuməti Sədrinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuku qəbul edib.

Güclü geomaqnit qasırğası gəlir Bu tarixlərdə

2026-03-02 16:40:00

Bu gün və sabah geomaqnit sahəsi aktiv olacaq.

"Ondan başqa kişini ölənədək SEVMƏRƏM"

2026-03-02 16:35:00

Müğənni Zeynəb Həsəni növbəti dəfə efirdə səsləndirdiyi fikirlərlə diqqət mərkəzinə düşüb.

Kredit borcunu bitirənlər məbləğin bu hissəsini geri ALACAQ

2026-03-02 16:22:00

Kredit borcunu bağlayanlar ödədikləri sığortanın bir hissəsini geri ala bilərlər.

İran Netanyahunun ofisini vurub?

2026-03-02 16:21:00

İsrail İranın Netanyahunun ofisinə raket hücumu barədə xəbərləri təkzib edib.

Azərbaycanda çəkilən film müzakirə yaratdı

2026-03-02 16:20:00

Azərbaycanda çəkilən "Obitus 2026" adlı yeni filmin bəzi kadrları sosial şəbəkələrdə yayılıb.

Türkiyə gömrükdə azərbaycanlı qadının çamadanından çıxanlar GÜNDƏM OLDU

2026-03-02 16:10:00

Türkiyədə fəaliyyət göstərən hava limanlarından birində qeyri-adi hadisə qeydə alınıb.

Azərbaycan musiqisində innovasiya: İlk dəfə Sofi Fayrodan unikal AI layihəsi

2026-03-02 16:04:00

Azərbaycanlı müğənni Sofi Fayro yeni "Stop Cortisol" klipini təqdim edib. Layihə daxili harmoniyanın qorunması, emosional balansın bərpası və insanın psixoloji təzyiqdən müdafiəsi ideyası üzərində qurulub.

İranda ölənlərin sayı açıqlandı

2026-03-02 16:00:00

28 fevraldan bəri ABŞ və İsrail hücumları nəticəsində ən azı 555 İran sakini həlak olub.

Ad gününə görə Dubaya getmişdi, qayıda bilmir

2026-03-02 15:54:00

Gürcüstanın paytaxtı Tbilisinin meri Kaxa Kaladze hazırda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidən çıxa bilmir.